Məhkəmə qərarları › İş №e-2(019)-399/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-399/2024

17.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-399/2024 17.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı torpaq sahəsininin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X5 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, X3 və Cavabdeh3 onun mülkiyyətində olan,Balakən rayonu Qaysa kəndində yerləşən 0,0999 ha həyətyanı və 0.99 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları, onun mülkiyyətində olan həmin sahəyə sahiblik və istifadə etməyinə yönəlmiş cavabdehlərin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması, o cümlədən, iddianın qaldırılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini göstərdi . İddiaçı X5,onun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4, 185.5 və 185.6-cı maddələrinə əsasən işə iddiaçı X1,onun nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə işin hallarını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçı X1 nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli, iddiaçı X1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı torpaq sahəsininin boşaldılması tələbinə dair mülki iş baxılmamış saxlanmalıdır. İddiaçı X2 izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı X1 nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı X1 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı torpaq sahəsininin boşaldılması tələbinə dair mülki iş baxılmamış saxlansın. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən onu ödəmiş Nümayəndə qaytarılsın. İddiaçı X2 izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər . Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar