Məhkəmə qərarları › İş №e-2(019)-402/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-402/2022

19.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-402/2022 19.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 onun bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Balakən rayonunun Xalatala kəndində doğulmuş, Şərif kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun və eyni təsərrüfatda olan ailə üzvləri mərhumlar - X8, analığı X15 və bacısı X10 payına JN-283 KOD 40100048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 1.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hal-hazırda bu torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq məqsədi ilə və vərəsəliyin açılması ilə bağlı Balakən Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisinə lazımi sənədləri təqdim edərkən ona məlum olmuşdur ki, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında bacısı Vəsilənin soyadı İsayeva kimi qeyd olunsa da onun adına verilmiş doğum haqqında şəhadətnamədə soyadı “ Koçiyeva” kimi qeyd olunmuşdur. Qeyd etmək istəyir ki, bacısı Vəsilə 23.10.1979cu il tarixdə doğulub 16.01.2004-cü ildə vəfat etmişdir. Bacısı Vəsilə vəfat etdiyindən ona ata soyadı olan İsayeva soyadı ilə doğum şəhadətnaməsinin alınması qeyri mümkün olmuşdur. Məhkəməyə bildirir ki, “ Koçiyeva” onun anası, Balakən rayonu Xalatala kənd sakini X3 ər soyadı olmuşdur. Belə ki, anası Cəmilət X8 ilə nikaha daxil olmazdan əvvəl Balakən rayonu Xalatala kənd sakini olmuş X23 ilə qeyri rəsmi nikahla evli olmuşdur. Onun həmin evlilikdən də 4 uşağı var. X23 vəfat etdikdən sonra anası ilə atası Ramazan evlənmişlər və onların 3 uşağı – o, qardaşı İsmət və bacısı Vəsilə dünyaya gəlmişlər. Ataları Ramazan və anaları Cəmilətin rəsmi nikahı olmadığından onların doğum haqqında şəhadətnamələrində ata qrafası analarının deməsinə görə yazılmışdır. Analarının əvvəlki ərinin soyadı Qoçiyev olduğundan bacısı Vəsilənin doğum şəhadətnaməsində həm özünün, həm də valideynlərinin soyadı səhvən “Koçiyeva” kimi yazılmışdır. Koçiyeva Vəsilə onun doğma bacısı olmuşdur. Onların ataları X22, anaları isə Dibirova “ Koçiyeva” Cəmilət İbrahimhacı qızı olmuşdur. Bu faktı təsdiq edə bilən şahidləri var. Bacısı Vəsilə vəfat edərkən 25-ci yaşda olmuş, o ərə getməmişdir. Bu barədə Balakən rayon Qeydiyyat Şöbəsinin arayışını da ərizəsinə əlavə etmişdir. Bacısı Vəsilənin ölüm haqqında şəhadətnaməsində də onun soyadi İsayeva kimi qeyd olunmuşdur.Qeyd edilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Balakən Regional “Asan” Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxıb qanuni qətnamə çıxarılmasını xahiş etimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi qardaşı, mərhum X16 isə onun bacısıdır. Bacıları Vəsilə 23.10.1979-cu ildə anadan olmuş və 16.01.2004-cü ildə ölmüşdür.Valideynlərinin rəsmi nikahı olmadığından Vəsiləyə doğum haqqında şəhadətnamə verilərkən onun soyadı anasının deməsinə görə Koçiyeva yazılmışdır.X1 Ərizəçi bacısıdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi onun ögey-ana bir, ata ayrı qardaşıdır. Həqiqətən mərhum X16 ilə Ərizəçi doğma bacı-qardaş olmuşlar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş X28 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 26 fevral 2022-ci il tarixdə verilmiş 250 nömrəli arayışda göstərilmişdir ki, “icraatımızda olan 16.01.2004-cü il tarixdə vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X10 və 10.06.2002-ci il tarixdə vəfat etmiş X17 vərəsəlik işi ilə əlaqədar X28 xidmət mərkəzində notariat ofisi tərəfindən Ərizəçi 21.01.2022-ci il tarixli müraciəti əsasında vərəsəlik işi açılmışdır. Notariat hərəkətinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinin 5-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə müəyyən edilir: vətəndaşlıq aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Təqdim olunan sənədlərə əsasən məlum olmuşdur ki, mərhum bacınız X10 doğum haqqında şəhadətnaməsində atasının və özünün soyadı “Koçiyev” və “Koçiyeva” kimi qeyd olunmuşdur. Ərizəçi və X7 bacı-qardaş olması və atalarının X17 olmasını sübut edən məhkəmə qətnaməsi təqdim olunmalıdır.Bundan əlavə, mərhum X11 münasibətdə qohumluğu təsdiq edən sənəd təqdim edə bilmədiyinizdən,sizə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Xalatala kənd soveti tərəfindən 04 iyul 1978-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1978-ci ildə anadan olmuş, X8, anası X4 yazılmışdır İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 yanvar 2022-ci il tarixdə verilmiş 05/59-40 nömrəli arayışdan görünür ki,X16 23 oktyabr 19789-cu ildə anadan olmuş, bu barədə 05 dekabr 1979-cu il tarixdə Balakən rayon Xalatala kənd icra nümayəndəliyində 50 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 yanvar 2022-ci il tarixli 05/69-41 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 23 oktyabr 1979-cu il tarixdə Balakən rayonunun Xalatala kəndində anadan olmuş X10 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 23 oktyabr 1997-ci ildən 16 yanvar 2004-cü İlədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq, vəziyyəti aktları üzrə yoxlama aparılmış və X10 nikahı haqqında akt qeydi aşkar edilməmişdir”. Qeyd; 16 yanvar 2004-cü ildə vəfat etmiş X10 ölümü 19.01.2004-cü il tarixdə 03 № liakt qeydi ilə Balakən rayon Şərif kənd icra nümayəndəliyində dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd icra nümayəndəliyi tərəfindən 19 yanvar 2004-cü il tarixldə verilmiş AZ-İ seriyalı 050376 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 16.01.2004-cü ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon VVAQ şöbəsi tərəfindən 29 mart 1973-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 294040 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid2 16 iyun 1965-ci il tarixdə doğulmuş, atası X23, anası X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 23 noyabr 2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı 842842 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 10 iyun 2002-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Xalatala kənd soveti tərəfindən 07 avqust 1974-cü il tarixdə verilmiş İİ-İK seriyalı 420991 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid1 Ramazan oğlu 29 iyul 1974-cü ildə doğulmuşdur. X8, anası X4 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 15 dekabr 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 200717 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 11.08.1999cu ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 yanvar 2022-ci il tarixdə verilmiş 45 nömrəli arayışda göstərilmişdir ki, mərhum X22 həqiqətən Şərif kənd sakini olmuşdur. O, X6 ilə qeyri-rəsmi ər arvad olmuşlar.Onların qeyri-rəsmi nikahından üç uşaqları olmuşdur-Şahid1 Ramazan oğlu, Ərizəçi və X19. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayonu Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 02 fevral 2022-ci il tarixdə verilmiş 61 nömrəli arayışdan görünür ki, Qoçiyeva (İsayeva) X18 rayonu Şərif kənd sakini olmuşdur.23.10.1979-cu ildə Şərif kəndində anadan olmuşdur.Ərizəçi təsərrüfatında qeydiyyatda olmuşdur. Ərə getməmişdir.16.01.2004-cü ildə vəfat etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi İsayev X20 rayonunun Xalatala kəndində doğulmuş, Şərif kəndində yaşayır. Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun və eyni təsərrüfatda olan ailə üzvləri mərhumlar - X8, analığı X15 və bacısı X10 payına JN-283 KOD 40100048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən 1.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Ərizəçi vərəsəliyin açılması ilə bağlı Balakən Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisinə lazımi sənədləri təqdim edərkən ona məlum olmuşdur ki, Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 23.10.1979-cu il tarixdə doğulub 16.01.2004-cü ildə vəfat etmiş bacısı Vəsilənin soyadı İsayeva kimi qeyd olunsa da onun adına verilmiş doğum haqqında şəhadətnamədə soyadı “Koçiyeva”,həmçinin atasının soyadı “Koçiyev” kimi qeyd olunmuşdur. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş hallarda şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələblərinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X2 Ərizəçi bacısı olması faktı müəyyən edilməlidir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi: Ərizə təmin edilsin. X2 Ərizəçi bacısı olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar