Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-405/2024 11.06.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "Avtoservis-K.Ş.” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "Avtoservis-K.Ş.” Məhdud Məsuliyyətli Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi,cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 2 (iki) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2023-cü il tarixində cavabdeh "xxxx" MMC-yə ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini bildirmişdir. İddiaçı MMC cavabdehin əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" MMC ilə uzun illər ərzində uğurlu şəkildə əməkdaşlıq etdiyini, "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini İddiaçı MMC-dən icarəyə götürdüyü obyektdə həyata keçirdiyini, İddiaçı MMC-də icra etdiyi vəzifə öhdəliklərini bilavasitə İddiaçı MMC-yə məxsus olan obyektdə və eyni ünvanda yerləşən servisdə icra edəcəyini nəzərə alaraq, cavabdehin "xxxx" MMC-də əmək fəaliyyətini davam etməsinə etiraz etməmişdir. Lakin buna baxmayaraq cavabdeh 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq, 20 oktyabr 2023-cü il tarixində "xxxx" MMC-yə əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Bununla da cavabdeh aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuşdur. İddiaçı "Avtoservis-K.Ş.” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili X2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermis və iddianın təmin olunmasını xahiş etmişdir. Hazırki iş üzrə 14 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin Cavabdeh iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, etirazında göstərmişdir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi verərək onunla bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə görə 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun ondan tutularaq "xxxx" MMC-yə ödənilməsini xahiş etmişdir. Şirkətlə onun arasında əmək müqaviləsi bağlanarkən ona Təlim keçirilməsi ilə bağlı heç nə deyilməmişdir. Bir müddət sonra (01 fevral 2022-ci il) ona kurs keçiriləcəyi deyildi. O da öz növbəsində düşündü ki, aiddiyyatı olaraq şirkətin onun işləmə prinsipini, verilən tapşırıqları tez və məsuliyyətli şəkildə yerinə yetirməyini bəyənib. Həm də vəd edildi ki, kursu bitirdikdən sonra maaş artımı olacaq. Ancaq sonra onu kursa göndərmədilər. İddianı qəbul etmir. 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləsinin heç bir hüquqi əsası yoxdur (1.1 və 1.2-ci bənddə qeyd olunub ki, o, təlim almağa başlayan andan əmək müqaviləsi bağlamalıdır. Yuxarıda da qeyd etdiyi kimi, o, birinci işə başlamış və həmin zaman Təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən söhbət getmirdi). Təəssüf ki, qeyd olunan müqaviləni imza edərkən mahiyyətini anlamamışdır. Həmin müqavilə və əmək müqaviləsini dəfələrlə tələb etsə də ona təqdim edilməmişdir (10.1-ci bənddə bir nüsxənin ona veriləcəyi bildirilib). Şirkət tərəfindən ona təlim keçirilməmişdir. Belə ki, 19 yanvar 2022-ci il tarixdən Avtoservis-K.Ş” MMC-yə məxsus avtoservisdə operator vəzifəsi üzrə işə qəbul edilmişdir. İşin ilk günlərində operator vəzifəsinin əmək funksiyalarına dair ilkin məlumatlar verilmişdir. Əmək müqaviləsi 6 ay müddətinə bağlanmışdır. Avtoservis-K.Ş” MMC-nin onunla 3 il işləmək niyyəti olsaydı, əmək müqaviləsi nə üçün 6 ay müddətində bağlanmışdır? Əmək funksiyası isə servisdə təmir olunan maşınlarda hansı işlərin görüldüyünü 1C proqraminda sistemə yazmaqdan ibarət olmuşdur. Təlim dedikləri necə olub: iş yerində ilk vaxtlarda şirkətin əməkdaşına təhkim olunmuşdur. Həmin şəxs iş fəaliyyətinə nəzarət edib. İşə başladıqdan sonra avtomobillərin ehtiyyat hissələri haqqında məlumat olan kitab verilmiş və həmin kitabın əzbərlənməsi tapşırılmışdır. Həmin kitabda avtomobilin təkəri, nakladka, mühərrik, sürətlər qutusu və s. yağı, nasos, çən, idarə etmə sistemi haqqında məlumatlar əks olunmuşdur. Şirkətin əməkdaşı da avtomobilin detalları haqqında məlumatlar vermisdir. Təlimdən əvvəl vəzifəsini icra edirdi. Qısa müddət sonra isə vəzifəsini müstəqil icra etmişdir. Hər hansı təlimin keçirilməsi üçün təlimçi olmalıdır. "xxxx" MMC-nin iddia etdiyi təlim sadəcə işçilərə əmək funksiyasının yerinə yetirilməsi üçün tələb olunan məlumatların öyrədilməsindən ibarətdir. 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə "xxxx" MMC müqavilə üzrə ona şirkətə məxsus servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etməyi, “təlim alanı” yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Əvvəla onu qeyd edir ki, "xxxx" MMC “təlim alana” peşə öyrətməyi öhdəsinə götürür. Ancaq peşə öyrədilməyib. Digər tərəfdən işə götürməyi öhdəsinə götürür, lakin 13 gün əvvəl onunla əmək müqaviləsi bağlanmış və operator vəzifəsi üzrə əmək fəaliyyətinə başlamışdır. Yəni əmək müqaviləsi üzrə işə başlamağı “təlim” in nəticəsi ilə bağlı deyil, Təlimdən əvvəl olan bir prosesdir. Operator vəzifəsi peşə hesab oluna bilməz. Təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə "xxxx" MMC üzərinə götürdüyü öhdəliyin mahiyyətinin əmək fəaliyyəti və tutduğu vəzifə ilə heç bir əlaqəsi yoxdur. Ona nəqliyyat vasitələrini təmir etmək məqsədi ilə xüsusi peşə bilikləri öyrədilməyib. Qeyd edir ki, nə onun servisdə təmir ustası kimi işləmək, nə də şirkətin onu təmir ustası kimi işə götürmək niyyəti olmayıb. Müqavilənin etibarlı olması üçün predmeti və mühüm şərtləri konkret göstərilməlidir. 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə mütləq göstərilməli idi: 1. tədrisin qaydaları; 2. tədrisin tarixi və vaxtı; 3.imtahan qaydaları; 4. tədrisin nəticəsi; 5 istehsalata və ya işə buraxılması qaydası. Bildirir ki, yekunda 20 sualdan ibarət test imtahanına cəlb edilmişdir. Lakin test imtahanı təlimin nəticəsi ilə bağlı olmayıb. İmtahan mövzusu hər işçinin öz işi ilə bağlı olub. Şirkət rəhbərliyi bildirmişdir ki, imtahandan zəif bal toplayanın əmək haqqısı azaldılacaq. 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə təlim haqqında mühüm şərtlərin göstərilməməsi həmin müqavilənin etibarsızlığı üçün əsasdır. 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə “Avtoservis-K.Ş Maddi Məsuliyyətli Cəmiyyəti sonradan əmək müaviləsi üzrə işəgötürən, o isə işçi olmuşdur. O, təlim almadığı halda ondan əvəzsiz olaraq 2000 manat tələb edilməsi etimad və vicdanlılıq prinsiplərinə ziddir və zərərlidir. Qeyd edilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı 2000 manat, 400 manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun ödənilməsinə dair iddia ərizəninin təmin edilməməsini xahiş edir. Cavabdeh sonrakı məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, məhkəməyə ərizə göndərərək eyni mahiyyət və eyni hallar üzrə Tovuz Rayon Məhkəməsinin e-2(062)-1266/2024 saylı və Qax Rayon Məhkəməsinin e -2(024)-253/2024 saylı qətnamələri ilə iddia tələbinin rədd edildiyini bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədən görünür ki, İddiaçı MMC ("xxxx") ilə Cavabdeh (“Təlim alan”) arasında müqavilə bağlanmış, müqaviləyə əsasən "xxxx" ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. “Təlim alan” "xxxx" tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan "xxxx"lə əmək müqaviləsi bağlayaraq "xxxx"in avtoservisində işləməyi, "xxxx"lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürür. “Təlim alan”ın təyin ediləcəyi vəzifə onun təcrübi bilikləri və qabiliyyətinə əsasən "xxxx" tərəfindən müəyyən ediləcək. “Təlim alan” hazırkı müqaviləyə əsasən götürüdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə hazırkı müqavilə ilə müəyyən edilmiş dəbbə pulunu "xxxx"ə ödəməyi öhdəsinə götürür. "xxxx"dən müqavilə öhdəliklərini yerinə yetirməyi tələb etmək hüququna malikdir. Təlim alanın vəzifələri: "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 2 (iki) il müddətində yalnız "xxxx"in avtoservisində işçi kimi işləmək. "xxxx"lə əmək müqaviləsi bağladığı gündən 2 (iki) il müddətində "xxxx"in yazılı razılığı və icazəsi olmadan əmək müqaviləsinə xitam verərsə, Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və ya işləyərsə 2000 (iki min) manat məbləğində dəbbə pulunu "xxxx"ə ödəmək. Şirkətin hüquqları: “Təlim alan”dan müqavilə öhdəliklərini icra etməyi tələb etmək. “Təlim alan” öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, "xxxx"in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və müəssisələrdə iş yeri seçərsə və işləyərsə “Təlim alan”dan 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək. "xxxx" “Təlim alan” dan, onun hüquqlarını yerinə yetirməyə mane olan hər cür pozuntuları aradan qaldırmağı tələb etmək hüququna malikdir. Şirkətin vəzifələri: "xxxx" hazırkı müqavilə imzalandıqdan sonra “Təlim alan” şəxslə əmək müqaviləsi bağlamağı və onu işə götürməyi öhdəsinə götürür. “Təlim alan” müqavilə öhdəliklərini icra etməməyə və ya lazımınca icra etməməyə görə tam həcmdə məsuliyyət daşıyır. “Təlim alan”nın Azərbaycan Respublikasında olduğu və yaşadığı müddətdə “Şirkətin” yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikası ərazisində başqa avtoservisdə və bu kimi digər müəssisələrdə iş yeri seçməsi və işləməsi faktı müəyyən edildikdə "xxxx" “Təlim alan”na nəzəri və təcrübi dərslərin keçilməsi üçün xərclədiyi 2000 (iki min) manat məbləğində dəbbə pulunun ona ödənilməsini “Təlim alan”dan tələb edə bilər. Tərəflər arasında bağlanacaq əmək müqaviləsinin müddətinin bitməsi tərəfləri hazırkı müqavilənin qüvvədə olduğu müddətdə yol verdikləri pozuntular üzrə məsuliyyətdən azad etmir. Müqavilənin qüvvədə olma müddəti: Hazırkı müqavilə notarial qaydada təsdiq edildiyi andan qüvvəyə minir və tərəflər hazırkı müqavilə üzrə öz öhdəliklərini tam şəkildə icra edənə qədər qüvvədədir. Hazırkı müqavilə aşağıdakı hallarda xitam verilir: Tərəflərin hər ikisinin qarşılıqlı razılığı ilə; Müqavilənin qüvvədə olma müddəti bitdikdə və tərəflər onun müddətinin uzadılması ilə bağlı razılıq əldə etmədikdə. İş materiallarında olan xx.xx.2023-cü-ci il tarixli əmək müqaviləsi bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, həmin müqavilə "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmaqla, Cavabdeh müddətli operator vəzifəsinə işə qəbul edilmişdir. Müddətli əmək müqaviləsinin qurtardığı vaxt xx.xx.2024-cü il göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində göstərilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2a maddəsi-tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Balakən rayonu, Katex kəndi, ünvanında yaşayan Cavabdeh ünvanlanmış 16 fevral 2024-cü il tarixli Xəbərdarlıqda göstərilir ki, aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2-ci bəndinə əsasən 2 (iki) il müddətində "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verməməyi, həmçinin həmin müqavilənin 4.2-ci maddəsinə əsasən əmək müqaviləsi bağlandığı gündən 2 (iki) il müddətində yalnız "xxxx" MMC-də əmək müqaviləsinə əsasən işləməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq o, 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq 26 oktyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə "xxxx" MMC-yə müraciət etmişdir. O, bu hərəkəti ilə aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci bəndlərinin tələblərini və götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu üçün "xxxx" MMC ona təlim keçilməsi üçün çəkdiyi 2000 (iki min) manat məbləğində pulun ödənilməsi ilə bağlı Balakən Rayon Məhkəməsinə müraciət edəcək. Məhkəməyə müraciət edildiyi təqdirdə əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərcləri də ondan tutulacaq ki, bu da ondan tutulmalı olan pul məbləğinin əsaslı surətdə artmasına səbəb olacaqdır. Hesab edilir ki, aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliklərinə əməl etməsi onu artıq xərclərdən azad edər və aralarında olan inamın və əməkdaşlığın qorunmasına xidmət edər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 6422 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı tərəfindən Bakı şəhər 9 saylı Vəkil Bürosunun hesabına hüquqi yardımla bağlı 400 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və vəkilinin və hazırki iş üzrə 14 may 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 01 fveral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə bağlanmış, müqaviləyə əsasən İddiaçı MMC ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün Cavabdeh müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 2 (iki) il müddətində yalnız İddiaçı MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh İddiaçı ilə aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin şərtlərinə əməl etməmiş, həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur. Belə ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü-ci il tarixli əmək müqaviləsi bağlamış, lakin 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyib, 20 oktyabr 2023-cü il tarixində əmək müqaviləsinə xitam verilməsi tələbi ilə "xxxx" MMC-yə müraciət etmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. Cavabdeh 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə iddiaçını müqavilə üzrə ümid etməyə çatanlardan məhrum etmiş və iddiaçıya bu xüsusda ziyan vurmuşdur. İddiaçı məhkəmədən kənar qaydada Cavabdeh ona vurulan ziyanın ödənilməsi ilə bağlı müraciət etmiş, ziyan ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi və bununla bağlı qanunda nəzərdə tutulmuş qaydada yaranacaq xərclərin ondan tutulacağı barədə xəbərdarlıq olunmuş, lakin Cavabdeh tərəfindən həmin ziyan iddiaçıya ödənilməmişdir. İddiaçı hazırki iddianın qaldırılması ilə bağlı vəkilə 400 manat hüquqi yardım xərci və Azərbaycan Respublikasının Dövlət büdcəsinə 40 manat dövlət rüsumu ödəmişdir. İddiaçı 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında və iddiaya yazılı etirazında iddia tələbinin əsaslandırıldığı hallar kimi "xxxx" MMC ilə onun arasında əmək müqaviləsi bağlanarkən ona Təlim keçirilməsi ilə bağlı heç nə deyilmədiyini, qeyd olunan müqaviləni imza edərkən mahiyyətini anlamadığını, şirkət tərəfindən ona təlim keçirilmədiyini, "xxxx" MMC tərəfindən ona peşə öyrədilmədiyini, müqavilənin etibarlı olması üçün predmeti və mühüm şərtlərin konkret göstərilmədiyini, təlim almadığı halda ondan əvəzsiz olaraq 2000 manat tələb edilməsinin əsassız olduğunu bildirsə də, bu halların mövcudluğunu və əsaslılığını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, Cavabdeh onunla "xxxx" MMC arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin predmeti, şərtləri, tərəflərin üzərinə götürdüyü öhdəliklərlə tanış olmaqla həmin müqavilənin mahiyyətini anlamış və müqaviləni imzalamış, bu zaman ona hər hansı psixi və fiziki təsir edilməmiş və digər qanunsuz hərəkətlər edilməmiş, yəni həmin müqavilə onun iradə ifadəsinin nəticəsi olaraq bağlanmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə müqavilənin predmeti, şərtləri, tərəflərin öhdəlikləri, hüquq və vəzifələri konkret göstərilmiş, həmin müqavilə üzrə "xxxx" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirmiş, Cavabdeh ilə müqavilə üzrə üzərində düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının cavabdehə qarşı yönəltdiyi tələb də 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında mülki müqavilədən irəli gəlmişdir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə mülki müqavilə olmaqla onun bağlanması, predmeti, əsas şərtləri və ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə tənzimlənir. Həmin müqavilə tərəflər arasında əmək münasibətlərindən yaranan müqavilə deyildir və ona görə də məhkəməyə müraciət etməzdən əvvəl mediasiyaya müraciət olunması ilə şərtləndirilə bilməz. Yəni hazırki tələblə bağlı məhkəməyə müraciət olunmazdan əvvəl «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 3.1.1, 27-29-cu maddələrinə əsasən mediasiyanın tətbiqi mütləq olaraq qəbul oluna bilməz. Cavabdeh iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinə etirazın əsaslandırıldığı halları sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. İşdəki sübutlardan görünür ki, tərəflər arasında mülki qaydada bağlanmış 01 fevral 2022ci il tarixli müqavilədən yaranan öhdəliklər mövcud olmuş, iddiaçı cavabdeh qarşısında öhdəliklərini icra etməmiş, cavabdeh isə iddiaçı qarşısında həmin müqavilədən yaranan öhdəliklərini icra etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasdar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.7-ci maddəsinə əsasən əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.2-ci maddəsinə əsasən müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Cavabdeh 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi nəticəsində iddiaçının hüquqlarının pozulması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə aktlarının ədalətli olması ilə bağlı Avropa Məhkəməsi «Delcourt Belçikaya qarşı», «Piersack Belçikaya qarşı» və «X3rşı» işlərdə göstərmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddiaçının cavabdehə qarşı yönəltdiyi iddia tələbi əsaslıdır və ona görə də təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi və vəkili hazırki iddianın qaldırılması üçün iddia ərizəsi yazmış və iddia tələbinə dair yazılı sübutları toplamaqla iddia ərizəsinə əlavə etmiş, həmçinin hazırki işin baxılması ilə əlaqədar Bakı şəhərindən Balakən şəhərinə 2 dəfə gəlib-getmiş (təxminən 2000 km-ə yaxın məsafə) və 2 dəfə məhkəmə proseslərində iştirak etmiş, hazırki işlə bağlı iddiaçıya real olaraq hüquqi yardım göstərmişdir. Məhkəmə işin faktoloji hallarına və qanun normalarına istinadən hesab edir ki, məhkəmədə iddianın qaldırılması, bunun üçün müvafiq sənədlərin toplanması və hüquqi yardımın göstərilməsi üçün vəkilə-nümayəndəyə ödənilən 400 manat məbləğ ağlabatan və ədalətlidir və bu xüsusda həmin 400 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalı, 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun; 2000 (iki min) manat məbləğində dəbbə pulu, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-405/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-405/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver