Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-409/2023 05.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək iş üzrə Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüququnun itirilmiş hesab edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, onun mülkiyyətində Balakən rayonu, Mahamalar kəndində fərdi yaşayış evi vardır. Onun qeyd olunan mənzil üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq,Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir.Oğlu- iş üzrə Cavabdeh qeyd olunan fərdi yaşayış evində doğulmuş və 2005-ci ildə Rusiya Federasiyasına getmişdir. Cavabdeh 2005-ci ildən Rusiya Federasiyasında daimi yaşamış və onlarda olan məlumata əsasən sonuncu həmçinin Rusiya Federasiyasının vətəndaşıdır. İş üzrə Cavabdeh 2022-ci ildə Azərbaycan Repsublikasına gəlmiş və onun iradəsinə zidd olaraq, sonuncunun mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndində yerləşən fərdi yaşayış evinə yerləşmişdir. Nəticədə, o, oğlu ilə aralarında yaranmış mütəmadi mübahisələrdən yaxa qurtarmaq üçün kirayəyə çıxmaq qərarına gəlmişdir. İş üzrə Cavabdeh keçən bu müddət ərzində onun mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh ailə üzvləri ilə birlikdə əksər hallarda qaynatasının evində qalır, lakin iddiaçı evə daxil olmaq istədikdə o da dərhal evə daxil olur və iddiaçının həmin evdən sahiblik və istifadə hüququnu məhdudlaşdırır. Bu isə onu deməyə əsas verir ki, faktiki olaraq Cavabdeh onun mülkiyyətində olan Balakən rayonu, Mahamalar kəndində yerləşən fərdi yaşayış evinə istifadə hüquqları itirilmişdir və bu səbəbdən də sonuncunun həmin evə istifadə hüququna xitam verilməli, Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılmalı və fərdi yaşayış evi ona təhvil verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, İddiaçı izahatına uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı onun anasıdır. Mübahisəli fərdi yaşayış evi onun valideynlərinə məxsus olmuşdur. O, xx xxxxxxx 1983-cü ildə həmin evdə doğulmuş və hal-hazıra kimi onun daimi yaşayış yeri həmin evdir. O,həmin evdə qeydiyyatdadır və bütün əmlakı da həmin evdədir. O, Rusiya Federasiyasına müvəqqəti olaraq işləyib qazanc əldə etmək üçün getmişdir, 2021-ci ildə geri qayıtmış və o vaxtdan da ailəsi ilə birlikdə həmin evdə yaşayır.Onların başqa yaşayış yeri yoxdur. Onun anasının həmin evdə yaşamasına heç bir maneçiliyi yoxdur. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.609 ha həyətyanı sahəsi olan ümumi sahəsi 168.10 kv/mdən ibarət fərdi yaşayış evi tam və torpaq sahəsinin 2/5 hissəsi İddiaçı, torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh,torpaq sahəsinin 1/5 hissəsi X3 və torpaq sahəsinin 1/5 hissəsi X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən 10 oktyabr 2022-ci il tarixdə verilmiş inventar nömrəsi 2453 olan fərdi yaşayış evinin Texniki Pasportundan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən qeydiyyat nömrəsi **********0-10301 ilə qeydə alınmış fərdi yaşayış evi İddiaçı adınadır. Ev 1987-ci ildə tikilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Şəki Regional Miqrasiya İdarəsi tərəfindən Balakən rayon Məhkəməsinə ünvanlanmış 12 may 2023-cü il tarixli 3-37/2-122xx-xx/2023 nömrəli məktubda göstərilmişdir ki, “Sizin 02.05. 2023-cü il tarixli e-2(019)-409/2023 nömrəli məktubunuza Şəki Regional miqrasiya idarəsində aidiyyəti üzrə baxılmışdır. Araşdırma zamanı X6 Sistemində (VMMS) xx.xx.1983-cü il tarixdə Balakən şəhərində doğulmuş Cavabdeh digər ölkə vətəndaşı kimi qeydiyyatda olmasına dair hər hansı bir məlumat aşkar olunmadı.“ İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Balakən Rayon Polis Şöbəsi tərəfindən Balakən Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-66/2-10598/23 nömrəli məktubda göstərilmişdir ki, “Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsinin Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, xx.xx.1983cü ildə Balakən rayonunda anadan olmuş və Balakən rayonu, Mahamalar kəndində qeydiyyatda olan Cavabdeh xx.xx.2010-cu il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində 13 (on üç) dəfə Azərbaycan Respublikasının Dövlət sərhəddindən girişçıxış etmiş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 01:45-də ********* nömrəli RF-nə məxsus pasportla Moskva-Bakı aviareysilə Heydər Əliyev adına X4 Azərbaycan Respublikasına giriş etmiş və hazırda ölkə ərazisindədir. Odur ki, icraatınızda olan e- 2(019)-409/2023 nömrəli mülki proses üzrə istifadə olunması üçün qeyd olunan məlumat blankı Sizə təqdim olunur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş ölkəyə giriş-çıxış barədə məlumatdan görünür ki,xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh sonuncu dəfə xx.xx.2021-ci il tarixdə saat 01:45-də Moskva-Bakı aviareysilə Heydər Əliyev adına X4 Azərbaycan Respublikasına giriş etmişdir. Məhkəmə iddiaçının,onun nümayəndəsi və vəkilinin,cavabdehin izahatlarını dinləyib,işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki,iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Cavabdeh İddiaçı oğludur.O, xx xxxxxxx 1983-cü ildə doğulmuş və o vaxtdan valideynlərinə məxsus olmuş, hazırda İddiaçı mülkiyyətində olan, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.609 ha həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 168.10 kv/m-dən ibarət fərdi yaşayış evində yaşamışdır. O, müəyyən müddətdə Rusiya Federasiyasına müvəqqəti olaraq yaşamış, lakin həmin müddətdə də onun daimi yaşayış yeri həmin ev olmuşdur.O,həmin evdə qeydiyyatdadır, onun bütün əmlakı həmin evdədir və onun başqa yaşayış yeri yoxdur. Evin yerləşdiyi torpaq sahəsinin 1/5 hissəsi Cavabdeh mülkiyyətindədir. Aralarında olan narazılığa görə İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli qərarına əsasən,2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzilindən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə,Mənzil Məcəlləsinin(08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İddiaçı ilə cavabdeh arasında evdən istifadə ilə bağlı münasibətlər xx.xx.2000-ci ilə kimi yarandığından tərəflər arasındakı mübahisəyə 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş əvvəlki Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının 08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəllənin 123-cü mаddəsinə əsаsən yаşаyış evi mülkiyyətçisinin özünə məxsus olаn evə köçürdüyü аilə üzvləri onlаrın köçməsi zаmаnı bаşqа qeyd-şərt göstərlməmişsə, evdə yаşаyış sаhəsindən onunlа bərаbər istifаdə etmək hüququnа mаlikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvüləri sayılırlar. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədarın ailə üzvüləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvüləri hesab edilə bilərlər. Həmin Məcəllənin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, icarədar və ya onun ailə üzvləri başqa yerə getdikdə, onların yaşаyış sаhəsi аltı ay saxlanılır. Şəxsin müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə аlınmаlıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş) 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edimədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşаyış sаhəsinə olаn hüquqlаrındаn məhrum etmir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsаsən, icаrədаr və onun аilə üzvləri dаimi yаşаmаq üçün bаşqа yаşаyış məntəqəsinə getdikdə və yа həmin yаşаyış məntəqəsində digər yаşаyış sаhəsinə köçdükdə, yаşаyış sаhəsinin icаrə müqаviləsi onlаrın getdiyi və yа köçdüyü gündən pozulmuş hesаb edilir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını,Cavabdeh İddiaçı ailə üzvü olmasını, Cavabdeh uşaqlıqdan valideynlərinə məxsus olmasını, hazırda İddiaçı mülkiyyətində olan, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.609 ha həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 168.10 kv/m-dən ibarət fərdi yaşayış evində yaşamasını, onun daimi yaşayış yerinin həmin ev olmasını, hazırda da həmin evdə yaşamasını, başqa yaşayış yerinin olmamasını, evin yerləşdiyi torpaq sahəsinin 1/5 hissəsinin onun mülkiyyətində olmasını,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən rayonu Mahamalar kəndində yerləşən 0.609 ha həyətyanı sahəsində yerləşən, ümumi sahəsi 168.10 kv/m-dən ibarət fərdi yaşayış evində istifadə hüququnu itirməmişdir, o,həmin evdən çıxarıla bilməz. Odur ki, İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi,evdən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi tələblərinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddiaçı Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi, evdən çıxarılma və mənzilin iddiaçıya təhvil verilməsi tələblərinə dair iddiası təmin edilməsin. 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-409/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-409/2023
05.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver