Məhkəmə qərarları › İş №e-2(019)-432/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-432/2024

03.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-432/2024 03.09.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh oğlunun, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, Cavabdeh oğlunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X3 və X2 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı cavabdehin onalara məxsus Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Balakən rayonu Tülü kəndində müvəqqəti qeydiyyatda olan Balakən rayonu Sarıbulaq kəndində yaşayan Rusiya Federasiyasının vətəndaşı Cavabdeh oğlunun iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus Balakən rayonu Sarıbulaq kəndində yerləşən ümumi sahəsi 279.70 kv.m olan yaşayış evindən qeyri-şərtsiz çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı1 və Musayev X19 rayonunun Sarıbulaq kəndində yaşayırlar. Mərhum ataları X4 onlara miras qalmış 0.1804 ha həyətyanı və 1971-ci ildə tikilmiş ümumi sahəsi 219.70 kv.m olan fərdi yaşayış evindən və 12/36 hissəsinə və torpaq sahəsinin 24/54 və 25/54 hissədə payları müəyyən edilmiş və buna dair reyestr nömrəsi **********28-10301 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatından çıxarış və fərdi yaşayış evinə texniki pasport verilmişdir. Lakin cavabdeh Rusiya Federasiyasının vətəndaşı Cavabdeh oğlu evilərinin bir otağını zəbt edərək orada yaşayır, qazdan, işıqdan istifadə edir, birgə yaşayış qaydalarına əməl etmir, tez-tez onlarla mübahisə edir. Onların mülkiyyət, sahiblik və istifadə hüquqlarını pozur. Balakən rayonu Tülü kəndində müvəqqəti qeydiyyatda olmaqla orada yaşamalı olduğu halda, onların evində 2018-ci ildən yaşayır. Onlar həyətyanı torpaq sahəsinə və evə Hüquqların Dövlət Qeydiyyatından çıxarış ala bilmədiklərinə görə indiyə kimi onun onlara məxsus evdən çıxarılması tələbi ilə müraciət edə bilməmişlər. Dəfələrlə Cavabdeh oğlu ilə aparılan məhkəmədən kənar pretenziya qaydasında danışıqlar müsbət nəticə verməmişdir. Odur ki, Cavabdeh oğlunun iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus fərdi yaşayış evindən çıxarılması tələbi ilə məhkəməyə müraciət məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh oğlu, Cavabdeh oğlunun və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8, X3, X2 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, İddiaçı1 ilə Cavabdeh oğlunun doğma qardaş olduqlarını, Cavabdeh oğlunun pensiyaçı olduğunu, iddia tələbinin əsassız olduğunu, Cavabdeh oğlunun 2018-ci ildən digər paylı mülkiyyət subyektlərinin razılığı ilə mübahisə evə köçdüyünü və həmin vaxtdan həmin evdə yaşadığını, Cavabdeh 2018-ci ildə həmin evdə yaşamasına iddiaçıların da heç bir etirazının olmadığını, X6 həmin evdə qeydiyyata alındığını, evin 2 mərtəbəli olduğunu, orada yaşayanlar üçün hər cür şəraitin olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 iddianı qəbul etməyib, İddiaçı1 ilə Cavabdeh oğlunun doğma qardaş olduqlarını, Cavabdeh oğlunun pensiyaçı olduğunu, iddia tələbinin əsassız olduğunu, Cavabdeh oğlunun 2018-ci ildən digər paylı mülkiyyət subyektlərinin, o cümlədən onun razılığı ilə mübahisə evə köçdüyünü və həmin vaxtdan həmin evdə yaşadığını, Cavabdeh 2018-ci ildə həmin evdə yaşamasına iddiaçıların da heç bir etirazının olmadığını, X6 həmin evdə qeydiyyata alındığını, evin 2 mərtəbəli olduğunu, orada yaşayanlar üçün hər cür şəraitin olduğunu bildirərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2(019)- 143/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, iddiaçı X8 və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 irsi transmissiya üzrə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair iddialarının təmin edilməməsi, cavabdeh İddiaçı2 qarşılıqlı iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı2 tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən İddiaçı2, X16 və X7 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum anası X18 və mərhum atası X9 aid hissə üzrə mirasın qəbulu faktının müəyyən edilməsi, miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X18 və mərhum X9 aid hissəsi) 1/3 hissəsinə İddiaçı2 vərəsəlik hüququnun tanınması, qarşılıqlı iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Məhkəməsinin 2(019)- 143/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, Balakən Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli 2(019)-143/2021 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamənin nəticə hissəsində “cavabdeh İddiaçı2 tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən İddiaçı2, X16 və X7 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum anası X18 və mərhum atası X9 aid hissə üzrə mirasın qəbulu faktı müəyyən edilsin. Miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X18 və mərhum X9 aid hissəsi) 1/3 hissəsinə İddiaçı2 vərəsəlik hüququ tanınsın” sözləri “cavabdeh İddiaçı2 tərəfindən, Balakən rayonu Sarıbulaq kəndində yerləşən İddiaçı2 , X16 və X7 ümumi birgə mülkiyyətində olan 1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum atası X9 aid hissə üzrə mirasın qəbulu faktı müəyyən edilsin. Miras əmlakın (1,05 ha kənd təsərrüfatı torpaq sahəsindən mərhum X9 aid hissəsi) 1/3 hissəsinə İddiaçı2 vərəsəlik hüququ tanınsın” kimi oxunması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İcra Hakimiyyəti Başçısının Sarıbulaq kənd İzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 12 yanvar 2024-cü il tarixli 09 nömrəli arayışda göstərilir ki, Cavabdeh oğlunun Sarıbulaq kəndində qeydiyyatda olması barədə məlumat aşkar olunmamışdır. Hal-hazırda Musayev X1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yerləşən və İddiaçı2 məxsus təsərrüfatda qeyd olunmuş fərdi yaşayış evində yaşayır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/2523/di nömrəli məktubda göstərilir ki, Rusiya Federasiyasının vətəndaşı Musaev Rufat sonuncu dəfə ünvan 1i ünvanına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixdə verilmiş DYİ ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsindən görünür ki, Cavabdeh oğluna xx.xx.2028-ci il tarixədək Azərbaycan Respublikasında yaşamağa icazə verilmiş, onun yaşayış yeri Balakən rayonu Sarıbulaq kəndi göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********28-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evi və 0.1804 ha yaşayış məntəqələrinin torpaqları 30 №li reyestr kitabının 29 №li vərəqində xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evinin 12/36 və torpaq sahəsinin 15/54 hissəsi İddiaçı1, fərdi yaşayış evinin 12/36 və torpaq sahəsinin 24/54 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi X2, fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi X3 və fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi X8 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi reyestr nömrəsi **********28- 10301 olan, 271 qeydiyyat nömrəli Texniki Pasportdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evinin 12/36 hissəsi İddiaçı1, fərdi yaşayış evinin 12/36 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 4/36 X2, fərdi yaşayış evinin 4/36 hissəsi X3 və fərdi yaşayış evinin 4/36 X8 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunan və məhkəmədə tədqiq edilən İddiaçı2 Balakən Rayon Polis Şöbəsində (bundan sonra Balakən RPŞ) verdiyi izahatdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh oğlu onun əmisidir. Onların arasında olan mübahisələrə görə atası onun qazını və işığını kəsmişdi. Hal-hazırda onlar razılığa gəlmişlər ki, onun işığını və qazını təmin edəcəklər. O da özünə düşən paya uyğun olaraq kommunal ödənişlərdə onlara kömək edəcəyinə söz verdi. İşə əlavə olunan və məhkəmədə tədqiq edilən İddiaçı1 Balakən Rayon Polis Şöbəsində (bundan sonra Balakən RPŞ) verdiyi izahatdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. Cavabdeh oğlu onun qardaşıdır. O, 2018-ci ildən atalarından qalan mülkdə onlarla birlikdə yaşayır. Onların arasında olan mübahisələrə görə o, onun qazını və işığını kəsmişdi. Hal-hazırda onlar razılığa gəlmişlər ki, onun işığını və qazını təmin edəcəklər. O da özünə düşən paya uyğun olaraq kommunal ödənişlərdə onlara kömək edəcəyinə söz verdi. İşə əlavə olunan və məhkəmədə tədqiq edilən Cavabdeh oğlunun Balakən Rayon Polis Şöbəsində (bundan sonra Balakən RPŞ) verdiyi izahatdan görünür ki, Balakən rayonu Sarıbulaq kəndində ailəsi ilə birlikdə yaşayır. İddiaçı2 onun qardaşı oğludur. O, 2018-ci ildən Balakən rayonu Sarıbulaq kəndində yaşayır. Rusiya Federasiyasında işlədiyi müddətdə qardaşına evin tikilməsində maddi yardım etmiş və bundan əlavə hər ay onlara pul göndərmişdir. Sonra o, Rusiya Federasiyasından qayıdıb atasından onlara qalan evdə yaşamağa başlamışdır. Onların arasında ilk mübahisə fındıq üstündə olmuşdur. Qardaşı oğlu İddiaçı2 atasından qalan fındıq bağına heç bir haqqınını olmamasını, bütün bağın fındığının və məhsulunun ona məxsus olmasını bildirmişdir. Bundan sonra onlar ona daha da çətinlik yaratmağa başlamış və qaldığı evin qazını, işığını kəsmişlər. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən 20 manat təbii qazın istehlak haqqı ödənilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatları, işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı1 ilə Cavabdeh oğlu doğma qardaşdırlar. Həmçinin Cavabdeh oğlu pensiyaçıdır. İddiaçı1 və Cavabdeh oğlunun mərhum ataları X4 0.1804 ha həyətyanı və 1971-ci ildə tikilmiş ümumi sahəsi 219.70 kv.m olan fərdi yaşayış evi onun vərəsələrinə miras qalmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********28-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evi və 0.1804 ha yaşayış məntəqələrinin torpaqları 30 №li reyestr kitabının 29 №li vərəqində xx.xx.2023-cü il tarixdə fərdi yaşayış evinin 12/36 və torpaq sahəsinin 15/54 hissəsi İddiaçı1, fərdi yaşayış evinin 12/36 və torpaq sahəsinin 24/54 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi X2, fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi X3 və fərdi yaşayış evinin 4/36 və torpaq sahəsinin 5/54 hissəsi X8 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçılar İddiaçı1 və Musayev X19 rayonu Sarıbulaq kəndində yerləşən iddia predmetini təşkil edən fərdi yaşayış evinin ümumi paylı mülkiyyətçiləridir. Sözügedən evin və torpaq sahəsinin digər ümumi paylı mülkiyyətçiləri X10, X13 və X14r. Balakən rayonu Sarıbulaq kəndində yerləşən mübahisəli ev və torpaq sahəsindən ümumi paylı mülkiyyətçilərin payları naturada ayrılmamışdır. Cavabdeh oğlu 2018-ci ildən ümumi paylı mülkiyyətçilərin, o cümlədən iddiaçıların razılığı ilə Balakən rayonu Sarıbulaq kəndində yerləşən həmin fərdi yaşayış evinə köçmüşdür və həmin vaxtdan orada yaşayır, onun əşyaları həmin evdə yerləşir və onun bu evlə davamlı əlaqələri vardır. O, evin kommunal xərclərindən ödənişlər edir. Miqrasiya təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş DYİ ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinə əsasən Cavabdeh oğluna xx.xx.2028-ci il tarixədək Azərbaycan Respublikasında yaşamağa icazə verilmiş, onun yaşayış yeri Balakən rayonu Sarıbulaq kəndi göstərilmişdir. Azərbaycan Respublikasında Cavabdeh oğlunun mülkiyyətində və istifadəsində başqa yaşayış sahəsi, mənzil və ya fərdi yaşayış evi yoxdur. Hazırda mübahisəli fərdi yaşayış evinin ümumi paylı mülkiyyətçiləri olan iddiaçılar Cavabdeh oğlunun mübahisəli evdən çıxarılmasını tələb edir, evin digər paylı mülkiyyətçiləri X10, X13 və X17 cavabdehin həmin evdə yaşamasına razıdırlar. Yəni ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında bu xüsusda evə birgə sərəncam verilməsi ilə bağlı qarşılıqlı razılıq yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Məcəllənin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan Hüquqlarının və X15 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 8-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Avropa Konvensiyasının 8-ci maddəsinin 2-ci bəndinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüquqların həyata keçirilməsinə hakimiyət orqanları tərəfindən müdaxiləyə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəllənin (08 iyul 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş ) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərlməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvüləri sayılırlar.Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədarın ailə üzvüləri icarədarın arvadı(əri ).onların uşaqları və valideynləri hesab olunur.İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvüləri hesab edilə bilərlər. Yenə də həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını , uşaqlarını,valideynlərini,habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvülərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa,bu maddəyə uyğun olaraq yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının mənzil qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, bu Məcəllədən, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr bu Məcəllə ilə tənzimlənən mənzil münasibətlərinə (beynəlxalq müqavilədən onun tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul edilməsi tələbinin irəli gəldiyi hallar istisna edilməklə) birbaşa tətbiq edilir. Əgər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilədə müəyyənləşdirilən normalar mənzil qanunvericiliyində nəzərdə tutulan normalardan fərqlənərsə, onda beynəlxalq müqavilənin normaları tətbiq edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla olan şəxslər mülkiyyətçi, kirayəçi qismində və qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yaşamaq üçün yaşayış sahəsini sərbəst seçmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 3.1-ci maddəsinə əsasən mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4.0-cı maddəsinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə: 4.0.1. vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması məqsədilə daşınmaz əmlak bazarının inkişafına köməklik göstərir; 4.0.2. müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir; 4.0.3. mənzil tikintisini stimullaşdırır; 4.0.4. yaşayış sahəsi əldə edənlərin və qanuni əsaslarla onlardan istifadə edənlərin, kommunal xidmətlərin, habelə mənzil fonduna aid digər xidmətlərin istehlakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir; 4.0.5. mənzil qanunvericiliyinin yerinə yetirilməsinə, mənzil fondundan istifadəyə və onun qorunmasına, yaşayış sahələrinin müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə uyğunluğuna nəzarəti təmin edir; 4.0.6. mənzil tikintisi həyata keçirilərkən qanunvericiliklə müəyyənləşdirilmiş tələblərin yerinə yetirilməsinə nəzarəti təmin edir; 4.0.7. əhalinin müxtəlif sosial təbəqələrinin, xüsusilə gənc ailələrin güzəştli ipoteka kreditləri ilə təmin edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6.0-cı maddəsinə əsasən mənzil qanunvericiliyi aşağıdakılarla bağlı münasibətləri tənzimləyir: 6.0.1. dövlət və bələdiyyə mənzil fonduna daxil olan yaşayış sahələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi, dəyişdirilməsi və bu hüquqlara xitam verilməsi; 6.0.2. xüsusi mənzil fonduna daxil olan yaşayış sahələrindən istifadə edilməsi; 6.0.3. yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinin ümumi mülkiyyətindən istifadə edilməsi… Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra – tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 14.1-ci maddəsinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 69.1-ci maddəsinə əsasən kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 69.2-ci maddəsinə əsasən kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan və yardıma ehtiyacı olub, valideynlərindən saxlanılması üçün yardım ala bilməyən qardaş və bacılar buna zəruri vəsaitə malik yetkinlik yaşına çatmış qardaş və bacılardan məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər. Əmək qabiliyyəti olmayan və yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış qardaş və bacılar valideynlərindən, yaxud da ərindən (arvadından) və ya yetkinlik yaşına çatan uşaqlarından saxlanmaq üçün maddi yardım ala bilmədikdə onlara da eyni hüquq verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İnsan hüquqlarının və X15 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). İşin hallarına tətbiq edilməli olan qanun normalarına uyğun hüquqi qiymət verən məhkəmə qeyd edir ki, şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuş mənzil hüququ vardır və bu hüququn təmin edilməsində öhdəlik dövlət və bələdiyyənin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosail kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.2-ci maddəsinə əsasən qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. İş materiallarından görünür ki, Cavabdeh oğlu 2018-ci ildən ümumi paylı mülkiyyətçilərin razılığı əsasında 2018-ci ildən mübahisə predmetini təşkil edən Balakən rayonu Sarıbulaq kəndində yerləşən 2 mərtəbəli fərdi yaşayış evinin bir otağında yaşayır və qanunvericiliyin tələbinə əsasən həmin yaşayış sahəsi cavabdehin evi sayılır. Belə ki, cavabdehin əşyaları yaşadığı həmin evin bir otağında yerləşir və bu xüsusda onun həmin yaşayış sahəsi ilə davamlı və yetərli əlaqələri vardır və həmin yaşayış sahəsi onun faktiki sahiblik və istifadəsindədir. Cavabdeh oğlu xx.xx.2028-ci ilədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəyə malikdir və həmin icazə sənədində onun yaşadığı yer mübahisəli yaşayış evinin yerləşdiyi Balakən rayonu Sarıbulaq kəndi qeyd edilmişdir (yuxarıda həmin icazə vəsiqəsinə istinad edilmişdir). Cavabdehin daimi yaşamaq üçün gəldiyi Azərbaycan Respublikasında özünə məxsus digər yaşayış sahəsi; mənzili və ya fərdi yaşayış evi yoxdur, dövlət və bələdiyyə orqanları tərəfindən ona yaşamaq üçün başqa mənzil və ya ev verilməmiş və ya təklif edilməmişdir. Həmçinin cavabdehin iddia predmetini təşkil edən fərdi yaşayış evindən çıxarılması üçün heç bir kompensasiya verilməmiş və ya təklfi edilməmişdir. Həmin evdə cavabdehin yaşaması üçün təxirəsalınmaz ictimai tələbat vardır. Həmçinin mübahisəli fərdi yaşayış evi və torpaq sahəsindən ümumi paylı mülkiyyətçilərin payları naturada ayrılmamışdır. Eyni zamanda mübahisəli evin və torpaq sahəsinin digər ümumi paylı mülkiyyətçiləri olan X10, X13 və X17 Cavabdeh oğlunun həmin evdə yaşamasına razıdırlar. Bu xüsusda evin ümumi paylı mülkiyyətçiləri arasında evə dair sərəncam verilməsi ilə əlaqədar qarşılıqlı razılıq yoxdur. Həmçinin Cavabdeh oğlu pensiyaçıdır və İddiaçı1 doğma qardaşıdır. Belə olan halda cavabdehə heç bir kompensasiya ödənilmədən və ya ona yaşamaq üçün digər mənzil verilmədən onun uzun müddət yaşadığı, yetərli və davamlı əlaqələrdə olduğu və öz evi saydığı fərdi yaşayış evindən çıxarılması onun Azərbaycan Respublikaksı Konstitusiyasının 43-cü maddəsində və Avropa Konvensiyasının 8-ci maddəsində təsbit edilmiş mənzil toxunulmazlığı hüququnun pozulmasına gətirib çıxaracaqdır ki, bu da yolverilməzdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Strunjaq və başqaları Xorvatiyaya qarşı iş üzrə ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46943/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X) qeyd edilmişdir ki, Konvensiyanın 8-ci maddəsi yalnız şəxsin hazırkı mənzilinin toxunulmazlığına hörmət hüququnu qoruyur. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin O.ROUK Birləşmiş Krallığa qarşı işində ərizənin qəbul edilənliyi barədə qərarında (ərizə №46934/99, Avropa İnsan Hüquqları Məhkəməsinin 2000-X) və X5rşı iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, şəxs qaldığı yerin 8-ci maddəsində nəzərdə tutulan mənada «mənzil» sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi yuxarıda adı çəkilən Gillounun işinə dair qərarında xatırlatmışdır ki,Gillounun işində ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardı. (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/3 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar)». İşdəki sübutlara hüquqi qiymət verən məhkəmə hazırki işlə bağlı da nəzərə çatdırır ki, cavabdeh mübahisəli evdə evin ümumi paylı mülkiyyətçilərinin razılığı əsasında özünə mənzil qura bilmiş, həmin evdə yaşamışdır və yaşayır, onun həmin evlə yetərli və davamlı əlaqələri vardır. Ona görə də Avropa Konvensiyasının 8-ci maddəsi baxımından cavabdehin həmin yaşayış sahəsinə mənzil hüququ yaranmışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedent hüququ əsasında mənzil hüququna müdaxilə ilə bağıl qiymətləndirmə testi müəyyən olunmuşdur. Belə ki, Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş mənzil hüququna müdaxilə üçün 1) bu müdaxilə qanunda nəzərdə tutulmalı; 2) qanuni məqsədlər daşımalı; 3) qoyulmuş məqsədlərin həyata keçirilməsinə mütənasib olmalı və demokratik cəmiyyətdə zəruri olmalıdır. İş hallarına qanunvericilik və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedent hüququnun işığında qiymət verən məhkəmə hesab edir ki, hazırki işdə cavabdehin sözügedən evdən çıxarılması qanunda nəzərdə tutulsa da və bunun qanuni məqsəd daşıması qəbul olunsa belə, cavabdehin uzun müddətdir ki, həmin evdə yaşadığı, həmin evlə yetərli və davamlı əlaqələrinin olduğu, cavabdehin başqa yaşayış sahəsinin olmadığı, ona yaşamaq üçün başqa ev və ya mənizilin verilmədiyi, həmçinin kompensasiyasının təklif edilmədiyi və verilmədiyi şəraitdə cavabdehin həmin evdən çıxarılması onu həddindən artıq ağır məhrumiyyət yükünə məruz qoymaqla qoyulmuş məqsədlərə mütənasib deyildir və demokratik cəmiyyətdə zəruri deyildir. Bunun əksi Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusuna gətirib çıxaracaqdır ki, bu da yolverilməzdir. Bu xüsusda məhkəmə qeyd edir ki, Elmira Əhmədova Azərbaycana qarşı iş üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin qərarında eyni hal üzrə ərizəçinin evdən çıxarılması onun Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş mənzil hüququnun pozulması kimi qiymətləndirilmişdir. Ona görə də məhkəmə hazırki iddianın təmin olunmaması nəticəsinə gəlir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı Cavabdeh oğlunun onlara məxsus Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəmsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh oğluna qarşı Cavabdeh oğlunun onlara məxsus Balakən rayonu Sarıbulaq kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar