Məhkəmə qərarları › İş №e-2(019)-433/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-433/2022

17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-433/2022 17.08.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə İddiaçı Cavabdehnə qarşı cərimənin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İstsehsalat Birliyinin İddiaçı qarşı qaz borcunun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zaqtala X7 İdarəsinin mütəxəssisləri tərəfindən hesablanmış 432 manat cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, X1 göstəricisinə əsasən aparılmış hesabata görə 831.01 manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 432 manat, cəmi 1263.01 manat əsas borcun, əvvəlcədən ödənilmiş 32.63 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının, ümumilikdə 1296.04 manat borcun (pulun) tutularaq Cavabdeh xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı Cavabdeh nümayəndəsi 08 avqust 2022-ci il tarixə saat 10.40-a və 17 avqust 2022-ci il tarixə saat 10.50-ə təyin olunmuş məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də İddiaçı Cavabdehnə qarşı cərimənin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı qaz borcunun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalı, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 32.63 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qaytarılmalıdır. Həmçinin ilk iddianın və qarşılıqlı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı cərimənin ləğv edilməsi tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh İddiaçı qarşı qaz borcunun tutulması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlansın; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 32.63 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qaytarılsın; ilk iddianın və qarşılıqlı iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar