Məhkəmə qərarları › İş №e-2(019)-45/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-45/2023

20.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-45/2023 20.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahələrindən çıxarılma və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Balakən rayonu Talalar kənd sakini Cavabdeh Balakən rayonu Talalar kəndində yerləşən RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışlara əsasən ona məxsus həyətyanı torpaq sahələrində tikilmiş hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, ona məxsus torpaq sahəsinin sahibi olduğu halda ondan istifadə edilməyinə yönəldilmiş qərəzli hərəkətlərə son qoyulması, cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı məxsus Balakən rayonu Talalar kəndində yerləşən RX seriyalı ******* nömrəli çıxarış üzrə 0.049 ha həyətyanı torpaq sahəsindən və RX seriyalı ******* saylı çıxarış üzrə 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılması, Cavabdeh qanunsuz istifadə etdiyi X5 xüsusi mülkiyyətində olan həmin torpaq sahələrindən sahiblik və istifadəsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması və Cavabdeh tərəfindən həmin 0.049 ha torpaq sahəsində tikilmiş tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, onunla əsaslandırmışdır ki, nümayəndəsi olduğu İddiaçı Balakən rayonu Talalar kəndində özünə məxsus 0.049 və 0.10 ha həyətyanı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə dair hüquqların Dövlət Qeydiyyatından çıxarış almışdır. Həmin torpaq sahələrinin qonşuluğunda Cavabdeh yaşayır. Cavabdeh həmin torpaq sahələrini zəbt etmiş və orada tikili tikmişdir. Odur ki, Balakən rayon Talalar kəndində yerləşən RX seriyalı ******* nömrəli xx.xx.2012-ci il tarixli, RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il tarixli çıxarışa əsasən İddiaçı məxsus torpaq sahələrindən cavabdehin çıxarılması, Cavabdeh İddiaçı məxsus torpaq sahələrinə sahiblik və istifadə edilməsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması və İddiaçı məxsus 0.049 ha həyətyanı torpaq sahəsində tikdiyi tikilinin sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın əsassız olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən verilmiş RX seriyalı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr neömrəsi **********63 olan, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu, Talalar kəndində yerləşən 0.049 ha torpaq sahəsininin 0.0021 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh tərəfindən inşa edilən tikilinin 0.001 ha hissəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu, Talalar kəndində yerləşən 0.049 ha torpaq sahəsininin hüdudları daxilində yerləşir. Həmin torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak X2 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********23 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışla ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balaakən rayonu Talalar kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 0.0118 ha hissəsi Cavabdeh tərəfindlən istifadə edilir. Bununla bağlı müvafiq mütəxəssis rəyi və ekspertiza rəyi verilmişdir. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyətinin Talalar kənd İƏD-nin xx.xx.2022-ci il tarixli 1119 saylı arayışından görünür ki, İddiaçı Balakən rayonu Talalar kənd sakinidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********63 olan, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.049 ha yaşayış məntəqələrinin torpaqları 20 №li reyestr kitabının 54 №li vərəqində xx.xx.2013-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********95 olan, 000096 qeydiyyat nömrəli xx.xx.2013cü il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Talalar kəndi 0.049 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********23 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndi 0.10 ha yaşayış məntəqələrinin torpaqları 20 №li reyestr kitabının 54 №li vərəqində xx.xx.2013-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********23 olan, 000096 qeydiyyat nömrəli xx.xx.2012ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Balakən rayonu Talalar kəndi 0.10 ha yaşayış məntəqələrinin torpaqları İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş reyestr nömrəsi **********88, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.1612 ha yaşayış məntəqəsinin torpaqları X1, Cavabdeh və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* №-li reyestr nömrəsi **********86, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.0665 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X1, Cavabdeh və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* №-li reyestr nömrəsi **********87, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndində yerləşən 0.5216 ha kənd təsərrüfatı təyinatlı torpaqlar X1, Cavabdeh və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2023-cü il tarixli №10/2372 nömrəli ekspert rəyində göstərilir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindlən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Republikası Əmlak Məsələləlri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********63 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2013-cücü il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Talalar kəndində yerləşən 0.049 ha torpaq sahəsinin 0.0021 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koorinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir); Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestr nömrəsi **********23 olan, ********** qeydiyyat nömrəli , xx.xx.2012-ci il tarixli Çıxarışla ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Talalar kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 0.0118 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 16 avqust 2023-cü il tarixli №10/2372 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan Balakən rayon İcra Hakimiyyəti başçısının müavini, sosialiqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mehparə Əliyevanın 23 noyabr 2021-ci il tarixli 03-1997 nömrəli arayışından görünür ki, məlum oldu ki, Talalar kənd sakini Cavabdeh qonşusu İddiaçı məxsus həyətyanı sahəsinin orta sərhədinə yaxın məsafədə yaşayış evinin tikintisinə başlamışdır. Bildirilir ki, Talalar kənd sakini Cavabdeh tərəfindən Balakən RİH-nin Memarlıq və Tikinti Şöbəsinə tikinti niyyəti barədə müraciət daxil olmamışdır və şöbə tərəfindən vətəndaşa heç bir sənəd verilməmişdir. İş materiallarından həmçinin görünür ki, xx.xx.2022-ci il tarixli mədaxil qəbzi ilə iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 95 manat mütəxəssis xərci ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi “18 saylı Zaqatala Ərazi idarəsinin 19 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2- 3869/2023 nömrəli mütəxəssis rəyinə aydınlıq gətirilməsi barədə məktubdan və ona əlavə olunmuş Balakən Rayon Məhkəməsinin icraatında olan Balakən rayonu Talalar kəndi ərazisində yerləşən mübahisələndirilən torpaq sahələrinin naturada və çıxarış sənədlərinə əsasən torpaq sahələrinin yerləşmə vəziyyətinin yerquruluşu planından (M 1:2000) görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərfindən verilmiş RX seriyalı, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********63 olan, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Talalar kəndində yerləşən 0.049 ha torpaq sahəsinin 0.0021 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Cavabdeh tərəfindən inşa edilən tikilinin 0.001 ha hissəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu, Talalar kəndində yerləşən 0.049 ha torpaq sahəsininin hüdudları daxilində yerləşəir. Həmin torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********23 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Talalar kəndində yerləşən 0.10 ha torpaq sahəsininin 0.0118 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən olunmuşdur ki, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********63 olan, ********** qeydiyyat nömrəli xx.xx.2013-cü il tarixli Çıxarış verilməklə Balakən rayonu Talalar kəndində yerləşən 0.049 ha yaşayış məntəqələrinin torpaqları 20 №li reyestr kitabının 54 №li vərəqində xx.xx.2013cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********23 olan, ********** qeydiyyat nömrəli xx.xx.2012-ci il tarixli Çıxarış verilməklə Balakən rayonu Talalar kəndi 0.10 ha yaşayış məntəqələrinin torpaqları 20 №li reyestr kitabının 54 №li vərəqində xx.xx.2013-cü il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2023-cü il tarixli №10/2372 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindlən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən Azərbaycan Republikası Əmlak Məsələlələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, hüquqların dövlət qeydiyyatı haqqında daşınma əmlakın Dövlət reyestr nömrəsi **********63 olan, ********** qeydiyyat nömrəli,xx.xx.2013-cü il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Talalar kəndində yerləşən 0.049 ha torpaq sahəsinin 0.0021 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koorinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir), eyni zamanda Azərbaycan Respublikası Əmlak X3 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestr nömrəsi **********23 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2012-ci il tarixli Çıxarışla İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu Talalar kəndində yerləşən 0.10 ha torpaq sahəsinin 0.0118 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir (Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri və koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir). Cavabdeh tərəfindən inşa edilən tikilinin 0.001 ha hissəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş Balakən rayonu, Talalar kəndində yerləşən 0.049 ha torpaq sahəsininin hüdudları daxilində yerləşir. İddiaçı tərəfindən 95 manat mütəxəssis xərci və hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Məhkəmə qeyd edir ki, iddiaçının torpaq sahəsini geri tələbi üzrə iddiası vindikasiya iddiasıdır ki, onun da hüquqi əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində təsbit edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasının mənasına görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Məhkəmə bildirir ki, vindikasiya termini vim dicere latın sözündən götürülmşdür. Vindikasiya iddiası birinci növbədə əmlaka sahiblik və mülkiyyət hüquqlarının müdafiəsinə yönəlmişdir. Vindikasiya iddiasının şərtləri aşağıdakılardır:1) tələbin predmeti fərdi əşya və ya fərdiləşdirilmiş əşya olmalı, həmin əşya başqa əşyalardan xüsusi əlamətləri ilə seçilməlidir; 2) tələb olunan əşya həqiqətdə, yəni naturada mövcud olmalıdır; 3) bu iddianı həmin əşyanın mülkiyyətçisi, həm də həmin əşyanın qanuni sahibi qaldıra bilər; 4) əşyanın mülkiyyətçisi və ya titul sahibi həmin əşyaya mülkiyyət və sahiblik hüququnu təsdiq etməli və bununla bağlı müvafiq sübut təqdim etməlidir; 5) bu iddia üzrə cavabdeh qismində əşyanın faktiki sahibliyində olduğu şəxs çıxış etməlidir; 6) cavabdehin həmin əşyaya sahibliyi qanunsuz və vicdansız olmalıdır; 7) iddiaçı əmlakını geri tələb etməklə bərabər, həmin əmlakdan istifadə nəticəsində alınmış gəlirləri, həmçinin vurulmuş ziyanı da tələb edə bilər; 8) cavabdeh tələb olunan əmlakın yaxşılaşdırılması üçün çəkdiyi xərcləri tələb edə bilər. Vindikasiya inddiasının mənası əmlakın naturada tələb edilməsi, yəni onun alınıb sahibinə qaytarılması mümkünlüyündən ibarətdir. Əgər bunu etmək mümkün deyildirsə, belə iddianın qaldırılması mənasızdır. Bu zaman vurulmuş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürülməlidir. Vindikasiya iddiasında iddia tələbini sübut etmə yükü iddiaçının üzərinə düşür. Həmin əşyalar cavabdehdə olduğu təqdirdə isə cavabdeh həmin əşyalara olan sahibliyinin qanuni və vicdanlı olmasını sübut etmə vəzifəsi daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq Cavabdeh, İddiaçı mülkiyyətində olan 0.049 ha torpaq sahəsinin 0.0021 ha hissəsini, 0.10 torpaq sahəsinin 0.0118 ha hissəsini (mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən) qanunsuz sahibliyində saxlamaqla və qanunsuz istifadə etməklə, həmçinin İddiaçı mülkiyyətində olan 0.049 ha torpaq sahəsinin 0.001 ha hissəsində tikili tikməklə İddiaçı sözügedən torpaq sahələrinə mülkiyyət hüquqlarına əsassız müdaxilə etmiş və mülkiyyət hüquqlarını pozmuşdur. Ona görə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0.049 ha həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilən 0.0021 ha hissəsindən və 0.10 ha həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 0.0118 ha hissəsindən çıxarılmalı, Cavabdeh qanunsuz istifadə etdiyi X5 xüsusi mülkiyyətində olan həmin torpaq sahələrindən sahiblik və istifadəsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalı, həmçinin Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0.049 ha həyətyanı torpaq sahəsinin 0.001 ha hissəsində inşa etdiyi tikili (yerquruluşu planında göstərilən sxemə əsasən) sökülməli, iddia Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0.049 ha həyətyanı torpaq sahəsinin 0.0021 ha hissəsindən artıq hissədən, həmin 0.049 torpaq sahəsinin 0.001 ha hissəsindən əlavə inşa etdiyi tikili hissəsinin sökülməsi və 0.10 ha həyətyanı torpaq sahəsinin 0.0118 ha hissəsindən artıq torpaq sahəsi hissəsindən çıxarılması hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına uyğun müvafiq qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0.049 ha həyətyanı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən 0.0021 ha hissəsindən və 0.10 ha həyətyanı torpaq sahəsinin həmin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilən 0.0118 ha hissəsindən çıxarılmalı, Cavabdeh qanunsuz istifadə etdiyi X5 xüsusi mülkiyyətində olan həmin torpaq sahələrindən sahiblik və istifadəsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalı, həmçinin Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0.049 ha həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilən 0.001 ha hissəsində inşa etdiyi tikili sökülməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməli, qalan 50 manat dövlət rüsumu İddiaçı aid edilməli, iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərcinin yarısı-47,5 manat Cavabdeh alınaraq İddiaçı verilməli, həmçinin iddia qismən təmin edildiyindən 50 manat ekspertiza xərcinin 25 manatı Cavabdeh və 25 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0.049 ha həyətyanı torpaq sahəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən 0.0021 ha hissəsindən və 0.10 ha həyətyanı torpaq sahəsinin həmin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilən 0.0118 ha hissəsindən çıxarılsın; Cavabdeh qanunsuz istifadə etdiyi X5 xüsusi mülkiyyətində olan həmin torpaq sahələrindən sahiblik və istifadəsinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulsun; Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan 0.049 ha həyətyanı torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilən 0.001 ha hissəsində inşa etdiyi tikili sökülsün; iddia qalan hissədə təmin edilməsin. İddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin; qalan ödənilmiş 50 manat dövlət rüsumu İddiaçı aid edilsin; iş üzrə ödənilmiş 95 manat mütəxəssis xərcinin yarısı-47,5 manat Cavabdeh alınaraq İddiaçı verilsin; iş üzrə 50 manat ekspertiza xərcinin 25 manatı Cavabdeh və 25 manatı İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı X8 Agentliyi Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar