Məhkəmə qərarları › İş №e-2(019)-46/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-46/2023

11.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-46/2023 11.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan əmlakdan payının naturada ayrılması, mənzildən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək paylı mülkiyyətlərində olan Balakən şəhəri H.Əliyev prospekti ev 49 ünvanında yerləşən 8 saylı mənzilin 5/6 hissə payının naturada ayrılması, payına verilmiş hissədən cavabdehin çıxarılması, payına verilmiş hissəyə sahib olması, ondan istifadə etməyinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,o, xx.xx.1965-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin mənzil keçmiş Balakən Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun xx.xx.1996-cı il tarixli 03 saylı sərəncamı ilə anası X1 adına rəsmiləşdirilmişdir. Anası özünə məxsus olan əmlakını ona vəsiyyət etmişdir. Anası X4 31 may 2017-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ondan qalmış miras əmlak olan ünvan 3 ünvanındakı 8 saylı mənzilin 5/6 hissəsinə öz adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Həmin sənədlər əsasında mənzilin 5/6 hissəsi onun, 1/6 hissəsi isə cavabdeh olan bacısı Cavabdeh paylı mülkiyyətində olmaqla həmin hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********14- 05101-093009 nömrə ilə qeydiyyata alınmış və bununla bağlı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Hal-hazırda cavabdehlə münasibətləri gərgin olduğundan onunla birlikdə yaşamaları qeyri-mümkündür. Buna görə də mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvanındakı 8 saylı mənzilin 5/6 hissəsinin naturada ayrılmasını, cavabdehin ona məxsus olan əmlakdan çıxarılmasını istəyir. Cavabdeh mənzilin ona məxsus 5/6 hissəsinin naturada ayrılmasına etiraz edir. Bununla da onun mülkiyyət və istifadə hüququ pozulmuşdur. Hazırda cavabdehlə aralarında münasibətlər son həddə çatmışdır.Buna görə də göstərilən əmlakdan payının naturada ayrılmasını məhkəmədənkənar qaydada həll edə bilməmişlər. Ona görə də ona məxsus mənzilin 5/6 hissəsinin naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı, onun nümayəndəsi(vəkili) Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə məlumat göndərərək Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)-1432/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixə saat 12:40-a təyin edilmiş şifahi məhkəmə baxışı iclasında iştirak etməsi ilə bağlı icraatda olan e-2(019)-46/2023 saylı mulki iş üzrə xx.xx.2023-cü il tarixə saat 12:30-a təyin edilmiş məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxıb, qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin185.1 və 185.6-cı maddələrinə uyğun olaraq iddiaçının, onun nümayəndəsi (vəkilinin) iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan həmin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanı Balakən şəhəri, R.Səmədov küçəsi) ünvanında yerləşən 69,70 kv.m mənzilin 5/6 hissəsi İddiaçı, 1/6 hissə isə X1 xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 22 oktyabr 2021-ci il tarixdə verilmiş inventar nömrəsi 1565 olan mənzilin Texniki pasportundan görünür ki, ünvan 6ənzil ünvanında yerləşən mənzilin 5/6 hissəsi İddiaçı,1/6 hissəsi isə Cavabdeh adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 may 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 864272 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında təqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2022-ci il tarixli 10/4132 nömrəli ekspert rəyindən görünür ki, Balakən şəhəri, H.Əliyev prospekti 47 ünvanında yerləşən ümumi sahəsi 69.70 kv.m olan 8 saylı mənzildən İddiaçı 5/6 hissə payının naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1.,2.2.,2.4.,2.9. bəndlərinin və məhkəmə Tikinti Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2974/2023 nömrəli qərarından görünür ki, həmin qərarla iddiaçı Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kolllegiyasının 29 mart 2023-cü il tarixli, 2(107)-316/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh bacıdırlar. Balakən şəhəri H.Əliyev prospekti ev 49 mənzil 8 ünvanında yerləşən mənzil onların anası X1 mülkiyyətində olmuşdur. X4 31 may 2017-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ondan qalmış miras əmlak olan ünvan 3 ünvanındakı 8 saylı mənzilin 5/6 hissəsinə İddiaçı payı müəyyən edilmiş, Cavabdeh aid 1/6 hissə isə açıq saxlanmışdır. Aralarında olan narazılığa görə iddiaçı 5/6 hissə payının naturada ayrılması , cavabdehin ona məxsus olan əmlakdan çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 05 sentyabr 2022-ci il tarixli 10/4132 nömrəli ekspert rəyinə əsasən Balakən şəhəri, H.Əliyev prospekti 47 ünvanında yerləşən ümumi sahəsi 69.70 kv.m olan 8 saylı mənzildən İddiaçı 5/6 hissə payının naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1.,2.2.,2.4.,2.9. bəndlərinin və məhkəmə Tikinti Ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin hallarını ümumi paylı mülkiyyətdə olan, Balakən şəhəri, H.Əliyev prospekti 47 ünvanında yerləşən ümumi sahəsi 69.70 kv.m olan 8 saylı mənzildən İddiaçı 5/6 hissə payının naturada ayrılmasının texniki cəhətdən mümkün olmamasını nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan əmlakdan payının naturada ayrılması, mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən ödədiyi 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. 50 manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qə t e t d i İddiaçı Cavabdeh qarşı ümumi paylı mülkiyyətdə olan əmlakdan payının naturada ayrılması, mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. 50 manat ekspertiza xərci İddiaçı tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar