Məhkəmə qərarları › İş №e-2(019)-468/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-468/2022

26.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-468/2022 26.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi qohumluq münasibətləri faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, 11 sentyabr 2000-ci ildə ölmüş X3 anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1957-ci ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuşdur. X19, anası isə X6 olmuşdur. Valideynlərinin hər ikisi ölmüşdür. Atası və anasının nikahları rəsmi qeydiyyata alınmamışdır. Onun doğumu haqqında 10 iyun 1957-ci ildə Balakən rayonunun Meşəşambul kənd icra nümayəndəliyində 55 sayla doğum akt qeydi tərtib edilmiş, doğum akt qeydinin ana qrafasında anasının soyadı heç bir əsas olmadan Hüşənova əvəzinə Qorzolova qeyd edilmişdir. Balakən rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ona, anasına və digər şəxsə 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X2 11 sentyabr 2000-ci il tarixdə ölmüşdür. Anasının ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ona məlum olmuşdur ki, 10 iyun 1957-ci ildə Balakən rayonunun Meşəşambul kənd icra nümayəndəliyində 55 sayla tərtib edilmiş doğum akt qeydinin ana qrafasında anasının soyadı heç bir əsas olmadan Hüşənova əvəzinə Qorzolova qeyd edilmişdir. Bundan sonra o, doğum akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. X21 10 iyun 1957-ci ildə Balakən rayonunun Meşəşambul kənd icra nümayəndəliyində 55 sayla tərtib edilmiş doğum akt qeydinin ana qrafasında anasının soyadı Hüşənovadan Qorzolovaya düzəliş üçün kifayət qədər əsaslar olmadığından məhkəməyə müraciət etməli olduğunu bildirərək, ərizəsinin təmin edilməsindən imtina etmişdir. Buna görə X3 anası olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək istəyir. Qeyd edilənləri nəzərə alaraq X3 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi Qorzolova Rəyisət Xalayev qızının nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamış, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Paraşova Xamisat Xalayev qızı və X16 oğlu ifadələrində 11 sentyabr 2000-ci ildə ölmüş X3 Ərizəçi anası olduğunu, lakin ərizəçinin doğum haqqında akt qeydinin anası qrafasında anası X1 əsassız olaraq Qorzolova kimi qeyd edildiyini, ərizəçinin anasının soyadının Hüşənova olduğunu göstərmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən 02 oktyabr 2021-ci ildə verilmiş 968 nömrəli ölüm haqqında akt qeydindən çıxarışdan görünür ki, Hüşənova Gülbiçə Hacımahama qızı 11 sentyabr 2000-ci ildə ölmüşdür İşdə olan və məhkəmə iclasında tədqiq edilən Maraqlı şəxs tərəfindən verilmiş 02 oktyabr 2021-ci il tarixli, 967 nömrəli arayışdan görünür ki, Hüşənova Gülbiçə Hacımahama qızı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin «Vətəndaşlıq vəziyyəti aktları» avtomtatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və 11.09.2000-ci ilədək onun nikahının qeydə alınmasına dair məlumat aşkar edilməmişdir. Qeyd edilən şəxs Maraqlı şəxs tərəfindən tərtib olunmuş 10.10.2000-ci il tarixli 164 №li ölüm haqqında akt qeydinə əsasən 11.09.2000-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs tərəfindən 30 oktyabr 2021-ci il tarixdə verilmiş 05/69-1074 nömrəli arayışdan görünür ki, 1899-cu ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş Hüşənova Gülbiçə Hacımahama qızının doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə 1976-cı ildən 11.09.2000-ci ilədək «Vətəndaşlıq vəziyyəti aktları» avtommatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Qeyd:11 sentyabr 20000-ci ildə vəfat etmiş G.H.Hüşənovanın ölümü 10 oktyabr 2000-ci il tarixdə 164 nömrəli akt qeydi ilə Maraqlı şəxsndə dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İHB-nın Meşəşambul kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 28 sentyabr 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 182216 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1957-ci ildə anadan olmuş, ata qrafası boş saxlanılmış, anası X5 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən X22 Xidmət Mərkəzin Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən Balakən rayonu Mahamalar kəndində yaşayan Ərizəçi qızına ünvanlanmış 03 noyabr 2021-ci il tarixli 1885 nömrəli məktubda göstərilir ki, 13.10.2021-ci il tarixdə Balakən “ASAN xidmət” X14 ərizə ilə müraciət edərək, barəsində Balakən rayon Meşəşambul kənd icra nümayəndəliyində 10.06.1957-ci ildə tərtib edilmiş 55 nömrəli doğum haqqında akt qeydində anasının soyadını “Qorzolova”dan “Hüşənova”ya düzəliş edilməsini xahiş etmişdir. Balakən rayon Meşəşambul kənd icra nümayəndəliyində 10.06.1957-ci ildə tərtib edilmiş 55 nömrəli doğum haqqında akt qeydinizdə anasının soyadını “Qorzolova”dan “Hüşənova’ya düzəliş edilməsi qeydiyyat şöbəsində mümkün deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün məhkəmənin qətnaməsi əsas hesab edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Yuxarıda qeyd olunanlara əsasən, Balakən rayon Meşəşambul kənd icra nümayəndəliyində 10.06.1957-ci ildə tərtib edilmiş 55 nömrəli doğum haqqında akt qeydinizdə anasının soyadını “Qorzolova”dan “Hüşənova”ya düzəliş edilməsi üçün kifayət qədər əsas omadığından məhkəməyə müraciət etməyi tövsiyyə edilir. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Balakən rayon İH Başçısının Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 28 sentyabr 2021ci il tarixdə verilmiş 1126 nömrəli arayışdan görünür ki, mərhumə Hüşənova Gülbiçə Hacımahama qızı vəfat etdiyi 11 sentyabr 2000-ci il tarixdə Balakən rayonu Mahamalar kəndi ünvanında daimi qeydiyyatda olmuşdur və mərhumənin aşağada adları qeyd edilən vərəsələri olmuşdur:Ərizəçi və Paraşova Xamisət Xalayev qızı. İşdə olan 06.03.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi qızı hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, ərizəçi Qorzolova Rəyisət Xalayev qızı xx xxx 1957-ci ildə Balakən rayonunun Meşəşambul kəndində anadan olmuş, X19, anası isə X6 olmuşdur. Valideynləriin hər ikisi ölmüşdür. Atası və anasının nikahları rəsmi qeydiyyata alınmamışdır. Ərizəçinin doğumu 10 iyun 1957-ci ildə Balakən rayonunun Meşəşambul kənd icra nümayəndəliyində 55 sayla doğum akt qeydi tərtib edilmiş, doğum akt qeydinin ana qrafasında anasının soyadı heç bir əsas olmadan Hüşənova əvəzinə Qorzolova qeyd edilmişdir. Balakən rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə ərizəçiyə, anasına və digər şəxsə 0.41 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X2 11 sentyabr 2000-ci il tarixdə ölmüşdür. Anasıın ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ərizəçiyə məlum olmuşdur ki, 10 iyun 1957-ci ildə Balakən rayonunun Meşəşambul kənd icra nümayəndəliyində 55 sayla tərtib edilmiş doğum akt qeydinin ana qrafasında anasıın soyadı heç bir əsas olmadan Hüşənova əvəzinə Qorzolova kimi qeyd edilmişdir. Bundan sonra ərizəçi doğum akt qeydində düzəliş edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, X21 10 iyun 1957-ci ildə Balakən rayonunun Meşəşambul kənd icra nümayəndəliyində 55 sayla tərtib edilmiş doğum akt qeydinin ana qrafasında anasının soyadı Hüşənovadan Qorzolovaya düzəliş üçün kifayət qədər əsaslar olmadığından məhkəməyə müraciət etməsi izah edilərək, ərizənin təmin edilməsindən imtina edilmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə təhqiqatı zamanı X3 öldüyü, ərizəçinin hazırki məsələnin məhkəmədən kənar qaydada həlli üçün Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinə müraciət etməsi və bu müraciətin heç bir nəticə verməməsi səbəbindən X4 Ərizəçi anası olması faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə anasından mirasdan pay almaq və bu məqsədlə həmin mirasa dair vərəsəlik hüququ haqqında şəhadətnamə alması üçün lazım olması, Ərizəçi mərhum anasının başqa növbəli vərəsələrinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Yenə də həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.3-cü maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.4-cü maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.2-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1171-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, 11 sentyabr 2000-ci il tarixdə ölmüş mərhum Hüşənova Gülbiçə Hacımahama qızının ərizəçi xx xxx 1957-ci ildə doğulmuş Ərizəçi qızının anası olması barədə qohumluq münasibətləri faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin olunsun. 11 sentyabr 2000-ci il tarixdə ölmüş mərhum Hüşənova Gülbiçə Hacımahama qızının ərizəçi xx xxx 1957-ci ildə doğulmuş Ərizəçi qızının anası olması barədə qohumluq münasibətləri faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar