Məhkəmə qərarları › İş №e-2(019)-47/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-47/2023

27.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-47/2023 27.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Balakən rayonu Qullar kəndində yerləşən 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçılara məxsus olan həmin torpaq sahəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayonu Qullar kəndində yerləşən JN 1252 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna X21 verilmiş 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçılara məxsus olan həmin torpaq sahəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onlar Balakən rayonu Qullar kəndində yaşayırlar. Kənd təsərrüfatı ilə məşğul olurlar. Onlara və ailə üzvləri- İddiaçı2, İddiaçı1, X3 və X7 Balakən rayon Aqrar İslahat komissiyasının 24 aprel 1998-ci il tarixli 05 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsəd i üçün 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1252 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna X21 verilmişdir. Həmin torpaq sahəsi Balakən rayonu Qullar kəndinin şöl ərazisindən verilmişdir. JN 1252 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna X21 verilmiş 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşadıqları ərazidən çox uzaq məsafədə yerləşdiyinə görə həmin torpaq sahəsini istifadə edə bilməmişlər. Buna görə də bir neçə il əvvəl Cavabdeh müvəqqəti istifadə etmək vermək qərarına gəlmişlər. 2021-ci ildə Cavabdeh o- İddiaçı2 Heybullah oğluna və qeyri torpaq sahiblərinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmiş, qeyri torpaq torpaq mülkiyyətçilərindən iki nəfər öldüyünə görə məhkəmənin xx.xx.2021-ci il tarixli 2(019)-588/2021 saylı qərardadı ilə mülki iş üzrə icraat dayandırılmışdır. Cavabdeh JN 1252 KOD 40107018 olan Torpağa Mülkiyyət Hüququna X21 verilmiş 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Hazırda həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Cavabdehə həmin torpaq sahəsini boşaltması ilə bağlı müraciət etsələr də, cavabdeh torpaq sahəsini qanunsuz tutmaqda davam edir. Torpaq sahəsinin zəbt olunması ilə bağlı Balakən Rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin məsələ şöbədə araşdırılmış, mübahisələrinin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququmuz izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş JN-1252 KOD 40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna X17 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı2, İddiaçı1, X2 və X15 qoğlunun ümumi birgə mülkiyyətinə Balakən rayonu Qullar kəndi ərazisindən 0.62 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(019)-588/2021 saylı qərardadından görünür ki, İddiaçı Cavabdehlər X4, X8, X12, X11 və İddiaçı2 Heybullah oğluna qarşı cavabdehlərin mülkiyyətlərində olan Balakən Rayonu Qullar kəndində yerləşən ümumi sahəsi 0,58 ha, ümumi sahəsi 0,55 ha, ümumi sahəsi 0,29 ha, ümumi sahəsi 0,55 ha, ümumi sahəsi 0,62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı (bağlanmış) hesab edilməsi, mümkün olmadığı təqdirdə cavabdehlərə ödədiyi məbləğin indiki məzənnə ilə qaytarılması tələbinə dair mülki işin icraatı mərhumlar X5 və X9 hüquq varisləri müəyyən edilənədək dayandırılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Polis Şöbəsinin Balakən rayonu Qullar kənd sakini İddiaçı2 Heybullah oğluna ünvanlanmış xx.xx.2022-ci il tarixli 109-2358A-3222 nömrəli məktubundan görünür ki, onun xx.xx.2022ci il tarixdə Balakən RPŞ-yə ünvanladığı ərizəsi tərəflərindən araşdırılmışdır. Müraciətində göstərdiyi xüsusatlar məhkəmə səlahiyyətlərinə aid olduğu üçün məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 04 oktyabr 2023-cü il tarixli 10/4239 nömrəli rəyində göstərilir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: JN-1252 KOD-40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna X19 əsasən İddiaçı1, İddiaçı2, X2 və X6 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.62 ha olmaqla həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğundur; İddiaçı1, İddiaçı2, X2 və X6 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə olunur. Torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 04 oktyabr 2023-cü il tarixli 10/4239 №li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 1853 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəf mütəxəssis rəyinin verilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə 96 manat mütəxəssis xərci ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəf hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçıların nümayəndə-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, JN-1252 KOD-40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna X19 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Balakən rayonu Qullar kəndində yerləşən 0.62 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi İddiaçı1, İddiaçı2, X2 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 04 oktyabr 2023-cü il tarixli 10/4239 nömrəli rəyinə görə JN-1252 KOD-40107018 nömrəli Torpağa Mülkiyyət Hüququna X19 əsasən İddiaçı1, İddiaçı2, X2 və X6 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçülərinin 0.62 ha olmaqla həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olması, İddiaçı1, İddiaçı2, X2 və X6 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh tərəfindən bütövlükdə istifadə olunması müəyyən olunmuş, torpaq sahəsinin yerləşmə vəziyyəti, ölçüləri, koordinatları, sahəsi mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Cavabdeh iddiaçılara məxsus iddia predmetini təşkil edən 0.62 ha torpaq sahəsindən çıxmır və iddiaçıların həmin torpaq sahəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoymur. Ona görə də iddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan 0.62 ha torpaq sahəsindən cavabdehin çıxarılmasını və həmin torpaq sahəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmasını məhkəmə qaydasında tələb edirlər. İddiaçı tərəf 96 manat mütəxəssis xərci və hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb etmsəsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Hazırki iş materiallarından görünür ki, iddia predmetini təşkil edən 0.62 ha torpaq sahəsi iddiaçıların ümumi birgə mülkiyyətindədir, həmin torpaq sahəsi cavabdehin sahibliyindədir və cavabdehin bu torpaq sahəsinə sahibliyi qeyri-qanunidir. Cavabdehin sözügedən torpaq sahəsinə heç bir hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və cavabdeh iddiaçılara məxsus həmin torpaq sahəsini öz qeyri-qanuni sahibliyində saxlayır, iddiaçılara məxsus olan həmin torpaq sahəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş qərəzli hərəkətlər və qəsdlər edir. Ona görə də iddiaçıların həmin torpaq sahəsinə mülkiyyət hüquqları bərpa olunmalı, cavabdehin sözügedən bu qərəzli hərəkətlər və qəsdlərinin qarşısı alnmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədr xərclər ödənilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördkləri işlər ekspertlərin və mütəxəsislərin xidməti vəzifələrinə aid deyildirsə, onları gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh JN-1252 KOD 40107018 saylı Torpağa Mülkiyyət Hüququna X19 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X2 və X6 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) çıxarılmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 onlara məxsus həmin 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalıdır. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və ödənilmiş 96 manat mütəxəssis xərci Cavabdeh tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh JN-1252 KOD 40107018 saylı Torpağa Mülkiyyət Hüququna X19 əsasən Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, X2 və X6 ümumi birgə mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən (torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir) çıxarılsın; iddiaçılar İddiaçı1 və İddiaçı2 onlara məxsus həmin 0.62 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulsun. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və 96 manat mütəxəssis xərci Cavabdeh tutularaq, iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar