Məhkəmə qərarları › İş №e-2(019)-47/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-47/2024

15.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-47/2024 15.04.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3,Cavabdeh2 və Cavabdeh4 qarşı cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 1.051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha hissəsindən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3,Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 onlara məxsus olan, Balakən rayonu Hənifə kəndində yerləşən, reyestr nömrəsi **********96 , qeydiyyat nömrəsi ********** olan 1.051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha hissəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini göstərmişdirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Cavabdeh4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçıların nümayəndəsi-vəkili Nümayəndə ərizəsi təmin edilməli, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı3, tərəfindən ödənmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı3 qaytarılmalıdır. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 izah olunmalıdır ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı cavabdehlərin onlara məxsus Balakən rayonu Hənifə kəndində yerləşən 1.051 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.85 ha hissəsindən çıxarılmaları tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən onu ödəmiş İddiaçı3 qaytarılsın. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar