Məhkəmə qərarları › İş №e-2(019)-470/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-470/2022

11.04.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-470/2022 11.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı nümayəndəsi Nümayəndə vasitəsilə X2 qarşı Balakən rayonu Talalar kəndində yerləşən RX seriyalı ******* nömrəli 01.11.2012- ci il tarixli, RX seriyalı ******* nömrəli 21.08.2013-cü il tarixli Çıxarışa əsasən ona məxsus həyətyanı torpaq sahəsində tikilmiş hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, ona məxsus torpaq sahəsinə sahib olduğu və ondan istifadə edilməsinə yönəldilmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması və ona məxsus həmin torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı nümayəndəsi Nümayəndə vasitəsilə X2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Balakən rayonu Talalar kənd sakini X1 ona məxsus Balakən rayonu Talalar kəndində yerləşən RX seriyalı ******* nömrəli 01.11.2012ci il tarixli RX seriyalı ******* nömrəli 21.08.2013-cü il tarixli çıxarışlara əsasən ona məxsus həyətyanı torpaq sahələrində tikilmiş hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, ona məxsus torpq sahəsinin sahibi olduğu halda ondan istifadə edilməyinə yönəldilmiş qərəzli hərəkətlərə son qoyulması və cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə olunmuş sənədlərə baxaraq, hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə bu ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsindən görünür ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında iddia ərizəsinə əlavə edilməlidir. Hazırki iddia ərizəsində X3 cavabdeh kimi göstərilsə də, elektron sistemə cavabdeh kimi qeyd edilməmişdir. Bununla da iş üzrə kimin cavabdeh olması-cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), onun mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxsin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN) göstərilməmişdir. Bununla da iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə qeyd olunanları, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə vasitəsilə X2 qarşı Balakən rayonu Talalar kəndində yerləşən RX seriyalı ******* nömrəli 01.11.2012- ci il tarixli, RX seriyalı ******* nömrəli 21.08.2013-cü il tarixli Çıxarışa əsasən ona məxsus həyətyanı torpaq sahəsində tikilmiş hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, ona məxsus torpaq sahəsinə sahib olduğu və ondan istifadə edilməsinə yönəldilmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması və ona məxsus həmin torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və İddiaçı iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152,263-264 və 266-268-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı m: İddiaçı nümayəndəsi Nümayəndə vasitəsilə X2 qarşı Balakən rayonu Talalar kəndində yerləşən RX seriyalı ******* nömrəli 01.11.2012- ci il tarixli, RX seriyalı ******* nömrəli 21.08.2013-cü il tarixli Çıxarışa əsasən ona məxsus həyətyanı torpaq sahəsində tikilmiş hasarın sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsi, ona məxsus torpaq sahəsinə sahib olduğu və ondan istifadə edilməsinə yönəldilmiş qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması və ona məxsus həmin torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi geri qaytarılsın; İddiaçı və onun nümayəndəsinə iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar