Məhkəmə qərarları › İş №e-2(019)-485/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-485/2025

22.05.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-485/2025 22.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi Balakən Rayon Vəkil Bürosunun vəkili Nümayəndə və Cavabdeh4 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kvm torpaq sahəsinin 2/7 hissəsinə və 823B planşet nömrəsində göstərilən 1019.69 kvm torpaq sahəsinin 2/7 hissəsinə iddiaçıların paylarının müəyyən edilməsi barədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar, ünvan 2i ünvanında yaşayırlar. X1, anası X13 olmuşdur. Atası, anası və onlar eyni təsərrüfatda qeydiyyatda olmuşlar. Buna görə də kənddə torpaq islahatı aparılarkən onların təsərrüfatında qeydiyyatda olmaqla yaşadıqlarından pay torpaq sahələrində onlarla eyni təsərrüfatda onun payı da göstərilmişdir. Belə ki, Balakən rayon Aqrar İslahat komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə X5, X9, Cavabdeh3, İddiaçı1, İddiaçı2, X10 və X6 1.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. 823F planşet nömrəsində göstərilən 917.13 kvm torpaq sahəsi və 823B planşet nömrəsində göstərilən 1019.69 kvm torpaq sahəsi bir birinə bitişik kənddaxili ərazidən, 823W planşet nömrəsində göstərilən 10484.98 kvm torpaq sahəsi isə çöl ərazisindən verilmişdir. 823F planşet nömrəsində göstərilən 917.13 kvm torpaq sahəsi və 823B planşet nömrəsində göstərilən 1019.69 kvm torpaq sahəsini Cavabdeh4 istifadə etməklə onları ora buraxmır. Digər cavabdehlər isə torpaq sahəsinin onlara aid hissəsinin ayrılmasına etiraz edirlər. Cavabdehlərlə aralarında mübahisə olduğuna görə daşınmaz əmlakdan özünə məxsus olan hissələrin naturada ayrılmasını və ona sahib olmalarını istəyirlər. Lakin cavabdehlər ümumi birgə mülkiyyətdə olan ünvan 1i ünvanında yerləşən JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kvm torpaq sahəsinin 2/7 hissəsindən və 823B planşet nömrəsində göstərilən 1019.69 kvm torpaq sahəsinin 2/7 hissəsindən istifadə etməyə imkan vermir. Bunа görə də mübаhisənin qаnuni yоllа həll edilməsi üçün Bаlаkən rаyоn məhkəməsinə mürаciət etmək məcburiyyətində qаlmışlar. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə təqdim edərək iclasda iştirak edə bilməyəcəyini və işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 poçt vasitəsilə bildiriş göndərilmiş, lakin həmin ünvanda yaşamadığından bildiriş inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarında olan JN 823 KOD 40114018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 07 dekabr tarixli, 37 nömrəli qərarı ilə ünvan 1ində 1.24 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2, X3, Cavabdeh3, İddiaçı1, İddiaçı2, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş, 823F planşet nömrəsində 917.13 kvm torpaq sahəsi və 823B planşet nömrəsində 1019.69 kvm torpaq sahəsi göstərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, 1.24 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X2, X3, Cavabdeh3, İddiaçı1, İddiaçı2, X7 və X4 ümumi birgə mülkiyyətinə verilmiş, 823F planşet nömrəsində 917.13 kvm torpaq sahəsi və 823B planşet nömrəsində 1019.69 kvm torpaq sahəsi göstərilmişdir. İddiaçılar və digər mülkiyyətçilər arasında payın müəyyən edilməsi ilə bağlı razılaşma əldə edilməmişdir, odur ki, haqlı olaraq ümumi əşyaya paylı mülkiyyətin müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmişlər. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1i ünvanında yerləşən JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kvm torpaq sahəsinin hər birinin 1/7 hissə olmaqla ümumilikdə 2/7 hissəsinə və 823B planşet nömrəsində göstərilən 1019.69 kvm torpaq sahəsinin hər birinin 1/7 hissə olmaqla ümumilikdə 2/7 hissəsinə iddiaçıların payları müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 1i ünvanında yerləşən tərəflər X5, X8, Cavabdeh3, İddiaçı1, İddiaçı2, X11 və X6 məxsus JN 823 Kod 40114018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 823F planşet nömrəsində göstərilən 917.13 kvm torpaq sahəsinin hər birinin 1/7 hissə olmaqla ümumilikdə 2/7 hissəsinə və 823B planşet nömrəsində göstərilən 1019.69 kvm torpaq sahəsinin hər birinin 1/7 hissə olmaqla ümumilikdə 2/7 hissəsinə iddiaçılar İddiaçı1 və İddiaçı2 payları müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar