Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-492/2023 05.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi-vəkili Nümayəndə və maraqşlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi-müdiri X12 iştirakı ilə Ərizəçi doğum faktının (anadan mənşəyinin) müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1938-ci ildə Balakən rayonu Şambul kəndində X5 doğulması faktının (anadan mənşəyinin) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 1938-ci ildə Balakən rayonunun Şambul kəndində anadan olmuşdur. X21, anası isə X13 olmuşdur. Valideynlərinin hər ikisi ölmüşdür. 1938-ci ildə ev şəraitində doğulduğu üçün doğumu həm tibb müəssisəsində, həm də Balakən rayon Qeydiyyat Şöbəsində aşkar edilməmişdir. Ona və ailə üzvlərinəanası X9, övladları Həsənov Hicran Məhəmməd oğluna, X2, X10 və X4 Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 539 KOD 40116018 olan Torpağa Mülkiyyət Hüququna X25 verilmişdir. X1 xx.xx.2004-cü ildə ölümündən sonra Balakən rayonu Şambul kəndində yerləşən torpaq sahəsi ondan miras qalmışdır. Hazırda miras əmlaka vərəsəlik işi açılsa da, onun sağ qalan yeganə vərəsəsi olan onun doğum haqqında şəhadətnaməsi olmadığına görə notariat orqanında anası X5 qalmış miras əmlakı rəsmiləşdirmək mümkün deyildir. Ona doğum haqqında şəhadətnamənin verilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Balakən rayon Qeydiyyat Şöbəsi 31 mart 2023-cü il tarixli 3-16-5/8-71- xx-xx/2023 nömrəli məktubla doğumun qeydə alınmasından imtina etmiş və göstərmişdir ki, Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş doğum haqqında akt qeydi Balakən rayon Qeydiyyat Şöbəsinin arxivində aşkar edilmədiyi üçün doğumunun qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilir ki, doğumunun qeydə alınması şöbələrində mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.5.3- cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cii bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin Qaydanın 2.5.1-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Doğumun qeydə alınması üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən doğumun qeydə alınmasından imtina edilmişdir. Həmin sənədi başqa orqanlardan almaq mümkün deyildir. Yuxanda qeyd olunan əsaslara görə o, doğum haqqında şəhadətnamə almaq istəyir. Məhkəmə iclasında Ərizəçi və onun nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında maraqlı şəxs Balakən rayon Qeydiyyat Şöbəsinin nümayəndəsimüdiri X17, Ərizəçi 1938-cə ildə Balakən rayonu Şambul kəndində X5 doğulduğunu, lakin onun doğumunun qeydiyyat orqanında qeydiyyata alınmadığını, ərizəçinin doğum haqqında şəhadətnamə almaq üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etdiyini, doğum faktını, vaxtını və yerini təsdiq edən tibbi şəhadətnamə olmadığına görə qeydiyyat şöbəsində doğumun qeydə alınmasının mümkün olmadığını, bundan imtina edildiyini və ərizəçiyə məhkəməyə müraciət etməsinin izah olunduğunu bildirərək, ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Ərizəçi 1938-cə ildə Balakən rayonu Şambul kəndində X5 doğulmuş, lakin onun doğumu qeydə alınmamışdır. Həlimətin X21, anası isə X13 olmuşdur. Ərizəçinin valideynlərinin hər ikisi ölmüşdür. Ərizəçi anası X13 xx.xx.2004-cü il tarixdə ölmüş və Məryəmdən torpaq sahəsi miras qalmışdır ki, onun yeganə vərəsəsi də Ərizəçidır. Ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, doğum faktını, vaxtını və yerini təsdiq edən tibbi şəhadətnamə olmadığına görə onun qeydiyyat şöbəsində doğumunun qeydə alınması mümkün olmamış və bundan imtina edilmişdir. İşdə olan Balakən Rayon Dövlət Arxivinin Ərizəçi ünvanlanmış 23 dekabr 2022-ci il tarixli 656 №-li məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq bildirilir ki, Balakən rayonu VVAQ/VAQ Şöbəsinin 1938-1940-cı illərə aid doğum haqqında aktların qeydiyyatı, 1938-1940,1940-1941,1942-1943,1944-1945-ci illərə aid doğum haqqında aktların qeydiyyatı (bərpa) kitablarında Ərizəçi doğum haqqında akt qeydiyyatı aparılmamışdır. İşdə olan JN-539 KOD 40116018 nömrəli Torpağa Mülkiyyət Hüququna X23 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə X13, Ərizəçi, Həsənov Hicran Məhəmməd oğlu, X6, Həsənov Məhəmməd Elman oğlu və X3 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Balakən rayonu Şambul kəndi ərazisindən 1.76 ha torpaq sahəsi verilmişdir. İşdə olan Balakən rayon Qeydiyyat Şöbəsinin 30 mart 2023-cü il tarixli 05/69-169 nömrəli arayışından görünür ki, Ömərova (Həsənova) Həlimət Nurullah qızı barəsində Balakən rayon Qeydiyyat Şöbəsində akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Balakən rayon Qeydiyyat Şöbəsinin 1946-xx.xx.2023-cü illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. İşdə olan Balakən rayon İcra Hakimiyyəti başçısının Şambul kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 39 Nömrəli arayışından görünür ki. Ərizəçi Balakən rayonu Şambul kənd sakinidir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Balakən rayon Dövlət Notariat Ofisi tərəfindən arxivə təhvil verilmiş 2004-2009-cu illərə dair vərəsəlik işlərinə və «Elektron notariat» İnformasiya sistemində olan vəsiyyətnamələrə baxış keçirilərkən X7 hər hansı miras əmlaklara dair vərəsəlik işi, həmçinin vəsiyyətnamənin qoyulması barədə məlumat aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi «Balakən Rayon Mərkəzi Xəstəxanası» X20 4 aprel 2023-cü il tarixli PHŞ-6-27/2-224/2023 nömrəli arayışından görünür ki, Ərizəçi doğum haqqında şəhadətnaməsi doğum akt qeydləri kitablarında qeydə alınmayıb. İşdə olan 11 iyun 2004-cü il tarixdə verilmiş AZ-İ 062112 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2004-cü il tarixdə ölmüşdür. İşdə olan Balakən regional «ASAN xidmət» Mərkəzi Ədliyyə Nazirliyi qeydiyyat şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-16-5/8-H-15-351/2023 nömrəli məktubdan görünür ki, Balakən regional «ASAN xidmət» Mərkəzi Ədliyyə Nazirliyi qeydiyyat şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş doğum haqqında akt qeydi Balakən rayon Qeydiyyat Şöbəsinin arxivində aşkar edilmədiyi üçün doğumunun qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilir ki, doğumunun qeydə alınması şöbələrində mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.5.3-cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cü bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim etməlidir. Həmin Qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respulikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərdən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin-vəkilinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi 1938-ci ildə Balakən rayonunun Şambul kəndində anadan olmuş, X21, anası isə X13 olmuşdur. Ərizəçinin valideynlərinin hər ikisi ölmüşdür. Ərizəçi 1938-ci ildə ev şəraitində doğulduğu üçün doğumu həm tibb müəssisəsində, həm də Balakən rayon Qeydiyyat Şöbəsində qeydə alınmamışdır. Ərizəçiyə və ailə üzvlərinə-anası X9, övladları Həsənov Hicran Məhəmməd oğluna, X2, X10 və X4 Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinə JN 539 KOD 40116018 olan Torpağa Mülkiyyət Hüququna X25 tərtib edilmişdir. Ərizəçinin X1 xx.xx.2004-cü ildə ölümündən sonra Balakən rayonu Şambul kəndində yerləşən torpaq sahəsi ondan miras qalmışdır. Hazırda miras əmlaka vərəsəlik işi açılsa da, Məryəm Ömərovanın sağ qalan yeganə vərəsəsi olan Ərizəçi doğum haqqında şəhadətnaməsi olmadığına görə tərəfindən notariat orqanında anası X5 qalmış miras əmlakı rəsmiləşdirmək mümkün deyildir. Ərizəçi ona doğum haqqında şəhadətnamənin verilməsi üçün Balakən rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Balakən rayon Qeydiyyat Şöbəsi 31 mart 2023-cü il tarixli 3-16-5/8-71- xx-xx/2023 nömrəli məktubla doğumun qeydə alınmasından imtina etmiş və göstərmişdir ki, Balakən regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə xx.xx.2023-cü il tarixdə daxil olmuş doğum haqqında akt qeydi Balakən rayon Qeydiyyat Şöbəsinin arxivində aşkar edilmədiyi üçün doğumunun qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilir ki, doğumunun qeydə alınması şöbələrində mümkün deyildir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq edilməsi haqqında 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarının 2.5.3- cü bəndinə əsasən doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, 2.5.4-cii bəndinə əsasən isə uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etməlidir. Həmin Qaydanın 2.5.1-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilməlidir. Həmin Qaydanın 2.6-cı bəndində qeyd edilir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Doğumun qeydə alınması üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən doğumun qeydə alınmasından imtina edilmişdir. Hazırki faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamə almaq və anası X5 qalmış miras əmlakı sənədləşdirmək üçün lazımdır. Balakən rayon Qeydiyyat Şöbəsində ərizəçinin doğum faktının qeydə alınmasından imtina edildiyi üçün ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44- 45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1 53.2 və 53.3-cü maddələrinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir; uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsinin, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Balakən rayonu Şambul kənd sakini Ərizəçi 1938-ci ildə Balakən rayonu Şambul kəndində X5 doğulması (anadan mənşəyi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Balakən rayonu Şambul kənd sakini Ərizəçi 1938-ci ildə Balakən rayonu Şambul kəndində X5 doğulması (anadan mənşəyi) faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-492/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-492/2023
05.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver