Məhkəmə qərarları › İş №e-2(019)-497/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-497/2025

26.09.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-497/2025 26.09.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı1 və İddiaçı2 nümayəndəsi Balakən rayon Vəkil Bürosunun vəkili Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13, X9 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və X43 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X17 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi və miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə və X43 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X17 qarşı Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X26 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-187 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin, reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, və reyestrdəki qeydin ləğv edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, xx.xx.2015-ci ildə vəfat etmiş mərhum X5 qalmış miras əmlakın bölüşdürülərək xx.xx.2015-ci ildə vəfat etmiş X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X31 miras qalmış əmlaka dair X38 vasitəsi ilə irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi olan iddiaçılara çatacaq 1/3 hissə miras payının müəyyən edilməsi tələbinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onlar ünvan 1ində yaşayırlar. İddiaçı1 xx.xx.1992ci ildə X38 ilə ünvan 1 İnzibati Ərazi Dairəsində 31 nömrə ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Onunla birgə nikahdan xx.xx.1993-cü ildə İddiaçı2 və xx.xx.1997-ci il tarixdə X34 adında iki uşaqları olmuşdur. Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə mərhum qaynatası X10, X14 və X18 ünvan 5inin ərazisindən 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ayrılmışdır. Mərhum qaynatası X19 21 noyabr 2015-ci ildə vəfat etmişdir. Mərhum qaynatası hələ öz sağlığında üç qardaş olan X38, X23 və X18 düşən torpaq sahələrini göstərmiş, onlar və iki qayınları olan Nurullah və Ramazan da göstərilən torpaq sahələrinin ətrafına hasar çəkmişlər. Belə ki, mərhum qaynatası X19 hələ öz sağlığında 2009-cu ildə hazırda mübahisə predmeti olan 0.6099 kvm torpaq sahəsinin 0.18 ha hissəsini əri X31 göstərərək orada ev tikilməsini xahiş etmiş, buna görə də onlar 2009-cu ildə ümumi sahəsi 100 kvm-dən ibarət fərdi yaşayış evi inşa edərək həmin vaxtdan hal-hazıradək orada yaşayırlar. ünvan 1ində həyətyanı torpaq sahələri ilə bağlı islahat keçirilmədiyinə və bununla bağlı həyətyanı torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər verilmədiyinə görə onlar da özlərinə məxsus fərdi yaşayış evinə hər hansı sənəd ala bilməmişdilər. Həmin torpaq sahəsinin kənarlarını dəmir şiferlə bağlamışlar. Mərhum qaynatası X19 21 noyabr 2015-ci ildə vəfat etmiş, bundan sonra da onun tərəfindən onlara verilmiş 0.18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməkdə davam etmişlər. Onun dəfnində iştirak etmişlər və onun mirası faktiki olaraq qəbul edərək ona sahiblik etmişlər. Hal-hazırda da ondan miras qalmış torpaq sahəsinin bir hissəsi özlərindədir. xx.xx.2020-ci ildə əri X38 vəfat etmiş, onun dəfnini keçirmiş və onun mirasını qəbul etmişlər. Onun təsərrüfatında hazırda da onlar yaşayırlar. 2025-ci ilin mart ayında digər qaynı olan X27 onlara bildirmişdir ki, atasından miras qalmış əmlakın bir hissəsinə qardaşı X20 vərəsəlik açdırmış, torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış aldıqdan sonra onun bölünməsi barədə məhkəmədə iddia qaldırmışdır. Bundan sonra onlara məlum olmuşdur ki, X9 X43 xidmət mərkəzində notariat ofisinə müraciəti əsasında xx.xx.2015-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaklara vərəsəlik işi açılmış, mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə arasında mübahisə olduğuna görə mirasın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət etməsi barədə xx.xx.2022-ci il tarixli 780 nömrəli arayış verilmişdir. Daha sonra X23 məhkəmədə iddia qaldıraraq 0.6099 ha torpaq sahəsi və 1.03009 ha torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsini xahiş etmiş, Balakən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-718/2022 saylı qətnaməsi ilə X9, onun mərhum atası X7 və cavabdeh X13 ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 5inin ərazisində yerləşən 1.03009 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə X9 payı müəyyən edilməsi qət edilmişdir. X23 yenidən X43 xidmət mərkəzində notariat ofisinə müraciət edərək xx.xx.2015-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə arasında mübahisə olduğuna görə X43 xidmət mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov tərəfindən mirasın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət etməsi barədə xx.xx.2023-cü il tarixli 61 nömrəli arayış verilmişdir. xx.xx.2023-cü il tarixdə isə X3 regional asan xidmət mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədovu aldadaraq guya miras əmlakla bağlı vərəsələr arasında mübahisənin olmaması, məhkəmədə vərəsəliklə bağlı mübahisə olmaması barədə yanlış məlumat verərək xx.xx.2015-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaklara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Belə ki, Balakən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)- 718/2022 saylı qətnaməsinin surətindən də görünür ki, X27 iddianı qəbul etməmiş, vərəsəlik həll olunmadan tərəflərin ümumi birgə mülkiyyətində olan torpaq sahələrinin ½ hissəsinə iddiaçının payının müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Buna görə də məhkəmə işin hallarını, mübahisə predmeti olan torpaq sahələrinin iddiaçı X9, onun mərhum atası X7 və cavabdeh X13 ümumi birgə mülkiyyətində olmasını, iddiaçının sözügedən torpaq sahələrindən öz payını tələb etmək hüququnun olmasını, onun həmin torpaq sahələrində ½ hissə deyil, 1/3 hissə payının olmasını, iddiaçının iddia tələbini dəyişdirərkən mərhum atasından miras qalan hissədən vərəsəlik üzrə payını tələb etməməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi payın müəyyən edilməsi hissəsində qismən təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ilə iddiaçı X9, onun mərhum atası X7 və cavabdeh X13 ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 5inin ərazisində yerləşən 1.03009 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə iddiaçı X9 payı müəyyən edilməlidir. Göründüyü kimi X23 mərhum atası X5 qalmış mirasın bölüşdürülməsi barədə məhkəmədə iddia qaldırmamış, bu hal Balakən rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-718/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş, lakin X43 xidmət mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov mirasın bölüşdürülməsi ilə bağlı iki dəfə X14 mirasın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət edilməsi barədə arayışlar təqdim etsə də, miras əmlak məhkəmə qaydasında bölüşdürülmədiyi halda, buna əsas olmadan notarius mirası bölüşdürməklə iddiaçıları miras payından məhrum etmişdir. Belə ki, X43 xidmət mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov xx.xx.2015-ci ildə vəfat etmiş X5 miras qalmış əmlaklara - 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli 2V-187 nömrəli və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli 2V-188 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmiş, həmin şəhadətnamələr əsasında X7 miras əmlakından 1/2 hissədə X14 irs verilmiş, 1/2 hissədə irs açıq saxlanılmışdır. Qeyd etmişdir ki, xx.xx.2015-ci ildə X7 ölümündən sonra xx.xx.2023-cü il tarixdə X43 xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılmış, X43 xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu X26 tərəfindən X7 oğlu X14 miras əmlakdan 1/2 hissədə irs verilməsi barədə xx.xx.2023-cü il tarixli 2V-187 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Həmin şəhadətnamələri verərkən notarius mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş, mirası üç vərəsə-X38, X23 və X27 tərəfindən qəbul edildiyi halda onları irsi transmissiya qaydasında miras payından məhrum etmişdir. X14 miras əmlakdan 1/2 hissədə irs verilməsi barədə xx.xx.2023-cü il tarixli 2V-187 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan X23, X19 və X13 ümumi paylı mülkiyyətinə verilmiş 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/6 hissədə və reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan 0,6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 3/6 hissədə onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. O xx.xx.2025-ci il tarixdə Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə xx.xx.2015-ci ildə vəfat etmiş X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X31 miras qalmış əmlaka dair X38 vasitəsi ilə irsi transmissiya yolu ilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. X43 xidmət mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov ona xx.xx.2025-ci il tarixli 509 nömrəli arayış təqdim edərək göstərmişdir ki, qeyd olunan mirasa dair Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən X7 oğlu X14 miras əmlakdan 1/2 hissədə irs verilməsi barədə xx.xx.2023-cü il tarixli 2V-187 reyestr nömrəli və xx.xx.2023cü il tarixli 2V-188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verildiyi müəyyən edilmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli 2V-187 və 2V-188 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Qeyd edir ki, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X26 xx.xx.2015-ci ildə X5 qalmış miras əmlakları bölüşdürərkən onun mirası qəbul etmiş digər vərəsəsi olan mərhum əri X28 vərəsələrini çağırmamış, vərəsələrin dairəsini müəyyən etməmiş, irsi transmissiya qaydasında mirası qəbul etdiklərindən mirasın 1/3 hissəsinə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməli olduğu halda bunu etməyərək X11nun qanun üzrə vərəsələrini mirasdan məhrum etmişdir. Belə ki, vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Mirası faktiki qəbul etdiyinə və mərhuma məxsus torpaq sahələrini istifadə etdiyinə və həmin torpaq sahəsində özünə məxsus ev inşa etdiyinə görə vərəsəliklə bağlı notariat kontoruna qanunla müəyyən edilmiş müddətdə müraciət etməmişdir. Hesab edir ki, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X26 xx.xx.2015-ci ildə vəfat etmiş mərhum X5 qalmış miras əmlakı bölüşdürərkən onun mirası qəbul etmiş digər vərəsəsi olan X11nun vərəsələrini çağırmadığına, mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etmədiyinə, irsi transmissiya qaydasında mirası qəbul etdiyindən mirasın 1/3 hissəsinə iddiaçılara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməli olduğu halda bunu etməyərək X11nun qanun üzrə vərəsələrini mirasdan məhrum etdiyinə görə xx.xx.2023-cü il tarixli 2V-187 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamə əsasında reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestrdəki qeyd, reyestr nömrəs i **********63 qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və reyestrdəki qeyd ləğv edilməli, xx.xx.2015-ci ildə vəfat etmiş mərhum X5 qalmış miras əmlakın bölüşdürülərək irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X38 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı iddiaçılara çatacaq 1/3 hissə miras payının müəyyən edilməsi edilməlidir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 tərəfindən verilən iddia müddətinin tətbiq edilməsinə dair ərizədən görünür ki, iddia müddətini tətbiq etməklə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli 2V-187 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-188 reyestr nömrəliqanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin, reyestr nömrəsi **********63, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi, xx.xx.2015-ci il tarixdə vəfat etmiş mərhum X5 qalmış miras əmlakın bölüşdürülərək xx.xx.2015-ci ildə vəfat etmiş X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X38 vasitəsi ilə irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi olan iddiaçılara çatacaq 1/3 hissə miras payının müəyyən edilməsi tələbi üzrə qanunda nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Balakən Rayon Məhkəməsinin e-2(019)-497/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə miras qoyan X7 vərəsələri X21, X32, X29 və X28 vərəsəsi X34 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişlər. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddia tələbində texniki səhv nəticəsində “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi” ifadəsinin qeyd edilməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 iddia tələbi ilə razı olmadığını, Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə mərhum atası X10, ona və X18 ünvan 5inin ərazisindən 1,64 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ayrılmışdır. X8 torpaq sahəsində 2009-cu ildə fərdi yaşayış evi inşa edərək həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşamış, hal-hazırda da Ömərin arvadı və oğulları orada yaşayırlar. Digər bacı-qardaşları X21, X29 və X32 atası sağ ikən çıxıb getmişlər, həmin torpaqda yaşamayıblar. Ömərin ailəsinə mirasdan pay verilməsinə razı deyil, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 iddia tələbi ilə razı olduğunu, qardaşı Ömərin ailəsinə mirasdan pay verilməsinə etiraz etmədiyini, özünün də atası sağ olarkən torpaq sahəsində ev tikib yaşadığını, lakin vərəsəlik hüququ haqqında şəhadətnamə almadığını bildirmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh X43 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X26, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X34, X21, X29 və X32 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə məhkəmə iclasında iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********79 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 1.03 ha torpaq sahəsinin 2/6 hissəsi X13, 1/6 hissəsi X7 və 3/6 hissəsi X9 adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********63 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən 0.6099 ha torpaq sahəsinin 2/6 hissəsi X13, 1/6 hissəsi X7 və 3/6 hissəsi X9 adına paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 09 mart 2025ci il tarixdə verilmiş 509 nömrəli arayışdan görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X31 miras qalmış əmlaka dair X38 vasitəsi ilə irsi transmissiya yolu ilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir. Lakin mərhum X7 mirasına dair X43 Xidmət mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə mərhumdan miras qalmış ünvan 2i ünvanında yerləşən torpaq sahəsinə dair X18 çatacaq ½ hissə irs açıq saxlanılmaqla X14 ½ hissədə 2V-187,188 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli 2V- 187,188 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müracət etmələri bildirilmişdir. 17 fevral 2023-cü il tarixli 2V-187 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş-Barazov Mahama Nəcməddı̇ n oğlunun vərəsəsi: ünvan 4ı̇ ünvanında qeydiyyatda olan oğlu X23 o miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə Barazov Mahama Nəcməddı̇ n oğluna verilmiş **********79 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 1.03 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. Qeyd: X18 çatası 1/2 hissə irs açıq saxlanılır. 17 fevral 2023-cü il tarixli 2V-188 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş-X7 vərəsəsi: ünvan 4i ünvanında qeydiyyatda olan oğlu X23 miras əmlakdan 1/2 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak - ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə X10 verilmiş **********63 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.6099 ha olan torpaq sahəsinin mərhuma çatacaq hissəsindən ibarətdir. Qeyd: X18 çatası 1/2 hissə irs açıq saxlanılır. Balakən RİHB-nın Meşəşambul kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli AZ-İİ seriyalı 252119 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Balakən RİHB-nın Meşəşambul kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli 40 nömrəli arayışdan görünür ki, həqiqətən mərhum X19 xx.xx.2015-ci il tarixdə ünvan 5i ünvanda daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri vardır - X21, X29, X38, X32, X23, X27. Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 13 yanvar 2023-cü il tarixdə verilmiş 61 nömrəli arayışdan görünür ki, icraatlarında olan xx.xx.2015-ci il tarixdə vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı Bazarov Mahama Nəcməddin oğlunun vərəsəlik işi ilə əlaqədar X43 xidmət mərkəzində notariat ofisi tərəfindən X9 xx.xx.2022-ci il tarixli müraciəti əsasında vərəsəlik işi açılmışdır. Bazarov Nurullah Mahama oğlu müraciət ərizəsində mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə arasında mübahisə olduğunu bildirmişdir. Bildirmişlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 23 may 2022ci il tarixdə verilmiş 780 nömrəli arayışdan görünür ki, icraatlarında olan xx.xx.2015-ci il tarixdə vəfat etmiş Azərbaycan Respublikasının vətəndaşı X7 vərəsəlik işi ilə əlaqədar X43 xidmət mərkəzində notariat ofisi tərəfindən X9 xx.xx.2022-ci il tarixli müraciəti əsasında vərəsəlik işi açılmışdır. X23 müraciət ərizəsində mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsələrlə arasında mübahisə olduğunu bildirmişdir. Bildirmişlər ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə əlaqədar ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 162703 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X38 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Balakən RİHB-nın Meşəşambul kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli 77 nömrəli arayışdan görünür ki, Meşəşambul kəndində qeydiyyatda olmuş mərhum xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 nömrəli təsərrüfatbaşına kitabında 868 nömrəli şəxsi hesabda qeydiyyatda olmuşdur. Həmin təsərrüfatda 2009-cu ildə tikilmiş ümumi sahəsi 100 kv/m olan fərdi yaşayış evi mövcuddur. Hal-hazırda həmin evdə mərhumun ailə üzvləri yaşayırlar. Balakən RİHB-nın Meşəşambul kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli 76 nömrəli arayışdan görünür ki, həqiqətən X11 vəfat etdiyi xx.xx.2020-ci il tarixdə ünvan 5i ünvanda daimi qeydiyyatda olmuşdur. Mərhumun aşağıda qeyd edilən vərəsələri vardır - İddiaçı1, İddiaçı2, X34. ünvan 5 icra nümayəndəliyi tərəfindən 09 dekabr 1992-ci il tarixdə verilmiş Vİ-ЖГ seriyalı 257887 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X38 ilə X15 arasında nikah 09 dekabr 1992-ci il tarixdə 31 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Barazova soyadı verilmişdir. XVİİ-ЖГ seriyalı 388469 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. X16, anası İddiaçı1dır. XX-ЖГ seriyalı 397736 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X34 xx.xx.1997-ci il tarixdə doğulmuşdur. X16, anası İddiaçı1dır. JN-821 KOD 40109018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarına əsasən X10, X14 və X18 ünvan 1i ərazisində 1.64 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-718/2022 nömrəli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli və RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlar ilə iddiaçı X9, onun mərhum atası X7 və cavabdeh X13 ümumi birgə mülkiyyətinə verilmiş, ünvan 5inin ərazisində yerləşən 1.03009 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/3 hissəsinə iddiaçı X9 payı müəyyən edilməlidir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2020-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər. Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsаsən Məhkəmə (hakim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə qeyd edir ki, miras qoyanın ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. MM-nin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarı). İşin müəyyən olunmuş hallarından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarına əsasən X10, X14 və X18 ünvan 1i ərazisində 1.64 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Miras qoyan mərhum X19 xx.xx.2015-ci ildə ölmüşdür, ondan ünvan 1i ünvanında 1.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi və 0,6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/3 hissəsi miras qalmışdır. Miras qoyan mərhum X7 vərəsəsi oğlu X38 xx.xx.1992-ci ildə İddiaçı1 ilə ünvan 1 İnzibati Ərazi Dairəsində 31 nömrə ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Onunla birgə nikahdan İddiaçı2 və X34 adında iki uşaqları olmuşdur. X11 həmin təsərrüfatda 2009-cu ildə fərdi yaşayış evi tikmiş, öldüyü xx.xx.2020ci il tarixədək həmin evdə arvadı İddiaçı1 və 2 oğlu - İddiaçı2, X34 ilə birlikdə yaşamışlar. Həmçinin miras qoyan X7 vərəsələri - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X27 və X23 da 2009-cu ildən mübahisəli torpaq sahəsində yaşayırlar. İddiaçı1 və İddiaçı2 xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X31 miras qalmış əmlaka dair X38 vasitəsi ilə irsi transmissiya yolu ilə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir. Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən 09 mart 2025-ci il tarixdə verilmiş 509 nömrəli arayışına əsasən mərhum X7 mirasına dair X43 Xidmət mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixdə mərhumdan miras qalmış ünvan 2i ünvanında yerləşən torpaq sahəsinə dair X18 çatacaq ½ hissə irs açıq saxlanılmaqla X14 ½ hissədə 2V-187,188 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verildiyi müəyyən edilmiş, xx.xx.2023-cü il tarixli 2V-187,188 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müracət etmələri bildirilmişdir. Göründüyü kimi X11nun mirasını birinci növbədə vərəsələri X27, X23 və X11 qəbul etmişlər. Odur ki, xx.xx.2023-cü il tarixli 2V-187 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V- 188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan çıxarış və reyestrdəki qeyd, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan çıxarış və reyestrdəki qeyd ləğv edilməlidir. X12 öldüyündən mirasdan pay almaq hüququ onun birinci növbədə vərəsələri olan İddiaçı1, İddiaçı2 və X2. Beləliklə, ünvan 5ində yerləşən 1.03 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X5 miras qalmış 1/3 hissəsində ölmüş X12nun vərəsələri olan İddiaçı1, İddiaçı2 və X24 1/3 hissə, ümumi torpaq sahəsində isə hər birinin 1/27 hissə payı müəyyən edilməlidir. ünvan 5ində yerləşən 1.03 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X5 miras qalmış 1/3 hissəsində digər vərəsələri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X9 hər birinin 1/3 hissə payı müəyyən edilməlidir. Onların torpaq sahələrində mirasdan əlavə 1/3 hissə payları olduğu üçün ümumi torpaq sahəsində hər birinin 12/27 hissədə payı (9/27+3/27) müəyyən edilməlidir. Miras qoyan mərhum X7 digər vərəsələri X21, X29 və X32 isə mirası nə rəsmi, nə də faktiki olaraq qəbul etmədiklərindən onların payı müəyyən edilmir. Həmçinin iddiaçıların nümayəndəsi iddia tələbində texniki səhv nəticəsində “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və reyestrdəki qeydin ləğv edilməsi” ifadəsinin qeyd edilməsini bildirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X23 tərəfindən verilən iddia müddətinin tətbiq edilməsinə dair ərizə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X26 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-187 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan çıxarış və reyestrdəki qeyd, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan çıxarış və reyestrdəki qeyd ləğv edilməlidir. ünvan 5ində yerləşən 1.03 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X5 miras qalmış 1/3 hissəsində irsi transmissiya qaydasında ölmüş X12nun vərəsələri olan iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 1/3 hissə, ümumi torpaq sahəsində isə hər birinin 1/27 hissə payı müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. ünvan 5ində yerləşən 1.03 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X5 miras qalmış 1/3 hissəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X9 hər birinin 1/3 hissə payı, ümumi torpaq sahəsində isə hər birinin 12/27 hissədə payı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X26 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2V-187 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 2V-188 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********79, qeydiyyat nömrəsi ********** olan çıxarış və reyestrdəki qeyd, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********63 qeydiyyat nömrəsi ********** olan çıxarış və reyestrdəki qeyd ləğv edilsin. ünvan 5ində yerləşən 1.03 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X5 miras qalmış 1/3 hissəsində irsi transmissiya qaydasında ölmüş X12nun vərəsələri olan iddiaçılar İddiaçı1, İddiaçı2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X24 1/3 hissə, ümumi torpaq sahəsində isə hər birinin 1/27 hissə payı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. ünvan 5ində yerləşən 1.03 ha və 0.6099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X5 miras qalmış 1/3 hissəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X9 hər birinin 1/3 hissə payı, ümumi torpaq sahəsində isə hər birinin 12/27 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı1 və İddiaçı2 özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar