Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-499/2023 14.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X2 ona məxsus Balakən rayonu Şambul kəndində yerləşən 0,878 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə verərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia tələbinin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia ərizəsinin geri qaytarılmasına etirazının olmamasını göstərdi. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəsinə iş materialları ilə birlikdə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus Balakən rayonu Şambul kəndində yerləşən 0,878 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə verərək iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və iddia tələbinin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı Kamil qızının nümayəndəsi və vəkili Nümayəndə ərizəsi təmin edilməli, İddiaçı ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın.Ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-499/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-499/2023
14.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver