Məhkəmə qərarları › İş №e-2(019)-507/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-507/2025

05.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-507/2025 05.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi, cavabdeh tərəfindən torpaq sahəsinə edilən müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ona məxsus olan Balakən rayonu,Yeni Şərif kəndində yerləşən 1.83 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin Cavabdeh tərəfindən ona təhvil verilməsi, Cavabdeh tərəfindən torpaq sahəsinə edilən müdaxiləyə son qoyulması barədə qətnamə qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı məhkəməyə ərizə göndərərək, mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçiya geri qaytarılmasını və iddianın baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında Cavabdeh iddiaçının ərizəsinin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə cavabdehi dinləyib,iddia ərizəsini və sənədlərin qaytarılması barədə iddiaçının ərizəsini nəzərdən keçirərək hesab edir ki,hazırki iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31” mart 2011-ci il tarixli 3 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilsmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarından göründüyü kimi, iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia ərizəsinin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etmiş, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Məhkəmə işin hallarını, İddiaçı məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılması,iddia ərizəsinin baxılmamış saxlanması barədə qərar qəbul edilməsini xahiş etməsini, iddiaçının sözügedən ərizəni faktiki olaraq iddia ərizəsini qaytarılması üçün məhkəməyə göndərməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı ərizəsi təmin edilməli, İddiaçı iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmçinin İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, və 263-264,268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı ərizəsi təmin edilsin. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma,torpaq sahəsinin cavabdeh tərəfindən iddiaçıya təhvil verilməsi,cavabdeh tərəfindən torpaq sahəsinə edilən müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat bu qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılsın. İddiaçıya ümumi əsaslarla məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququna malik olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar