Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-510/2025 08.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2, X3 və X5 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh3 və X39 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15 qarşı miras əmlaka payın müəyyən edilməsi və əmlakdan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, evə köçürülmə tələbinə dair ilk iddiası və Cavabdeh1, Cavabdeh3 İddiaçı qarşı miras əmlakın onu qəbul etmiş vərəsələr arasında vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdehlərqarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh3 və ilk iddia üzrə cavabdeh X39 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15 qarşı iddia ərizəsi ilə müraciət edərək mərhum anası X16 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ ilə payının müəyyən edilməsi, o cümlədən, cavabdehlər X31 və Cavabdeh3 mərhum anası X16 miras qalmış Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və o həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia onunla əsaslandırılmışdır ki, anası X32 09 yanvar 2016-cı il tarixdə ölmüşdür. Mərhum anası X16 Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evi miras qalmışdır. Mərhum anası X16 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evi üzərində sonuncunun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la rəsmiləşdirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(019)-1/2022 iş nömrəli qətnaməsindən də göründüyü kimi, mərhum anası X16 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən 0,63 ha kənd təsərrüfatı təyinatlı və 0,12 ha həyətyanı torpaq sahəslərinin mərhuma düşən hissəsinin 1/3 hissəsi üzərində payı müəyyən edilmişdir. Lakin, həmin vaxtı fərdi yaşayış evi mübahisə predmeti olmadığından evə münasibətdə payı müəyyən edilmədən qalmışdır. Qeyd olunan miras əmlaklara vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün tərəfindən iş üzrə cavabdeh X48 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət olunmuş, lakin, miras şərikləri arasında mübahisə olması əsası ilə notariat ofisinin xüsusi notariusu şəhadətnamənin verilməsindən imtina etmişdir. Bununla yanaşı, iş üzrə cavabdehlər X31 və Cavabdeh3 mərhum anası X16 miras qalmış Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m olan fərdi yaşayış evindən sahiblik və istifadə etmək hüquqlarının həyata keçirilməsinə maneçilik törədirlər. Bu səbəbdən də istəyir ki, miras əmlaka payı müəyyən olunmaqla yanaşı iş üzrə cavabdehlər X31 və Cavabdeh3 mərhum anası X16 miras qalmış Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m olan fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun və o həmin fərdi yaşayış evinə köçürülsün. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Repsublikasının Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə aidiyyatı üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X24) qarşılıqlı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı ildə vəfat etmiş mərhum X16 qalmış miras əmlakın-daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********38-10301 nömrə ilə qeydiyyata alınmış Balakən rayonu, Talalar kəndində 0.123 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 113.8 m2 olan fərdi yaşayış evinin 4/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh3, 1/6 hissəsinə İddiaçıun miras payının müəyyən edilməsi və miras əmlakın bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X39 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X15 qarşı mərhum anası X16 miras qalmış Balakən rayonu, Talalar kəndində yerləşən ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinin 1/3 hissəsinə qanun üzrə vərəsəlik hüququ ilə payının müəyyən edilməsi, o cümlədən, cavabdehlər X31 və Cavabdeh3 mərhum anası X16 miras qalmış Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113.8 m2 olan fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və iddiaçının həmin fərdi yaşayış evinə köçürülməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edir ki, iddiaçı və cavabdeh tərəfin valideynləri X6 və X28 26 yanvar 1957ci il tarixdə rəsmi nikah bağlamış, onların nikahı Balakən rayon Qeydiyyat Şöbəsində 11 nömrə ilə qeydə alınmışdır. X4 Təravət Yaqub qızını övladlığa götürmüşdür. X6 29 oktyabr 2006-cı il tarixdə, X32 isə xx.xx.2016-cı il tarixdə ölmüşdür. JN 1414F nömrəli, KOD 40113018 seriyalı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə X32 və Omarova Fəraqət (Təravət) Yaqub qızının mülkiyyətinə ünvan 1indən 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. 0.12 ha həyətyanı torpaq sahəsində 1963-cü ildə ümumi sahəsi 75 kvm-dən ibarət fərdi yaşayış evi inşa edilmişdir. xx.xx.1992-ci il tarixdə Zaqatala rayon Dövlət Notariat Kontorunda qeydə alınmış mərhum X32 ona məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən 60 kvm yaşayış, 15 kvm köməkçi sahəsi olan fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etmişdir. Hazırda mübahisələndirilən evdə mərhum X19 ölümündən sonra da oğlu Cavabdeh3 Məhəmərəsul oğlu yaşayır. Mərhumun ölümündən sonra həmin fərdi yaşayış evini 113.80 kvm həcmində artırmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 saylı qətnaməsinə əsasən ünvan 1ində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X16 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin-Cavabdeh3, Cavabdeh1 və İddiaçı payları müəyyən edilməsi, X19 və Cavabdeh1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsinin X19 mirasını təşkil edən 1/2 hissəsindən Cavabdeh1 1/3 hissə miras payı, Cavabdeh3 1/3 hissə miras payı və İddiaçı 1/3 hissə miras payı müəyyən edilsin; X19 və Cavabdeh1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə Cavabdeh1, 1/6 hissə Cavabdeh3 və 1/6 hissə İddiaçı payları müəyyən edilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh3 0.123 ha həyətyanı torpaq sahəsinin 4/6 hissəsinə Cavabdeh1, torpaq sahəsinin 1/6 hissəsinə Cavabdeh3, torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı, fərdi yaşayış evi isə tam mülkiyyət hüququ üzrə X19 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********38-10301 nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə mərhum X19 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “Asan xidmət" mərkəzində notariat ofisinə Cavabdeh3 və İddiaçı müraciət etmişlər. İddiaçı miras əmlakın qanun üzrə vərəsəlik qaydasında, Cavabdeh3 isə vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürülməsi xahiş etmişlər. X39 xidmət mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov arayış təqdim edərək göstərmişdir ki, mirasın bölüşdürülməsi ilə əlaqədar vərəsələr arasında ixtilaflar olduğuna görə mirasın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz. Qeyd edir ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 saylı qətnaməsinə əsasən ünvan 1ində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X16 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin-Cavabdeh3, Cavabdeh1 və İddiaçı hər birinin 1/3 hissə payları müəyyən edildiyindən, xx.xx.1992-ci il tarixdə Zaqatala rayon Dövlət Notariat Kontorunda qeydə alınmış mərhum X32 ona məxsus olan 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən 60 kvm yaşayış, 15 kvm köməkçi sahəsi olan fərdi yaşayış evini Cavabdeh1 vəsiyyət etdiyindən mərhum X25 məxsus olmuş fərdi yaşayış evindən ibarət miras əmlak vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməklə 113.80 kvm fərdi yaşayış evinin 4/6 hissəsinə Cavabdeh1, 1/6 hissəsinə Cavabdeh3, 1/6 hissəsinə isə İddiaçı miras payı tanınmalı və miras əmlaklar bu qaydada bölüşdürülməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. Balakən Rayon Məhkəməsinin e-2(019)-510/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə X7, X10, X8, X9 hüquqi varisləri X36, X41 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək ilk iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi Nümayəndə qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X10 və X8 torpaq sahəsindən onlara pay verilmədiyini bildirmiş, lakin yaşayış evinə məcburi paylarının müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh X39 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X24, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X36 və X41 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişlər. Məhkəmə bildirişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən rayon İcra Hakimiyyəti Başçısının Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. İş materiallarında olan X39 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən 19 fevral 2025-ci il tarixdə verilmiş 377 nömrəli arayışdan görünür ki, xx.xx.2016-cı il tarixdə vəfat etmiş mərhum X16 miras qalmış fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mərhumun vərəsəsi - oğlu İddiaçı notariat ofisinə müraciət etmişdir. Lakin mirası qəbul etmiş digər vərəsə olan mərhumun oğlu Cavabdeh3 mirasın bölüşdürülməsi ilə əlaqədar etirazı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan, ********** və ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 113.8 m2 fərdi yaşayış evi və 0.123 ha yaşayış məntəqələrinin torpaqları Cavabdeh3 adına torpaq sahəsinin 1/6 hissəsi, Cavabdeh1 adına torpaq sahəsinin 4/6 hissəsi, İddiaçı adına torpaq sahəsinin 1/6 hissəsi və X19 adına fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ünvan 1ində yerləşən 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə və 0.12 ha həyətyanı torpaq sahəsinə dair mərhum X16 qalmış miras əmlaklardan mirası qəbul etmiş vərəsələrin-Cavabdeh3, Cavabdeh1 və İddiaçı payları müəyyən edilmişdir. Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X19 və Cavabdeh1 Məmmədrəsul (Yaqub) qızının adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X19 mirasını təşkil edən 1/3 hissəsindan Cavabdeh1 1/3 hissə miras payı, Cavabdeh3 1/3 hissə miras payı və İddiaçı 1/3 hissə miras payı müəyyən edilmişdir; Omarov Məmmədrəsul (Mahamarasul) Abdulməcid oğlunun, X19 və Cavabdeh1 Məmmədrəsul (Yaqub) qızının adına mülkiyyət hüquqları qeydə alınmış 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən 8/18 hissə Cavabdeh1, 5/18 hissə Cavabdeh3 və 5/18 hissə İddiaçı payları müəyyən edilmişdir. X19 və Cavabdeh1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsinin X19 mirasını təşkil edən 1/2 hissəsindan Cavabdeh1 1/3 hissə miras payı, Cavabdeh3 1/3 hissə miras payı və İddiaçı 1/3 hissə miras payı müəyyən edilmişdir, X19 və Cavabdeh1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə Cavabdeh1, 1/6 hissə Cavabdeh3 və 1/6 hissə İddiaçı payları müəyyən edilmişdir. 0.12 ha həyətyanı torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********38- 10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qismən- torpaq sahəsinə dair hissədə ləğv edilmiş, 0.2014 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********79 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, 0.1424 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 0.2819 ha torpaq sahəsi ilə bağlı reyestr nömrəsi **********04 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Balakən rayon Talalar kənd nümayəndəliyi tərəfindən 16 oktyabr 1991-ci il tarixində verilən XVl-ЖГ seriyalı 326236 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 5 noyabr 1989-cu il tarixində anadan olmuşdur. Atası Cavabdeh3, anası isə X26r. 31 avqust 2022-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzində qeydiyyat Şöbəsi tərəfindən verilən 128 nömrəli arayışdan görünür ki, X6 və X17 nikahı haqqında 26 yanvar 1957-ci il tarixdə Balakən rayon Qeydiyyat şöbəsində 11 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Omarova soyadı verilmişdir. Qeyddən görünür ki, nikaha M.Omarovun xx.xx.2006-cı ildə ölməsi (ölüm xx.xx.2006-cı ildə 29 nömrəli akt qeydi ilə Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmış), S.Omarovanın isə xx.xx.2016-cı ildə ölməsi (ölüm xx.xx.2016-cı ildə 01 nömrəli akt qeydi ilə Balakən rayon Talalar kənd ərazi nümayəndəliyi tərəfindən qeydə alınmış) ilə bağlı xitam verilmişdir. Cavabdeh1 tərəfindən xx.xx.2025-ci il tarixdə Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə yazılan və notarial qaydada təsdiq edilən ərizədən görünür ki, ünvan 1i ünvanında yaşamış və xx.xx.2016-cı il tarixdə vəfat etmiş X16 miras qalmışdır. Miras əmlak fərdi yaşayış evindən ibarətdir. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir. Eyni zamanda bildirmişdir ki, mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsə ilə aralarında ixtilaf mövcuddur. 18 yanvar 2016-cı il tarixdə Balakən rayon Talalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilən AZ-l seriyalı 761905 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.2016-cı ildə ölmüşdür. ЖГ seriyalı 269514 nömrəli övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, X32 5 noyabr 1989-cu il tarixdə doğulmuş Cavabdeh1 övladlığa götürmüşdür. 02 iyun 2016-cı il tarixdə Balakən rayon Talalar kənd İcra Nümayəndəliyi tərəfindən verilən AZ-l seriyalı 820436 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2006-cı ildə ölmüşdür. JN-1414F KOD 40113018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarına əsasən X20 və X21 ünvan 1i ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Zaqatala rayonu 1 saylı dövlət notariat ofisində 02 aprel 1992-ci il tarixdə 1C-114 reyestr nömrəsi ilə təsdiq edilmiş X29 tərəfindən yazılan vəsiyyətnamədən görünür ki, o, aşağıdakı məzmunda vəsiyyət sərəncamı vermişdir: “Mənə məxsus olan Balakən rayon Talalar kəndində yerləşən iki otaqlı daşdan tikilinin 60 kv metr yaşayış sahəsi və 15 kv metr sahəsi olan 12 sotluq torpaqda yerləşən evimi oğul nəvəm Cavabdeh1 vəsiyyət edirəm”. 28 aprel 1986-cı il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 25 oktyabr 1985-ci ildə ölmüş vətəndaş X12 əmlakının vərəsələrinin hər biri - ünvan 1ində yaşayan onun bacısı X32 bərabər hissələrdə irs almalıdırlar. Həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir: Balakən rayonun Talalar kəndində yerləşən iki otaqlı, daşdan tikilmiş 45 m2 yaşayış sahəsi 15 m2 yardımçı sahəsi olan 3524 manat sığorta dəyərində yaşayış evindən ibarətdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatına, ilk iddia ərizəsinə, qarşılıqlı iddia ərizəsinə və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, ilk iddia və qarşılıqlı iddia qismən təmin olunmalıdır. Belə ki, «İnsan Hüquqlarının və X23 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.2-ci maddəsinə əsasən övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1202.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququ olan vərəsə onu qəbul etməkdən imtina edə bilər, lakin bu imtina digər vərəsələrin məcburi payının artmasına səbəb olmur. Onun payı vəsiyyət üzrə vərəsələrə keçir. 1202.2-ci maddəsinə əsasən məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının 19 fevral 2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ, İİİ, İV və V hissələrinə, 26-cı maddəsinin İİ hissəsinə, 29-cu maddəsinin İ və Vİİ hissələrinə, 71-ci maddəsinin İ və İİ hissələrinə və 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 134.1-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasda məcburi pay anlayışını nəzərdə tutan 1193-cü maddəsində “vəsiyyət edənin uşaqlarının, valideynlərinin” müddəası övladlığa götürülənləri və övladlığa götürənləri də ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının 14 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məhkəmə qaydasında həll edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, miras qoyan X32 xx.xx.2016-cı il tarixdə Balakən rayonunda vəfat etmişdir. Onun əri X6 xx.xx.2006-cı ildə ölmüşdür. Miras qoyanın uşaqları - 1. İddiaçı, 2. Cavabdeh3, 3. X7, 4. X10, 5. X8, 6. X11r,
7. Cavabdeh1 övladlığa götürmüşdür. X18 xx.xx.2019-cu ildə ölmüş, onun hüquqi varisləri X36 və X34. Miras qoyan X16 miras qalmış əmlak ünvan 1i ərazisində 0.123 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evindən ibarətdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 saylı qətnaməsinə əsasən həmin torpaq sahəsinin X19 mirasını təşkil edən 1/2 hissəsində mirası qəbul etmiş 3 vərəsənin, yəni Cavabdeh1, Cavabdeh3 və İddiaçı hər birinin 1/3 hissə miras payı müəyyən edilmişdir. Beləliklə, X19 və Cavabdeh1 adına mülkiyyət hüquqları qeydə alınmış 0.12 ha həyətyanı torpaq sahəsindən 4/6 hissə Cavabdeh1, 1/6 hissə Cavabdeh3 və 1/6 hissə İddiaçı payları müəyyən edilmişdir. Hazırda torpaq sahəsində payları müəyyən edilmiş həmin vərəsələr - İddiaçı ilk iddia ərizəsi, Cavabdeh1, Cavabdeh3 isə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək fərdi yaşayış evinə payın müəyyən edilməsini xahiş etmişlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 1246-cı maddəsində göstərilir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi müddəti həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllənin 1246-cı maddəsində müəyyən edilmiş müddət ərzində mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, mərhum X16 qalmış mirası onun üç vərəsəsi: Cavabdeh3, Cavabdeh1 və İddiaçı qəbul etmişlər. Digər vərəsələr X8, X7, X18, X10 və ölmüş X9 hüquqi varisləri X36 və Omarov Asif X1 qalmış mirası nə notariat orqanına ərizə verməklə, nə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla qəbul etməmişlər. Bu fakt qanuni qüvvəyə minmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(019)-1/2022 saylı qətnaməsi ilə təsdiq olunur. Odur ki, fərdi yaşayış evində 3 vərəsənin, yəni Cavabdeh1, Cavabdeh3 və İddiaçı payı müəyyən edilməlidir. Miras qoyan X32 həmin yaşayış evini Cavabdeh1 vəsiyyət etmişdir. Qanunvericiliyin tələbinə əsasən vəsiyyət edən X19 uşaqlarının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Miras qoyanın məcburi pay hüququ olan 7 vərəsədən 3 vərəsə Cavabdeh1, Cavabdeh3 və İddiaçı mirası qəbul etmişdir. Bu pay isə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Odur ki, Cavabdeh3 və İddiaçı hər birinin məcburi payı qanun üzrə vərəsəlik zamanı onlara çatası payın, yəni 1/7 hissə payın yarısını təşkil etməlidir. Beləliklə Cavabdeh3 1/14 hissə və İddiaçı da 1/14 hissə payı müəyyən edilməlidir. Miras əmlak olan fərdi yaşayış evi Cavabdeh1 vəsiyyət edildiyindən, miras qoyanın məcburi pay hüququ olan digər uşaqları mirası qəbul etmədiyindən Cavabdeh1 12/14 payı müəyyən edilməlidir. İddiaçı həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 fərdi yaşayış evinə daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulması və həmin fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırda İddiaçı fərdi yaşayış evində 1/14 hissə payı müəyyən edildiyindən o, həmin tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara yuxarıda göstərilən qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ilk iddia qismən təmin edilməli, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan çıxarışla miras qoyan X25 məxsus ünvan 1ində yerləşən 113.8 m2 fərdi yaşayış evində İddiaçı 1/14 hissədə payı müəyyən edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinə İddiaçı daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulmalı və o, həmin fərdi yaşayış evinə köçürülməli, ilk iddia qalan hissədə təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin olunmalı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan çıxarışla miras qoyan X25 məxsus ünvan 1ində yerləşən 113.8 m2 fərdi yaşayış evində Cavabdeh3 1/14 hissədə, Cavabdeh1 12/14 hissədə payı müəyyən edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlk iddia qismən təmin edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan çıxarışla miras qoyan X25 məxsus ünvan 1ində yerləşən 113.8 m2 fərdi yaşayış evində İddiaçı 1/14 hissədə payı müəyyən edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Balakən rayonu, Talalar kəndində ümumi sahəsi 113,8 m2 olan fərdi yaşayış evinə İddiaçı daxil olmağına mane olmaqla müşaiət olunan əmlakdan istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə (maneələrə) son qoyulsun və o, həmin fərdi yaşayış evinə köçürülsün. İlk iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin olunsun. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********38-10301 olan çıxarışla miras qoyan X25 məxsus ünvan 1ində yerləşən 113.8 m2 fərdi yaşayış evində Cavabdeh3 1/14 hissədə, Cavabdeh1 12/14 hissədə payı müəyyən edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Arifə Cəfərova