Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-519/2025 08.07.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3i ərazisində yerləşən AN -1N ******* saylı 03 may 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmiş olduğu 0.04 ha həyətyanı torpaq sahəsində Cavabdeh müvafiq ölçmə işlərinin aparılmasına yaratdığı maneələrin aradan qaldırılması və ölçmə işlərinin aparılmasına şəraitin yaradılmasının təmin edilməsi barədə qətnаmə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən şəhərində yaşayır. xx.xx.2013-cü il tarixdə Balakən rayon Dövlət Notariat Kontorunda 4Ə – 222 reyestr nömrəsi ilə qeydə alınmış AN-1 nömrə ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Balakən rayonu Gərəkli kənd sakini X1 onun şəxsi mülkiyyətinə Torpağın Mülkiyyətə verilməsinə dair JN-03A KOD 40108038 saylı şəhadətnamə əsasında Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı ilə verilmiş olan ünvan 3i ərazisində yerləşən ümumi sahəsi 0.04 ha həyətyanı torpaq sahəsini ona 8000 manat pul ödəməklə almışdır. Bu barədə alqı-satqı müqaviləsi var. Hal-hazırda qeyd olunan torpaq sahəsində yaşayış evi tiktirmək istəyir. Buna görə torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olan “ Çıxarış” alınmalıdır. “Çıxarış”ın alınması ücün ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir, həmçinin müvafiq rüsumları ödəmişdir. Ərizənin icrası ilə bağlı Reyestri Xidmətinin əməkdaşları tərəfindən torpaq sahəsinin yerləşdiyi əraziyə gedilərək müvafiq inventarlaşdırma işlərini aparmaq istəyərkən ona məlum olmuşdur ki, mülkiyyətində olan alqı-satqı yolu ilə əldə etdiyi bu torpaq sahəsində Cavabdeh qanunsuz olaraq taxta materialından yaşayış yeri tikmiş və orada yaşayır. Cavabdeh mütəxəssislərin torpaq sahəsində inventarlaşdırma işlərini aparmasına maneçilik törətmişdir. 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-21-3-47/2- 869/2024 saylı bildirişlə ölçü (inventarlaşdırma) işlərinin aparılmasına şərait yaradılmadığından qeyd olunan əmlaka dair texniki sənədin tərtib olunmasının mümkün olmaması səbəbindən həmin əmlak üzərində hüquqların daşınmaz əmlakın Dövlət Reyestrində qeydiyyata alınmasının qeyri mümkün olması barədə ona məlumat verilmişdir. Qeyd etmişdir ki, Cavabdeh tərəfindən ona məxsus olan torpaq sahəsı qanunsuz olaraq istifadə olunur və mütəxəssislərin ölçü işlərinin aparılması üçün bu torpaq sahəsinə daxil olmalarına maneçilik törədir. Buna görə də qeyd olunan tələblə Məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbi ilə razı olduğunu, əsəbi olduğundan ölçmə işlərinin aparılmasına mane olduğunu bildirmiş, növbəti dəfə maneə yaratmayacağını, iddianın təmin edilməsinə etiraz etməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X5 18 Saylı Zaqatala Ərazi İdarəsi məhkəmənin yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,04 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüququ şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır (**********). Ərizənin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri və torpaq sahəsinə yerində baxış keçirilən zaman məlum olmuşdur ki, qeyd olunan torpaq sahəsi faktiki olaraq başqa vətəndaşın istifadəsindədir və torpaq sahəsində inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamışdır. Belə ki, daşınmaz əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması və nəticə etibarı ilə həmin əmlaka dair texniki sənədin tərtib olunması mümkün olmadığından qeyd olunan əmlaklar üzərində hüquqlarınızın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması qeyri-mümkündür. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1 -ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. xx.xx.2013-cü il tarixli AN-l seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X2 ona məxsus ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.04 ha həyətyanı məqsədli istifadə növlü torpaq sahəsini 8000 manata alıcı İddiaçı satmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X4 Haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materialları əsasında müəyyən edilmişdir ki, xx.xx.2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X2 ona məxsus ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0.04 ha həyətyanı məqsədli istifadə növlü torpaq sahəsini İddiaçı satmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi iddiaçının həmin torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata alaraq çıxarışla rəsmiləşdirməkdən qeyd olunan torpaq sahəsinin faktiki olaraq başqa vətəndaşın istifadəsində olması və inventarlaşdırılma işlərinin aparılmasına şərait yaradılmamasına görə imtina etmişdir. Cavabdeh müvafiq ölçmə işlərinin aparılmasına maneə yaratdığını özü də etiraf etmişdir. Buna görə iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 3ində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsində Cavabdeh müvafiq ölçmə işlərinin aparılmasına yaratdığı maneələr aradan qaldırılmalıdır və ölçmə işlərinin aparılmasına şərait yaradılması təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. AN-İ ******* saylı 03 may 2013-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı əldə etmiş olduğu ünvan 3ində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsində Cavabdeh müvafiq ölçmə işlərinin aparılmasına yaratdığı maneələr aradan qaldırılsın və ölçmə işlərinin aparılmasına şərait yaradılması təmin edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-519/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-519/2025
08.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver