Məhkəmə qərarları › İş №e-2(019)-52/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-52/2024

16.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-52/2024 16.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən payının naturada ayrılması, cavabdehin ona məxsus hissədən çıxarılması və torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmiş reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan 0,399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissədə payının naturada ayrılması, Cavabdeh ona məxsus hissədən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi və iddia tələbinin artırılması barədə iddia ərizəsinə əlavə verərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmiş reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan 0,399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissədə payının naturada ayrılması, Cavabdeh ona məxsus hissədən çıxarılması,ona məxsus torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavabdeh Balakən rayonu Talalar kəndində çöl ərazisində 0,399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən reyestr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatından çıxarış və 0,399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair A№ 467099 nömrəli torpaq sahəsinin plan və ölçüləri sənədi alınmışdır. İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmiş 0,399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissədə, Cavabdeh 3/4 hissədə pay müəyyən edilmişdir. Halhazırda Cavabdeh həmin torpaq sahəsindən bütövlüklə istifadə etməklə özünə məxsus olduğunu bildirir.Odur ki, Balakən rayonu Talalar kəndində yerləşən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətlərinə verilmiş 0,399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissədə payının naturada ayrılması, Cavabdeh ona məxsus hissədən çıxarılması və torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********23 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.399 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 3/4 hissəsi İddiaçı, 1/4 hissəsi isə X1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdlır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-3684/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala ərazi İdarəsi tərəfindən İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş reyetr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan 0.399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissə payının naturada ayrılması mümkündür. İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********23,qeydiyyat nömrəsi ********** olan 0.399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissə payının ayrılması tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 06 mart 2024-cü il tarixli, 3-16-16-/2-10/450 saylı rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş reyetr nömrəsi **********23, qeydiyyat nömrəsi ********** olan 0.399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissə payının naturada ayrılması mümkündür. İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********23,qeydiyyat nömrəsi ********** olan 0.399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissə payının ayrılması mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 06 mart 2024-cü il tarixli, -16-16/2- 10/450 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən mütəxəssis xərci olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Rublik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinə 95 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 100 manat məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi-vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********23 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarış verilməklə Balakən rayonu Talalar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.399 ha torpaq sahəsi 84 №li reyestr kitabının 7 №li vərəqində xx.xx.2019-cu il tarixdə 3/4 hissəsi İddiaçı, 1/4 hissəsi isə Cavabdeh adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2- 3684/2023 nömrəli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2024-cü il tarixli, 3-16-16/2-10/450 saylı ekspert rəyinə əsasən Balakən rayonu, Talalar kəndi ərazisində yerləşən, mübahisə predmeti olan İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********23,qeydiyyat nömrəsi ********** olan 0.399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissə payının ayrılması mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun mümkün olduğu müəyyən olunur. Bölgü variantı rəyə əlavə edilmiş sxemdə ətraflı qeyd edilmişdir. İşin faktoloji halları və hüquqi əsasları ilə müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-3684/2023 nömrəli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 mart 2024-cü il tarixli, 3-16-16/2-10/450 nömrəli ekspert rəyinə əsasən iddiaçı Balakən rayonu, Talalar kəndi ərazisində yerləşən, mübahisə predmeti olan İddiaçı və Cavabdeh ümumi paylı mülkiyyətinə verilmiş reyestr nömrəsi **********23,qeydiyyat nömrəsi ********** olan 0.399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissə payının ayrılması mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun variantda bölünməsi mümkündür. Hazırda iddiaçı kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin öz payının naturada ayrılmasını, cavabdehin onun mülkiyyətində olan torpaq sahəsinin 3/4 hissəsindən çıxarılmasını və həmin hissəyə mülkiyyət hüquqlarının bərpa edilməsini tələb edir. Cavabdeh buna razı olmadığından iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 95 manat mütəxəssis xərci və hazırki iddianın qaldırılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş üzrə ekspertiza xərci 50 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 153.1-ci maddəsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 165.2-ci maddəsinə əsasən qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahiblyindən öz əmlakını geri tələb etmsəsi üçün üç dispozitiv şərtin mövcudluğunu sübut etməlidir:1) onun həmin əmlaka mülkiyyət hüququ (o cümlədən sahiblik hüququ) olmalıdır: 2) bu əmlak başqasının sahibliyində olmalıdır: 3) başqasının həmin əmlaka sahibliyi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.2-ci maddəsinə əsasən əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 116.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məhkəməyə gəlmələri ilə əlaqədar yol xərcləri və yaşayış sahəsinin icarəsi ilə əlaqədr xərclər ödənilir. Azərbaycan Respublikası MPM-nin 116.2-ci maddəsinə əsasən məhkəmənin tapşırığı ilə gördkləri işlər ekspertlərin və mütəxəsislərin xidməti vəzifələrinə aid deyildirsə, onları gördükləri işlərin əvəzinə haqq alırlar. Ödənilən haqqın, yaşayış sahəsinin icarə haqqının məbləği məhkəmə tərəfindən işdə iştirak edən şəxslərin razılığı ilə məntiqli həddə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Azərbaycan Respublikası MPM-nin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəsislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə münasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə ədalət və ağlabatanlıq prinsiplərindən yanaşaraq hesab edir ki, iş üzrə mütəxəssisə ödənilən haqq ağlabatan məbləğ olaraq 95 manat müəyyən edilməlidir. Belə ki, hazrki işdə torpaq sahəsi ilə bağlı mütəxəssis rəyinin hazırki vaxta dəyəri 95 manat təşkil edir ki, həmin 95 manat məbləğ də iddiaçı tərəfindən mütəxəssis xərci olaraq ödənilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilən ekspertiza tədqiqatının cəmi dəyəri 50 manat edir ki, həmin məbləğdə cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xüsusi hesabına köçürülməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********23 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı 3/4 hissə və Cavabdeh 1/4 hissə mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-3684/2023 nömrəli mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında (sxemdə) göstərilən bölgü variantına əsasən naturada ayrılmalı, Cavabdeh Balakən rayonu Talalar kəndi ərazisində yerləşən həmin 0.399 ha torpaq sahəsinin İddiaçı payına düşən 3/4 hissəsindən çıxarılmalı və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqları bərpa olunmalıdır. Həmçinin hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci Cavabdeh tutularaq, iddiaçı X2 ödənilməli, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında reyestr nömrəsi **********23 olan, ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli çıxarışa əsasən İddiaçı 3/4 hissə və Cavabdeh 1/4 hissə mülkiyyət hüquqları qeydə alınmış Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.399 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı 3/4 hissə payı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 09 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2- 3684/2023 nömrəli mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında (sxemdə) göstərilən bölgü variantına əsasən naturada ayrılsın; Cavabdeh Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 0.399 ha torpaq sahəsinin İddiaçı payına düşən 3/4 hissəsindən çıxarılsın və həmin torpaq sahəsinə İddiaçı mülkiyyət hüquqları bərpa olunsun. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat mütəxəssis xərci Cavabdeh tutularaq, iddiaçı X2 ödənilsin; iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat Cavabdeh tutularaq,Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X3, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar