Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-525/2023 10.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə sayılması, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarılması, torpaq və yaşayış sahəsi üzərində mülkiyyət hüquqları əldə etməsi barədə çıxarışların etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək miras qoyan mərhum X1 iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, habelə, vəsiyyət edənin 03 aprel 2004-cü il tarixdə qeydə alınmış vəsiyyətnaməsində ifadə edilmiş son iradəsinə qarşı qəsdən əxlaqsız hərəkət törətmiş X4 ləyaqətsiz vərəsə sayılması, X4 üzərinə ləyaqətsiz vərəsə kimi vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarması vəzifəsini qoyulması, ünvan 1 ünvanı Mahamalar kəndi) fərdi yaşayış evi və 0.0915 ha yaşayış məntəqələrinin torpaqları 19 №li reyestr kitabının 71 №li vərəqində xx.xx.2022-ci il tarixdə fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə X3, fərdi yaşayış evinin 1/2 hissəsi və torpaq sahəsi ümumi birgə Cavabdeh və torpaq sahəsi ümumi birgə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********04-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışı və 13 may 2022-ci il tarixdə verilmiş **********04-10301 reyestr və ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmişlər .İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Çərkəz oğlu məhkəməyə ərizə göndərərək göstərmişdir ki, Dövlət notariat arxivinə, Azərpoçtamta və "xxxx" ASC-yə uzun müddət öncədən verdiyi sorğulara indiyədək cavablar verilmədiyindən müvafiq sübutları məhkəməyə təqdim etməsi mümkün olmamışdır. Həmin sübutları əldə edənədək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını, eyni zamanda iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin məhkəmə iclasına təkrarən gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Çərkəz oğlunun iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə ərizə verməsini, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə sayılması, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarılması, torpaq və yaşayış sahəsi üzərində mülkiyyət hüquqları əldə etməsi barədə çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır.. 50 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. İddiaçı yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 260.1, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı İddiaçı Cavabdeh qarşı şəxsin ləyaqətsiz vərəsə sayılması, vərəsəlik üzrə aldıqlarının hamısını bəhərlər və gəlirlər ilə birlikdə qaytarılması, torpaq və yaşayış sahəsi üzərində mülkiyyət hüquqları əldə etməsi barədə çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. 50 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı izah olunur ki, yenidən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-525/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-525/2023
10.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver