Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-528/2024 15.11.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Soltahəmid qızının Cavabdeh qarşı paylı mülkiyyətində olan torpaq sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və birgə nikah dövründə inşa edilmiş tikiliyə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Soltahəmid qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh tərəfindən onun paylı mülkiyyətində olan Balakən rayonu, Hənifə kəndində yerləşən 0,0350 ha həyətyanı torpaq sahəsindən sahiblik və istifadə etməyə qarşı yönəlmiş (daxil olmağa icazə verməmək kimi) qərəzli hərəkətlərə son qoyulmasına və yaradılmış maneələrin aradan qaldırılmasına, Cavabdeh ilə birgə nikah dövründə Balakən rayonu, Hənifə kəndində yerləşən 0,0350 ha həyətyanı torpaq sahəsinə və üzərində inşa etdikləri fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh ilə aralarında nikah 29 dekabr 2009-cu il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada bağlanmışdır. Hazırda aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Nikahda olduqları müddətdə, yəni 03 mart 2015-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqısatqı müqaviləsinə” əsasən, Balakən rayonu, Hənifə kəndində 0,0350 ha həyətyanı torpaq sahəsi almışlar. Eyni zamanda Balakən Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e- 2(019)-405/2022 nömrəli qətnaməsindən görünür ki, nikah müddətində, yəni 03 mart 2015-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən Cavabdeh aldığı Balakən rayonu, Hənifə kəndində yerləşən 0,0350 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə onun payı müəyyən edilmişdir.Bundan sonra sözügedən torpaq sahəsi üzərində paylı mülkiyyət hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 27 noyabr 2023-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda cavabdeh paylı mülkiyyət hüququ ilə mülkiyyətində olan, Balakən rayonu, Hənifə kəndində yerləşən 0,0350 ha həyətyanı torpaq sahəsinə daxil olmağa icazə verməməklə həmin torpaq sahəsindən sahiblik və istifadə etməyə imkan vermir və nəticədə onun mülkiyyət hüquqlarını kobudcasına pozur. Bundan başqa nikahda olduqları dövrdə həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmişlər, lakin həmin tikili üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınması üçün aidiyyatı orqana müraciət etməmişlər. Eyni zamanda cavabdehlə faktiki ayrıldıqdan sonra cavabdeh həmin tikiliyə daxil olmağına icazə verməməklə həmin tikilidən ona sahiblik və istifadə etməyinə maneələr yaradır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə prosesində işi ilə bağlı üzürlü səbəbdən iştirak edə bilməyəcəyini göstərərək, iddianı müdafiə etdiyini, məhkəmə baxışı iclasını onun iştirakı olmadan keçirərək,iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə iddianı qismən etiraf edərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh İddiaçı ilə 29 dekabr 2009-cu il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamaqla evlənmişdir.Balakən Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(019)-405/2022 nömrəli qətnaməsi ilə Cavabdeh adına qeydə alınmış, Balakən rayonu, Hənifə kəndində yerləşən 0,0350 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payı müəyyən edilmişdir.Cavabdehla İddiaçı birgə yaşadıqları dövrdə həmin torpaq sahəsində bir otaqlı ev olmuş, onlar həmin evdə yaşamışlar. Cavabdeh İddiaçı ayrıldıqdan sonra həmin evə bitişik əlavə olaraq iki otaq və mətbəx inşa etdirmişdir. Odur ki, onlar İddiaçı 0,0350 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsindən istifadəsinin təmin edilməsinə etiraz etmirlər. İddia tələbi qalan hissədə isə əsassız olduğundan təmin edilməməlidir.Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Hənifə kəndində yerləşən fərdi yaşayış evi tam, 0.0750 ha torpaq sahəsi X2, 0.0350 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı,0.0350 ha torpaq sahəsinin ½ hissəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(019)-405/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh nikah müddətində, yəni 03 mart 2015-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən Cavabdeh aldığı Balakən rayonu, Hənifə kəndində yerləşən 0,0350 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi, Cavabdeh 100 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli Nİ/0025 nömrəli X1 sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiasında iştirak etmişlər,İddiaçı ilkin mediasiya sessiasının keçirilməsi üçün 50 AZN məbləğində mediasiyaya dair xərci təktərəfli qaydada ödənildi. Məhkəmə tərəfindən, tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tərəflərin ümumi paylı mülkiyyətində olan, 0,0350 ha həyətyanı torpaq sahəsi Balakən rayonu Hənifə kəndində yerləşir. Həyət darvazasından içəri daxil olduqda sağ tərəfdə bir mərtəbəli fərdi yaşayış evi yerləşir. Evə daxil olduqda giriş qapısından sol tərəfdə hər birinin sahəsi 16 kv/m (4mx4m=16 kv/m) olan iki otaq, giriş qapısı ilə üzbəüz sahəsi 9,2 kv/m (2,3 m x4m=9,2 kv/m olan mətbəx və giriş qapısından sağ tərəfdə sahəsi 24 kv/m (6m x4m=24kv/m) olan böyük otaq vardır. Cavabdeh bildirdi ki, o İddiaçı ilə torpaq sahəsini alanda torpaq sahəsində sahəsi 16 kv/m olan bir otaq və qarşısında sahəsi 16 kv/m olan açıq hissə olmuşdur. Qalan tikililəri o, özü sonra inşa etdirmişdir. Məhkəmə cavabdehin nümayəndəsi-vəkilinin izahatını, iddiaçının vəkilinin çıxışını dinləyib, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə baxış keçirib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 29 dekabr 2009cu il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində rəsmi nikah bağlamaqla evlənmişlər.Birgə nikahlarından 06 mart 2010-cu il tarixdə X3 adında bir uşaqları olmuşdur.Tərəflər birgə nikahda olduqları müddətdə, 03 mart 2015-ci il tarixdə bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən, Balakən rayonu, Hənifə kəndində 0,0350 ha həyətyanı torpaq sahəsi almışlar. Balakən Rayon Məhkəməsinin 26 may 2022ci il tarixli e2(019)-100/2022 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Balakən Rayon Məhkəməsinin 01 iyul 2022-ci il tarixli e-2(019)-405/2022 nömrəli qətnaməsi ilə birgə nikah müddətində, yəni 03 mart 2015-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə” əsasən Cavabdeh aldığı Balakən rayonu, Hənifə kəndində yerləşən 0,0350 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə iddiaçının payı müəyyən edilmiş və sözügedən torpaq sahəsi üzərində paylı mülkiyyət hüququ Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin” X6 18 saylı Zaqatala Ərazi İdarəsinə tərəfindən 27 noyabr 2023-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Bundan başqa tərəflər birgə nikahda olduqları dövrdə həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa etmişlər. Hazırda həmin ev ümumi sahəsi 65,2 kv/m, yaşayış sahəsi 56 kv/m, köməkçi sahəsi 9,2 kv /m olmaqla üç otaq və mətbəxdən ibarətdir. Ayrıldıqları vaxtdan da iddiaçı atası evində yaşayır. İddiaçı mübahisəli evə qayıdıb orada yaşamaq istəyir, lakin cavabdeh onu evə buraxmır və mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə imkan vermir.Ona görə də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. «X4rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə kompensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli, faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət də bu halda susmaqla, Önər Yıldızın heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X5rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd» şirkəti İrlandiyaya qarşı işdə Avropa İnsan Hüquqları Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələ edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və uçura bilər, öz sahəsinda başqa şəxsin tikinti aparmasına icazə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. «Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Yuxarıda göstərilən hüquq normaların konteksində məhkəmə nəzərə çatdırır ki, Balakən rayonu, Hənifə kəndində yerləşən 0,0350 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsi İddiaçı mülkiyyətində olduğundan, torpaq sahəsindən mülkiyyətçilərin payı naturada müəyyən edilmədiyindən və torpaq sahəsindən istifadə qaydası ilə bağlı məhkəmə qərarı olmadığından İddiaçı Cavabdeh ilə eyni qaydada paylı mülkiyyətdə olan torpaq sahəsindən istifadə etmək, ona sahiblik etmək və sərəncam vermək hüququ vardır. Cavabdeh iddiaçının həmin torpaq sahəsindən istifadəsinə maneçilik törətmək hüququ yoxdur. Həmçinin həmin torpaq sahəsi üzərində inşa edilmiş, ümumi sahəsi 65,2 kv/m, yaşayış sahəsi 56 kv/m, köməkçi sahəsi 9,2 kv /m olmaqla üç otaq və mətbəxdən ibarət fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa iddiaçı ilə cavabdehin paylı mülkiyyətində olan torpaq sahəsində yerləşdiyindən,birgə nikah dövründə inşa edildiyindən iddiaçının da eyni qaydada həmin evdən istifadə və sahiblik hüququ vardır. Odur ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. . Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Balakən rayonu, Hənifə kəndində yerləşən, Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan 0,0350 ha həyətyanı torpaq sahəsindən sahiblik və istifadə etməyinə qarşı yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə son qoyulmalı və yaradılmış maneələr aradan qaldırılmalı, İddiaçı Cavabdeh ilə birgə nikah dövründə ümumi paylı mülkiyyətlərində olan 0,0350 ha həyətyanı torpaq sahəsində inşa etdirdikləri, bir mərtəbəli, ümumi sahəsi 65,2 kv/m, yaşayış sahəsi 56 kv/m, köməkçi sahəsi 9,2 kv /m olan, üç otaq və mətbəxdən ibarət fərdi yaşayış evinə köçürülməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı Balakən rayonu, Hənifə kəndində yerləşən, Cavabdeh ilə ümumi paylı mülkiyyətlərində olan 0,0350 ha həyətyanı torpaq sahəsindən sahiblik və istifadə etməyinə qarşı yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə son qoyulsun və yaradılmış maneələr aradan qaldırılsın; İddiaçı Cavabdeh ilə birgə nikah dövründə ümumi paylı mülkiyyətlərində olan 0,0350 ha həyətyanı torpaq sahəsində inşa etdirdikləri, bir mərtəbəli, ümumi sahəsi 65,2 kv/m, yaşayış sahəsi 56 kv/m, köməkçi sahəsi 9,2 kv /m olan, üç otaq və mətbəxdən ibarət fərdi yaşayış evinə köçürülsün. 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-528/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-528/2024
15.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver