Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-53/2023 07.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X1 katibliyi,iddiaçılar İddiaçı5, İddiaçı1,İddiaçı4,İddiaçı3 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı ünvan 1 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən 5/9 hissədə paylarının naturada ayrılması və cavabdehlərin onlara məxsus hissədən çıxarılmaları tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək iddiaçılar İddiaçı5, İddiaçı1,İddiaçı4,İddiaçı3, İddiaçı2 ünvan 2 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin 5/9 hissədə paylarının naturada bölünməsi,cavabdehlərin onlara məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı5 ,İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki,İddiaçı5 , İddiaçı1 İddiaçı4,İddiaçı3, İddiaçı2 və ailə üzvlərinə Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,16 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə Azərbaycan Respublikası ƏMDX DƏDRX-nın 17 saylı Zaqatala ərazi idarəsindən reyestr nömrəsi **********3410301 qeydiyyat nömrəsi **********,xx.xx.2019-cu il tarixli Hüquqların Dövlət Qeydiyyatından çıxarış alınmışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 2012-ci ildən qeydiyyatdan çıxıb Suriyaya getmişlər. Çıxarışda adları qeyd olunsa da, onların həmin torpaq sahəsində payları olsa da, orada yaşamırlar və onların hal-hazırda yaşadıqları ünvan bəlli deyildir.Odur ki, onlara məxsus 5/9 hissədə paylarının naturada ayrılması, cavabdehlərin onlara məxsus hissədən çıxarılması tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı5 ,İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun eyni məzmunlu izahatlar verərək iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 147.70 kv.m olan fərdi yaşayış evi- 0.16 ha torpaq sahəsininin 1/9 hissəsi İddiaçı1,1/9 hissəsi Cavabdeh2, 1/9 hissəsi Cavabdeh1,1/9 hissəsi Cavabdeh3,1/9 hissəsi İddiaçı4, 1/9 hissəsi İddiaçı3 və 1/9 hissəsi İddiaçı2 , fərdi yaşayış evi tam, torpaq sahəsinin 2/9 hissəsi isə İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 oktyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 040753 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış nikah ləğv edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 25 sentyabr 2019-cu il tarixdə verilmiş inventar nömrəsi 2687 olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Texniki Pasportu İddiaçı5 adınadır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqdisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 23 avqust 2022-ci il tarixdə verilmiş **********64 nömrəli mütəxəssis rəyində göstəridlmişdir ki;
1. xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydə alınmış hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda və fərdi yaşayış evinin texniki pasportunda göstərilən koordinatlar üzrə iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Cavanşlir oğlunun ümumi paylı mülkiyyətinə verilmiş ünvan 4 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, ölçüləri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 2.ünvan 3 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 5/9 hissə paylarının naturada ayrılması,həmin torpaq sahəsindəki fərdi yaşayış evi və qeyri yaşayış evi bölündəkdən sonra torpaq sahəsinin 5/9 hissə paylarının naturada bölünməsinə baxıla bilər. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2022-ci il tarixli 10/5136 nömrəli ekspertiza rəyində göstərilmişdir ki: 1-ci sualı üzrə:-Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda və fərdi yaşayış evinn texniki pasportunda göstərilən koordinatlar üzrə iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 5 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin naturada yerləşmə vəziyyəti,ölçüləri, koodinatları tərtib edilmiş Yerquruluşu planında göstərilmişdir. (Yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir): 2-ci sualı üzrə:-Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən ünvan 6 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı5, X4, X3, İddiaçı3, İddiaçı2 5/9 hissə paylarının naturada ayrılması həmin torpaq sahəsindəki fərdi yaşayış evi və qeyri yaşayış evi bölündükdən sonra torpaq sahəsinin 5/9 hissə paylarının naturada bölünməsinə baxıla bilər. İşdə olan və məhkəmə iclasında təqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 11 aprel 2023-cü il tarixli 10/8332 nömrəli ekspert rəyindən göstərilmişdir ki; Qərardadın 1-ci sualı üzrə: Mülki işin materiallarında olan Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli müvafiq mütəxəssis rəyinə əsasən qərardadın 1-ci sualı üzrə aşağıdakılar müəyyən olunur; xx.xx.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində 27 nömrəli reyestr kitabında 80 nömrəli vərəqində qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda və fərdi yaşayış evinin texniki pasportunda göstərilən koordinatlar üzrə iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ümumi paylı mülkiyyətinə verilmiş ünvan 3 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsinin naturada yeri müəyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə: Mübahisə predmeti olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsindəki fərdi yaşayış evinin İddiaçı5 mülkiyyətində olması nəzərə alınmaqla iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 5/9 hissə paylarının naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən olunur. Bölgü variantı mütəxəssis rəyinə əlavə edilmiş sxemdə qeyd olunmuşdur. Məhkəmə iddiaçıları dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsininin 1/9 hissəsi İddiaçı1,1/9 hissəsi Cavabdeh2, 1/9 hissəsi Cavabdeh1, 1/9 hissəsi Cavabdeh3, 1/9 hissəsi İddiaçı4, 1/9 hissəsi İddiaçı3 və 1/9 hissəsi İddiaçı2 , fərdi yaşayış evi tam, torpaq sahəsinin 2/9 hissəsi isə İddiaçı5 adına daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlərlə aralarında olan narazılığa görə iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək paylarının naturada ayrılması və paylarına düşən torpaq sahəsindən cavabdehlərin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ekspert rəyinə əsasən iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 5/9 hissə paylarının naturada ayrılması texniki cəhətdən mümkündür. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd edilən halları müəyyən edərkən iddiaçıların izahatlarını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışı,Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 22 oktyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 040753 nömrəli nikahın pozulması haqqında şəhadətnaməni,Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 25 sentyabr 2019-cu il tarixdə verilmiş inventar nömrəsi 2687 olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin Texniki Pasportu sübut kimi qəbul etmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 aprel 2023-cü il tarixli 10/8332 nömrəli ekspert rəyini işin faktiki hallarına daha uğun hesab edərək həmin rəyi sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 220.1-220.3-cü maddələrinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi paylı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 5/9 hissədə payları naturada (mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun) ayrılmalı,cavabdehlər Cavabdeh2 , Cavabdeh1 və Cavabdeh3 onlara aid torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulub iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3 , İddiaçı2 verilməlidir. Həmçinin 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə
qə t e t d i
İddia təmin edilsin. İddiaçılar İddiaçı5,İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 ümumi paylı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən 0.16 ha həyətyanı torpaq sahəsindən iddiaçılar İddiaçı5, İddiaçı1,İddiaçı4, İddiaçı3, İddiaçı2 5/9 hissədə payları naturada (mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun)ayrılsın. Cavabdehlər Cavabdeh2 , Cavabdeh1 və Cavabdeh3 iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3 , İddiaçı2 aid torpaq sahəsindən çıxarılsınlar. 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulub iddiaçılar İddiaçı5, İddiaçı1, İddiaçı4, İddiaçı3 , İddiaçı2 verilsin. 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Hümbət Səlimov