Məhkəmə qərarları › İş №e-2(019)-532/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-532/2022

04.05.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-532/2022 04.05.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Tahirov Zamin Cəbrayıl oğlu, İddiaçı X3 Qoruğuna və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, m ü ə y y ə n e t d i m: Malahov X2 Dövlət Təbiət Qoruğuna və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin rəisi Firuddin Əliyev tərəfindən onun barəsində verilmiş 01 mart 2022-ci il tarixli 052/ü saylı əmrin ləğv edilməsi, onun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin X3 Qoruğuna mühafizə yegeri vəzifəsinə işə bərpa olunması və 01 mart 2022ci il tarixdən etibarən qətnamə çıxarılanadək məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsində cavabdehlər kimi qeyd edilən X3 Qoruğunun poçt ünvanı Zaqatala şəhəri, Car küçəsi 3 və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin ünvanı Bakı şəhəri, H.Əliyev prospekti 10 olaraq göstərilmişdir. Belə olan halda iddiaçı hazırki iddia ərizəsi ilə cavabdeh X3 Qoruğunun ünvanı üzrə Zaqatala Rayon Məhkəməsinə və ya və cavabdeh Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin ünvanı üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlar yuxarıda göstərilən qanun normalarına əsasən hazırki iddia ərizəsinin qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı X3 Qoruğuna və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və İddiaçı hazırki tələblə bağlı Zaqatala Rayon Məhkəməsinə və ya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı X3 Qoruğuna və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın; İddiaçı hazırki tələblə bağlı Zaqatala Rayon Məhkəməsinə və ya Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar