Məhkəmə qərarları › İş №e-2(019)-538/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-538/2024

21.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-538/2024 21.08.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X12 katibliyi, Ərizəçi Muhma oğlunun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, Ərizəçi Muhma oğlunun qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi Muhma oğlu ərizə ilə məhkəməyə müraciət edərək mərhum anası X27 ilə mərhum X8 bacılar, X9 isə onların anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Muhma oğlu ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1965-ci ildə Balakən rayonunda anadan olmuşdur. X11, anası X27 olmuşdur. Anası və atasının nikahları xx.xx.1964-cü ildə Balakən rayon Püştətala kənd icra nümayəndəliyində qeydə alınmışdır. X11 xx.xx.2002-ci ildə ölmüşdür. Anası Xırxırova (Umrayeva) Hürü İsmayıl qızı isə xx.xx.2012-ci ildə ölmüşdür. Onun doğum haqqında akt qeydi olmamışdır. X16 isə anasının bacısı olmuşdur. X16 1936-cı ildə anadan olmuş, lakin onun doğum haqqında akt qeydi olmamışdır. Eyni zamanda onun nikahı və övladları olmamışdır. X16 xx.xx.2015-ci ildə vəfat etmişdir. Eyni zamanda X17 anası X15 və xalası X8 anası olmuşdur. X3 xx.xx.1998-ci ildə vəfat etmişdir. Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X2, xalası X8 və qeyrilərinin mülkiyyətinə 2.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 578 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X1, xalası X8 dəfnini o, təşkil etmiş, onlara məxsus olan əmlakı öldükləri vaxtdan hazıradək o idarə edir. Onların ondan başqa sağ qalan vərəsələri yoxdur. Qeyd edilən faktlar Balakən rayonu Kortala kənd İƏD-nin xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli arayışları ilə də təsdiq edilir. X2, xalası X8 ölümündən sonra onlardan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ona məlum olmuşdur ki, anası X15 və xalası X8 doğumu qeydə alınmadığına görə onların bacılar olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan sonra o, nənəsi X4, xalası X5 miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X22 məhkəməyə təqdim edilməsi məqsədilə arayış təqdim etmiş və xx.xx.2024-cü il tarixli 157 saylı arayışında göstərmişdir ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X10 və xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 mirasının qəbulu ilə əlaqədar mərhum X10 nəvəsi və X8 bacısı oğlu olan Ərizəçi Muhma oğlu müraciət etmişdir. Ərizəçi Muhma oğlu mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürmüş, miras qalmış əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə dair sübutlar, o cümlədən miras qoyanlar X16 və X18 ilə qohumluq faktını təsdiq edən sənədlər təqdim edə bilməmişdir. Odur ki, qohumluq faktının təsdiqi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Notarius eyni zamanda bildirmişdir ki, qohumluq faktının təsdiqi ilə bağlı məhkəmə qətnaməsi təqdim edildikdən sonra mirasın bölüşdürülməsi məsələsinə baxıla bilər. Buna görə mərhum anası Umrayeva (Xırxırova) Hürü İsmayıl qızı ilə mərhum X8 bacılar, X9 isə onların anası olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi Muhma oğlunun nümayəndəsi- vəkili Nümayəndə ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Balakən Regional “Asan” Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə məktub göndərərək iş yükünün çox olması ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxıb qanuni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ərizəçi Muhma oğlu onun həm qonşusu, həm də uzaq qohumudur. X7 ərizəçinin anası, X16 xalası, X17 isə nənəsi olmuşlar. Ərizəçinin xalası Məryəm ərə köçməmiş, subay olmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ərizəçi Muhma oğlu onun həm kəndçisi , həm də uzaq qohumudur. Ərizəçinin anası X7dır. X16 ərizəçinin xalası, X17 isə nənəsi olmuşlar.Ərizəçinin xalası Məryəm ərə köçməmiş, subay olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 dekabr 2023-cü il tarixdə verilmiş 05/69-610 nömrəli arayışdan göstərilmişdir ki, X16 barəsində Balakən rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Balakən Rayon Qeydiyyat şöbəsinin 1948-xx.xx.2023-cü illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. M.İ.Xırxırova Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli 16 nömrəli ölüm haqqında akt qeydinə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 05/091S/190515-23 nömrəli arayışdan görünür ki, “vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2015-ci ilədək daxil edilmiş bütün vətəndlaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Şəxsin soyadı: Xırxırova; adı: Məryəm; ata adı: İsmayıl qızı. Doğum tarixi:xx.xx.1936; doğulduğu yer Azərbaycan Respublikası Balakən rayonu, Püştətala kəndi. Qeyd: M.Xırxırova öldüyü xx.xx.2015-ci il tarixədək subay olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon qeydiyyat şöbəsi tərəfindən 20 dekabr 2023-cü il tarixli 05/69/611 nömrəli arayışdan görünür ki,X23 barəsində Balakən rayon qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Balakən rayon qeydiyyat şöbəsinin 1948-xx.xx.2023-cü illərə dair bərpa doğum akt qeydləri üzrə yoxlanılmışdır. H.İ.Umrayeva Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2012-ci il tarixli 17 nömrəli ölüm haqqında akt qeydinə əsasən xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən 27 noyabr 2023-cü il tarixdə verilmiş 447 nömrəli arayışdan görünür ki, X37 və X15 nikahı haqqında 08 aprel 1964-cü il tarixdə 08 №li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Balakən rayon Püştətala kənd icra nümayəndəliyi, nikah bağlanandan sonra ərə Umrayev, arvada Umrayeva soyadı verilmişdir. Qeyd:Nikaha M.Ərizəçi xx.xx.2002-ci ildə ölməsi ( ölüm xx.xx.2002-ci ildə 458 №li akt qeydi ilə Balakən rayon qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmış)H.İ.Umrayevanın isə xx.xx.2012-ci ildə ölməsi ( ölüm xx.xx.2012-ci ildə 17 nömrəli akt qeydi ilə Balakən rayonu Kortala kənd icra nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır) ilə bağlı xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 31 avqust 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 711410 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2015-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 09 dekabr 2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 578447 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2012-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Kortala kənd icra nümayəndəliyi tərəfindən 29 iyun 1998-ci il tarixdə verilmiş V-JQ seriyalı 289358 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 29 iyun 1998-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 11 oktyabr 2002-ci il tarixdə verilmiş AZ-İ seriyalı 014725 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 02 oktyabr 2002-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Püştətala kənd icra nümayəndəliyi tərəfindən 27 noyabr 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı 263472 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Muhma oğlu xx.xx.1965-ci ildə anadan olmuş, X11, anası X27 qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivi tərəfindən 12 dekabr 2023-cü il tarixdə verilmiş 3-48-7RA/2-U-888-6/2023 nömrəli Ərizəçi Muhma oğluna ünvanlanmış məktubda göstərilmişdir ki, “ Sizin Balakən regional “Asan xidmət” mərkəzinə ünvanladığınız xx.xx.2023-cü il tarixli ərizənizə cavab olaraq bildirirəm ki, Balakən rayonu VVADQ Şöbəsinin 1918-1920-ci illərə aid doğum haqqında aktların qeydiyyatı kitabları Dövlət Arxivinə təhvil verilməyib.1938-1940-cı,1940-1941,1942- 1943,1944-1945,1946,1947-ci illərə aid doğum haqqında aktların qeydiyyatı (bərpa) kitablarında X9 doğumu barədə qeydiyyat aparılmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən rayon Dövlət Arxivi tərəfindən 12 dekabr 2023-cü il tarixdə verilmiş 3-48-7RA/2-U-984-6/2023 nömrəli Ərizəçi Muhma oğluna ünvanlanmış məktubda göstərilmişdir ki,”Sizin Balakən regional “Asan xidmət” mərkəzinə ünvanladığınız xx.xx.2023-cü il tarixli ərizənizə cavab olaraq bildirirəm ki, Balakən rayonu VVADQ Şöbəsinin 26 may 1935-29 dekabr 1941-ci illərə aid doğum haqqında aktların qeydiyyatı (Püştətala kəndi) kitablarında X15 doğumu barədə qeydiyyat aparılmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən 19 yanvar 2022-ci il tarixdə verilmiş 221 nömrəli arayışda göstərilmişdir ki, məlumat üçün bildirilir ki, xx.xx.1998-ci il tarixdə vəfat etmiş X9 və xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 mirasının qəbulu ilə əlaqədar mərhum X9 nəvəsi və X8 bacısı oğlu olan Ərizəçi Muhma oğlu müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Notariat hərəkətlərinin aparılması qaydası haqqında Təlimatın 99-cu hissəsinə əsasən əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması ( qeydiyyatda olması, yaxud faktiki yaşaması)barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair , elecə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -Mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirası əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasının təsdiq edən sənəd; -Mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -Miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Eyni zamanda notariat hərəkətlərinin aparılması qaydası haqqında təlimatın 102-ci hissəsinə əsasən vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışlar, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Müəyyən olunmuşdur ki, Ərizəçi Muhma oğlu mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddəti ötürmüş, miras qalmış əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə dair sübutlar, o cümlədən miras qoyanlar X16 və X17 ilə qohumluq faktını təsdiq edən sənədlər təqdim edə bilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-578 KOD40106018 Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki,Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə X24, X13, X14, Şahid2, X6 və X25 Balakən rayonu Kortala kəndi ərazisindən 2.65 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29 iyul 2024cü il tarixdə verilmiş 336 nömrəli arayışdan görünür ki, həqiqətən mərhum X16 ilə X19 eyni şəxs olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti başçısının Kortala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 29 iyul 2024cü il tarixdə verilmiş 337 nömrəli arayışdan görünür ki, həqiqətən mərhum X20 ilə mərhum X19 bacılar olmuş və mərhum X17 isə onların anası olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Ərizəçi Muhma oğlu xx xxxxxx 1965-ci ildə Balakən rayonunda anadan olmuşdur. X11, anası X27 olmuşdur. Anası və atasının nikahları xx.xx.1964-cü ildə Balakən rayon Püştətala kənd icra nümayəndəliyində qeydə alınmışdır. X11 xx.xx.2002-ci ildə, anası X23 isə xx.xx.2012-ci ildə ölmüşdür.X15 doğum haqqında akt qeydi olmamışdır. X36 adlı bacısı olmuşdur. X16 1936-cı ildə anadan olmuş, lakin onun doğum haqqında akt qeydi olmamışdır. Eyni zamanda onun nikahı və övladları olmamışdır.X16 xx.xx.2015-ci ildə ölmüşdür. Hürü Xırxırovanın anası X17 xx.xx.1998-ci ildə ölmüşdür. Balakən rayonu Aqrar İslahat Komissiyasının 19 may 1997-ci il tarixli 29 nömrəli qərarı ilə ərizəçinin X1, xalası X8 və qeyrilərinin mülkiyyətinə 2.65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 578 kod 40106018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanıb təqdim edilmişdir.Ərizəçinin X2 və xalası X8 ölümündən sonra onlardan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı ərizəçi Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X22 vərəsəlik işi açmaqdan imtina etmiş, miras qoyanlar X16 və X18 ilə qohumluq faktını təsdiq edən sənədlərin təsdiqi üçün məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Buna görə mərhum anası Umrayeva (Xırxırova) Hürü İsmayıl qızı ilə mərhum X8 bacılar, X9 isə onların anası olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş hallarda şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələblərinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinin tələblərinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki,ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi Muhma oğlunun mərhum anası X27 ilə mərhum X8 bacı olmaları, X9 isə onların anası olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi Muhma oğlunun mərhum anası X27 ilə mərhum X8 bacı olmaları, X9 isə onların anası olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar