Məhkəmə qərarları › İş №e-2(019)-54/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-54/2023

13.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-54/2023 13.01.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X8 katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı payların müəyyən edilməsi, naturada ayrılması və onlara aid hissədən cavabdehin çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv/m, 2995.22 kv/m və 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 aid ümumilikdə 5/16 hissəsinin naturada ayrılması, Cavabdeh həmin hissədən çıxarılması, iddianın irəli sürüməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə hazırlıq iclasında məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv/m və 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/16 hissəsinə İddiaçı3, 2/16 hissəsinə İddiaçı2 və 2/16 hissəsinə İddiaçı1 paylarının müəyyən edilməsi, ünvan 2ində yerləşən 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 aid ümumilikdə 5/16 hissəsinin naturada ayrılması, Cavabdeh həmin hissədən çıxarılması, payın naturada ayrılması mümkün olmadıqda əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsi, iddianın irəli sürülməsi üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv/m, 2995.22 kv/m və 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh və onun ailə üzvləri X15, X13 və X14 mülkiyyətinə verilmiş, hüquqları torpağa mülkiyyət hüququna dair JN seriyalı 256 nömrəli (kod: ********) dövlət aktı və şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X19 13 sentyabr 2009-cu il tarixdə, X15 29 mart 2010-cu ildə vəfat etmiş, sonuncunun mirasına vərəsəlik açılmış, əri Cavabdeh, nəvələri İddiaçı2 və İddiaçı1 qanun üzrə bərabər paylı vərəsə sayılmışlar. X2 isə qanun üzrə vərəsələri atası Cavabdeh, uşaqları İddiaçı2 və İddiaçı1 və iddiaçıdır. Hazırda, ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m, 2995.22 kv.m və 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində X13 4/16,Cavabdeh 7/16, İddiaçı3 1/16, İddiaçı2 2/16, İddiaçı1 2/16 hissə paya sahibdirlər. Miras əmlak bölündükdən sonra, 457.25 kv.m və 2995.22 kv.m torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı aparılmış, cavabdeh özünə məxsus payın bir hissəsini (0.12 ha) satmışdır. İddiaçı 0.12 ha həyətyanı və 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün DƏDKR publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, Ərazi İdarəsinin əməkdaşları baxış və ölçmə işlərinin aparılması üçün cavabdeh tərəfindən sözügedən torpaq sahəsinə buraxılmamış, bu səbəbdən də hüquqların dövlət qeydiyyatına alınması qeyri mümkün olmuşdur. İddiaçılar payların naturada müəyyən edilməsi üçün cavabdehə müraciət etmişlər, sonuncu bundan imtina etmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmadığından iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi . Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv/m, 2995.22 kv/m və 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələri onun, ailə üzvləri X15, X13 və X14 mülkiyyətinə verilmiş, hüquqları torpağa mülkiyyət hüququna dair JN seriyalı 256 nömrəli (kod: ********) dövlət aktı və şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X19 13 sentyabr 2009-cu il tarixdə, X15 29 mart 2010-cu ildə vəfat etmiş, onların mirasına vərəsəlik açılmış, vərəsələrin payları müəyyən edilmişdir. Hazırda, ünvan 2ində yerləşən 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərinin payları müəyyən edilmiş, 0.12 ha həyətyanı, 457.25 kv/m və 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçilərinin payları isə müəyyən edilməmişdir. Ekspert rəyinə əsasən birgə paylı mülkiyyətdə olan 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçıların paylarının naturada ayrılması mümkün deyildir. Mülkiyyətçilərin payları naturada ayrılmadığından ümumi mülkiyyətdə olan torpaq sahələrindən həmin torpaq sahələrinin mülkiyyətçilərindən biri olan cavabdehin çıxarılmasının tələb edilməsi əsassızdır. Ümumiyyətlə iddiaçıların iddia tələbləri əsassızdır və təmin edilə bilməz. İddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 28 iyul 2004-cü il tarixdə verilmiş AZ-İ seriyalı ******* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X21 arasında 28 iyul 2004-cü il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0256, KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarı ilə X16, X10, X6, X17 ünvan 2i ərazisindən 0.91 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2011-ci il tarixdə Cavabdeh adına verilmiş MA seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu, Talalar kəndində yerləşən 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/16 hissəsi X3, 7/16 hissəsi X18, 1/16 hissəsi İddiaçı3, 2/16 hissəsi İddiaçı2,2/16 hissəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 48 nömrəli qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 09 sentyabr 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, “Mən, Balakən rayon dövlət notariat kontorunun dövlət notariusu Səfərov E. Z. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən təsdiq edirəm ki, 29 mart 2010-cu tarixdə vəfat etmiş X27 QİZİNİN vərəsələri, atası 13 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X19 olan aşağıdakı şəxslərdir: -ünvan 3ında qeydiyyatda olan nəvəsi İddiaçı2: -ünvan 1nında qeydiyyatda olan nəvəsi İddiaçı1 OGLU və onlar aşağıda göstərilən miras əmlakı bərabər paylarla tam almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə verilmiş JN-0256 KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X34 əsasən ünvan 2i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsində ƏLİYEV GÜLBİÇƏ ABDULLA QİZİNA ümumi birgə mülkiyyət hüququ ilə məxsus payın 1/2-nin 256G mülk nömrəli planşetə (sahəsi 995,22 kv.m) aid hissəsindən ibarətdir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 09 sentyabr 2011-ci il tarixli Qanun üzrə vərəsəlik hüququq haqqında şəhadətnamədə göstərilmişdir ki, “Mən, Balakən rayon dövlət notariat kontorunun dövlət notariusu Səfərov E. Z. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 29 mart 2010-cu İl tarixdə vəfat etmiş X27 QİZİNİN vərəsəsi Balakən rayonu, Talalar kəndində yaşayan əri Cavabdehdur və o, aşağıda göstərilən miras əmlakı irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə verilmiş JN-0256 KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X34 əsasən ünvan 2i ünvanında yerləşən, ,məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsində X27 QİZİNA ümumi birgə mülkiyyət hüququ ilə məxsus payın ½nin 256G mülk nömrəli planşete (sahəsi 2995,22 kv.m) aid hissədən ibarətdir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 sentyabr 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir “Mən, Balakən rayon dövlət notariat kontorunun dövlət notariusu Səfərov Z. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən təsdiq edirəm ki, 29 mart 2010-cu il tarixdə vəfat elmiş X27 QİZİNİN vərəsələri atası 13 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X19 olan aşağıdakı şəxslərdir: -ünvan 3ında qeydiyyatda olan nəvəsi İddiaçı2; -ünvan 3ında qeydiyyatda olan nəvəsi İddiaçı1 və onlar aşağıda göstərilin miras əmlakı bərabər paylarla tam almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə verilmiş JN-0256 KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X34 əsasən ünvan 2i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsində X27 QİZİNA ümumi birgə mülkiyyət hüququ ilə məxsus payın 1/2-nin 256F mülk nömrəli (sahəsi 457,25 kv.ro) və 256D mülk nömrəli (sahəsi 5646,15 kv.m) planşetlərə aid hissələrindən ibarətdir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 sentyabr 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə göstərilmişdir ki, “Mən, Balakən rayon dövlət notariat kontorunun dövlət notariusu Səfərov E. Z. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 29 mart 2010-cu il tarixdə vəfat etmiş X27 QİZİNİN vərəsəsi Balakən rayonu, Talalar kəndində yaşayan əri CavabdehDUR və o, aşağıda göstərilən miras əmlakı irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə verilmiş JN-0256 KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X34 əsasən ünvan 2i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsində X27 QİZİNA ümumi, birgə mülkiyyət hüququ ilə məxsus payın ½-nin 256A mülk nömrəli (sahəsi 457,25 kv.m) və 256D mülk nömrəli (sahəsi 5646,15 kv.m) planşetlərə aid hissələrindən ibarətdir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 06 oktyabr 2011-ci il tarixli AN seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki, həmin müqavilə satıcı X22 ilə alıcı X11 arasında bağlanmış, satıcı X22 ümumi paylı mülkiyyət üzrə özünə məxsus olan Balakən rayonu, Talalar kəndində yerləşən , ümumi sahəsi 0.2995 ha olan əkin məqsədli istifadə növlü torpaq sahəsindəki özünün müvafiq olaraq 7/16 payından 0,12 ha hissəsini alıcı X1. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 11 oktyabr 2022-ci il tarixli **********553 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Balakən rayonu, Talalar kəndində yerləşən X5, Cavabdeh, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi paylı mülkiyyətində olan 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 965.00 kv/m olmaqla həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Balakən rayonu, Talalar kəndində yerləşən 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə uyğun olmayan ölçülərlə 956.00 kv/m olduğuna görə və iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 aid ümumilikdə 5/16 hissə paylarının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 noyabr 2022-ci il tarixli 10/5929 nömrəli ekspert rəyində göstərilmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən ünvan 2ində yerləşən X5, Cavabdeh, İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi paylı mülkiyyətində olan 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 965.00 kv.m olmaqla həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X32 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən Balakən rayonu, Talalar kəndində yerləşən 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hüquqmüəyyənedici sənədlərə uyğun olmayan ölçülərlə 965.00 kv/m olduğuna görə və iddiaçılar İddiaçı3, İddiaçı2 aid ümumilikdə 5/16 hissə paylarının naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgüsü mümkün deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-047A KOD 40113018 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə X16, X10 və X17 ünvan 2i ərazisindən 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 09 sentyabr 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, “Mən, Balakən rayon dövlət notariat kontorunun dövlət notariusu Səfərov E.Z. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 13 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X20NUN vərəsələri bunlardır; -atası, ünvan 3ında qeydiyyatda olan X22; -arvadı, ünvan 3ında qeydiyyatda olan İddiaçı3 QİZİ; -oğlu, ünvan 3ında qeydiyyatda olan İddiaçı2: -oğlu, ünvan 3ında qeydiyyatda olan İddiaçı1 və onlar aşağıda göstərilən miras əmlakı bərabər paylarla tam almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə verilmiş JN-0256 KOD 40113018 nömrəli Torpağa Mülkiyyət Hüququna X34 əsasən ünvan 2i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsində X17 ümumi birgə mülkiyyət hüququ ilə məxsus payın 256F mülk nömrəli (sahəsi 457,25 kv.m) və 256D mülk nömrəli (sahəsi 5646,15 kv.nı) planşetlərə aid hissələrindən ibarətdir”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 17 sentyabr 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, “Mən, Balakən rayon dövlət notariat kontorunun dövlət notariusu Səfərov E. Z. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, 13 sentyabr 2009-cu il tarixdə vəfat etmiş X14 vərəsələri bunlardır: -atası, ünvan 3ında qeydiyyatda olan Cavabdeh: arvadı, ünvan 3ında qeydiyyatda olan İddiaçı3 QİZİ; -oğlu, ünvan 3ında qeydiyyatda olan İddiaçı2: -oğlu, ünvan 3ında qeydiyyatda olan İddiaçı1 və onlar aşağıda göstərilən miras əmlakı bərabər paylarla tam almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Balakən rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 02 nömrəli qərarı ilə verilmiş JN-0256 KOD 40113018 nömrəli torpağa Mülkiyyət Hüququna X34 əsasən ünvan 2i ünvanında yerləşən, məqsədli istifadə növü kənd təsərrüfatı təyinatlı torpaqlar olan 0,91 ha torpaq sahəsində X19NA ümumi birgə mülkiyyət hüququ ilə məxsus payın 256G mülk nömrəli planşetə (sahəsi 2995,22 kv.m) aid hissəsindən ibarətdir”. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 nömrəli qərarına əsasən, ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv/m, 2995.22 kv/m, 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələri Cavabdeh, X15, X13 və X14 ümumi birgə mülkiyyətinə verilmiş, hüquqları torpağa mülkiyyət hüququna dair JN seriyalı 256 nömrəli (kod: ********) torpağa mülkiyyət hüququna dair dövlət aktı və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X19 13 sentyabr 2009-cu il tarixdə, X15 29 mart 2010-cu ildə vəfat etmişdir. X7 mirasına vərəsəlik açılmış, 09 sentyabr 2011ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə miras əmlakın- birgə mülkiyyətdə olan, ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv/m, 2995.22 kv/m və 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onun payına düşən hissəsinin ½ hissəsinə əri Cavabdeh, ½ hissəsinə isə nəvələri İddiaçı2 və İddiaçı1 payları müəyyən edilmişdir.X2 da mirasına vərəsəlik açılmış, 17 sentyabr 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ilə miras əmlakın- birgə mülkiyyətdə olan, ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv/m və 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən onun payına düşən hissəsinə payları bərabər olmaqla atası Cavabdeh, arvadı İddiaçı3, uşaqları İddiaçı2 və İddiaçı1 payları müəyyən edilmişdir. ünvan 2ində yerləşən 2995.22 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində X5 4/16 hissə, Cavabdeh 7/16 hissə, İddiaçı3 1/16 hissə, İddiaçı2 2/16 və İddiaçı1 2/16 hissə payları müəyyən edilmiş, lakin 0.12 ha həyətyanı, 457.25 kv/m və 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə birgə mülkiyyətçilərin payları müəyyən edilməmişdir.İddiaçılar payların naturada müəyyən edilməsi üçün cavabdehə müraciət etmişlər,sonuncu bundan imtina etmişdir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar həll edilməsi mümkün olmadığından iddiaçılar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə, işin qeyd edilən hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv/m və 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən payların müəyyən edilməsi hissəsində əsaslı olduğundan təmin edilməli, mübahisə predmeti olan ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv/m və 5646.15 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/16 hissəsinə İddiaçı3, 2/16 hissəsinə İddiaçı2 və 2/16 hissəsinə İddiaçı1 payları müəyyən edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 04 aprel 2014-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Məhkəmə, ekspert rəyinə əsasən Balakən rayonu, Talalar kəndində yerləşən 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 aid ümumilikdə 5/16 hissə paylarının naturada real bölgüsünün mümkün olmamasını,bu səbəbdən torpaq sahəsindən onlara aid hissənin naturada müəyyən olunmamasını,cavabdeh Sücəddin Əliyev həmin torpaq sahəsindəki payının satılması ilə bağlı alqı-satqı müqaviləsi bağlamasına baxmayaraq hazırda da sözügedən torpaq sahəsinin ümumi paylı mülkiyyətçisi olmasını, iddiaçıların məhz onun adına verilmiş MA seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı məhkəməyə təqdim edərək 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 5/16 hissə paylarının olmasını bildirmələrini, ümumi paylı mülkiyyətçi olaraq cavabdehin də həmin torpaq sahəsindən istifadə, sahiblik və sərəncam hüquqlarının olmasını, iddiaçıların öz paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməmələrini, bu tələblə məhkəməyə müraciət etmədən torpaq sahələrinin hərracda satılması tələbi ilə məhkəməyə müraciət etmələrini, maddi hüquq normalarının tələblərini, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi 2995.22 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən paylarının naturada ayrılması, cavabdehin onlara aid torpaq sahəsindən çıxarılması, əmlakın açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaitinin mülkiyyətçilər arasında paylarına müvafiq olaraq bölünməsinə aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdeh X12 tutulub İddiaçı3, İddiaçı1 və İddiaçı2 verilməli, 50 manat ekspertiza xərcinin 25 manatı iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2, 25 manatı isə cavabdeh X12 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X9, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m, 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/16 hissəsinə İddiaçı3, 2/16 hissəsinə İddiaçı2 və 1/16 hissəsinə İddiaçı1 payları müəyyən edilməli,100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdeh X12 tutulub İddiaçı3, İddiaçı1 və İddiaçı2 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 50 manat ekspertiza xərcinin 25 manatı iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2, 25 manatı isə cavabdeh X12 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X9, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 2ində yerləşən 0.12 ha həyətyanı, 457.25 kv.m, 5646.15 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1/16 hissəsinə İddiaçı3, 2/16 hissəsinə İddiaçı2 və 1/16 hissəsinə İddiaçı1 payları müəyyən edilsin. 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdeh X12 tutulub İddiaçı3, İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 50 manat ekspertiza xərcinin 25 manatı iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2, 25 manatı isə cavabdeh X12 tutulub dövlət büdcəsinə Az.MEM VÖEN **********, X9, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar