Məhkəmə qərarları › İş №e-2(019)-54/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-54/2025

16.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-54/2025 16.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi X9, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsindən çıxarılması tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı cavabdehlər Cavabdeh və X15 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və X13 Balakən rayonu Qazma kəndində yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması zamanı ərizə ilə məhkəməyə müraciət edib, cavabdeh X15 qarşı tələb hissəsində iddianın həcmini azaldaraq, Cavabdeh Balakən rayonu Qazma kəndində yerləşən JN 570 kod 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X32 əsasən ümumi istifadələrində olan 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbinin həcminin azaldılması barədə ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, arvadı X10 ilə birlikdə Balakən rayonu Sarıbulaq kəndində yaşayır. 2008-ci il tarixdə oğlu- X21 Cavabdeh ilə rəsmi nikah bağlayaraq evlənmişdirlər. Evli olduğu 6-7 il ərzində onların yanında qalmışdırlar. İlk vaxtlar mehriban ailə həyatları olmuş və qarşılıqlı hörmətə əsasən bir yerdə yaşamışlar. 2010-cu ildə X21 ümumbirgə mülkiyyətlərində olan, Balakən rayon Qazma kəndində yerləşən JN:570 kod 40103018 nömrəli 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özünə düşən hissədən 0.40 ha ərazini sataraq Balakən rayonu Qazma kəndi ərazisində ev tikmək üçün 0.20 ha torpaq sahəsi almışdır. 2013-cü ildə Balakən rayon Qazma kəndində yerləşən JN:570 kod 40103018 nömrəli 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində müvafiq icazə sənədləri olmadan həyat yoldaşı ilə yaşamaları üçün fərdi yaşayış evi inşa etmək qərarına gəlmişlər. Həmin fərdi yaşayış evini 2015-ci ildə tikib qurtarmışdır. 2014-cü ildə cavabdeh X21 fəqərələrinin cərrahi əməliyyatından sonra, sinir köklərinin sıxılması və çanaq üzvlərinin funksional pozulmasına yol açmışdır. Daha sonralar bədənində yaranmış bu problem onun tənəffüs çatışmazlığına, ən sonda kəskin bronxial astmanın qarışıq formasına, yəni nəzarət olunmayacaq dərəcədə ağır hal almasına səbəb oldu. Bu hadisədən sonra cavabdeh X16 və iş üzrə digər Cavabdeh müvəqqəti yaşamaları üçün həmin evə köçürmüşdür. Cavabdeh X21 və iş üzrə digər Cavabdeh 2019-cu ildən başlayaraq ailə münaqişəsi şəraitində yaşayırlar. 2024-cü il tarixdə cavabdeh X21 iş üzrə digər Cavabdeh nikahın pozulması və uşaqların yaşayış yerinin öz yanında təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlərin birgə nikahlarının pozulmasına etiraz etməyəcəklərini və bu səbəbdən ailə münasibətlərinin dağılacağını nəzərə alaraq Balakən rayonu Qazma kəndində yerləşən 1.30 ha kənd təsərrüfartı təyinatlı torpaq sahəsini və orda inşa etdiyi fərdi yaşayış evini boşaltmalarını tələb etməyinə baxmayaraq cavabdehlər nə torpaq sahəsini nə də fərdi yaşayış evini boşaltmırlar. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan hüququ kobud şəkildə pozulmuşdur. Bu səbəbdən hazırki tələblə aidiyyəti üzrə Balakən rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X18 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi vəkili Nümayəndə2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçının oğlu- X21 2008-ci ildə Cavabdeh ilə rəsmi nikah bağlayaraq evlənmişdirlər. Onların birgə nikahlarından iki uşaqları vardır. 2015-ci ildə onlar mübahisəli torpaq sahəsinin 0.75 ha hissəsində fərdi yaşayış evi tikdirərək köçüb orada yaşamağa başlamışlar və o vaxtdan da evin ətrafında olan 0,09 hektar torpaq sahəsindən istifadə edirlər. 2024-cü ilin mart ayında X27 Nuriyeva arasında narazılıqlar başlamış və o vaxtdan da Şahin evdən çıxaraq həmin evdə yaşamır. O, evdə Cavabdeh iki uşağı ilə yaşayır və evin ətrafında olan 0,09 hektar torpaq sahəsindən istifadə edir. Cavabdeh digər 0.2681 ha torpaq sahəsindən məhkəmə mübahisəsi başlayandan istifadə etmir. Odur ki, iddia tələbini həmin hissədə qəbul etmirlər. Cavabdeh yaşadığı evin ətrafında olan 0,09 hektar torpaq sahəsindən istifadə edir. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN:570 Kod 40103018 nömrəli Torpağa Mülkiyyət Hüququna X30 görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.30 ha torpaq sahəsi İddiaçı, X4, X13 və X19 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş MA seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndində yerləşən 0.9011 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 və qeyrilərinin ümumi paylı mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş AN-İ № ******* nömrəli, 13 oktyabr 2010-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X8 və digərləri ümumi paylı mülkiyyətlərində olan, Balakən rayonu Qazma kəndində yerləşən 0,9011 hektar torpaq sahəsinin 0,7011 hektar hissəsini X2,0,20 hektar hissəsini X1. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 19 dekabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-5290/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki; 1.JN 570 Kod 40103018 saylı Torpağa mülkiyyət hüququna X34 ilə Balakən rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə X17, X4, X13 və X19 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Qazma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.30 ha torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha ərazidir və həmin ölçülər qismən hüquqmüəyyənedici sənədlərə uyğundur.Torpaq sahəsənin yerləşmə vəziyyəti tərtib edilmiş yerqruluşu planında göstərilmişdir.

2. JN 570 Kod 40103018 saylı “Torpağa mülkiyyət hüququna X34" ilə Balakən rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X4, X13 və X19 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu, Qazma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.30 ha torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha sahəsindən 0.0912 ha hissəsini və 0.2681 ha hissəsini Cavabdeh istifadə edir. Cavabdeh tərəfindən istifadə olunan ərazilərin yerləşmə vəziyyəti tərtib edilmiş yerqüruluşu planında göstərilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 fevral 2025-ci il tarixli №10/632 nömrəli ekspert rəyində göstərilir ki; Mülki iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın birinci sualı üzrə: JN:570 Kod 40103018 saylı Torpağa Mülkiyyət hüququna X34 ilə Balakən rayonu Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və X19 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.30 ha torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha ərazidir və həmin ölçülər qismən hüquqmüəyyənedici sənədlərə uyğundur.Torpaq sahəinin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerqurluşu planında göstərilmişdir. Qərardadın ikinci sualı üzrə: JN50 Kod 40103018 saylı Torpağa Mülkiyyət Hüququna X34 ilə Balakən rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X5, X13 və X19 ümumi birgə mülkiyyətinə verilmiş Balakən rayonu Qazma kəndində kənd təsərrüfatı təyinatlı 1.30 ha torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha sahəsindən 0.0912 ha hissəsini və 0.2681 ha hissəsini cavabdeh X11 istifadə edir. Cavabdeh tərəfindən istifadə olunan ərazilərin yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Ərizə təmin edilsin. İşdə olan Balakən Rayon Məhkəməsinin e-16(019)-23/2024 nömrəli 22 avqust 2024cü il tarixli qərardadından görünür ki, İddiaçı ərizəsinin təmin edilməsi, Balakən rayonu Qazma kəndində yerləşən JN 570 kod 40103018 torpağa mülkiyyət hüququna X32 əsasən ümumi istifadələrində olan 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mövcud fındıq topalarının budanması və qulluq edilməsi, məhsul yığımı zamanı fındıq məhsulunun yığılması Cavabdeh qadağan edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X6, X13 və X19 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qazma kəndi ərazisindən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə onlara JN 570 KOD 40103018 olan Torpağa mülkiyyət hüququna X34 hazırlanmışdır. İddiaçının keçmiş gəlini olan Cavabdeh sözügedən 1.30 ha torpaq sahəsinin Dövlət aktının 570B cizgisində qeyd edilən 0.75 ha sahəsinin 0.0912 ha hissəsindən və 0.2681 ha hissəsindən qanunsuz olaraq istifadə etməklə iddiaçının və onun ailə üzvlərinin mülkiyyət hüquqlarını pozur. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, JN 570 KOD 40103018 olan torpağa Mülkiyyət hüququna X32 əsasən mübahisələndirilən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olmasını, Cavabdeh həmin torpaq sahəsinin Dövlət aktının 570B cizgisində qeyd edilən 0.75 ha sahəsinin 0.0912 ha hissəsindən və 0.2681 ha hissəsindən heç bir hüququ olmadan qanunsuz olaraq istifadə etməsini, nəticədə torpaq mülkiyyətçilərinin mülkiyyət hüquqlarının pozulmasını, eyni zamanda Cavabdeh 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən bütünlüklə deyil, torpaq sahəsinin 0.0912 ha hissəsindən və 0.2681 ha hissəsindən istifadə etməsini, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin .0912 ha hissəsindən və 0.2681 ha hissəsindən çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Cavabdeh məhkəmə mübahisəsi başlayandan sonra iddiaçı və onun ailə üzvülərinin mülkiyyətində olan1,30 hektar torpaq sahəsinin 0.2681 ha hissəsindən istifadə etməməsi barədə cavabdehin nümayəndəsi-vəkili Nümayəndə2 etirazı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin e-16(019)-23/2024 nömrəli 22 avqust 2024-cü il tarixli qərardadı ilə İddiaçı və ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Qazma kəndində yerləşən JN 570 kod 40103018 torpağa mülkiyyət hüququna X32 əsasən ümumi istifadələrində olan 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində mövcud fındıq topalarının budanması və qulluq edilməsi, məhsul yığımı zamanı fındıq məhsulunun yığılması Cavabdeh qadağan edilmişdir. Bu səbəbdən Cavabdeh hazırda mübahisəli torpaq sahəsinin 0.2681 ha hissəsindən istifadə etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumunun 28 manatı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Dövlət rüsumunun qalan 72 manatı İddiaçı özünə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Balakən Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X5, X13 və X19 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Qazma kəndində yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha sahəsinin 0.0912 ha hissəsindən və 0.2681 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməli, ödənmiş 100 manat dövlət rüsumunun 28 manatı Cavabdeh alınaraq İddiaçı verilməli, qalan 72 manatı İddiaçı özünə aid edilməlidir. 100 manat ekspertiza xərcinin 28 manatı Cavabdeh, 72 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X7 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Balakən Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı, X4, X13 və X19 ümumi birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Qazma kəndində yerləşən 1.30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisələndirilən 570B cizgisində qeyd edilən 0.75 ha sahəsinin 0.0912 ha hissəsindən və 0.2681 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılsın; iddia tələbi qalan hissədə təmin edilməsin; ödənmiş 100 manat dövlət rüsumunun 28 manatı Cavabdeh alınaraq İddiaçı verillsin, qalan 72 manatı İddiaçı özünə aid edilsin. 100 manat ekspertiza xərcinin 28 manatı Cavabdeh oğlundan, 72 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X7 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar