Məhkəmə qərarları › İş №e-2(019)-545/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-545/2023

05.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-545/2023 05.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Gərəkli kəndində yerləşən 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehin çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması,ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu Gərəkli kəndində yerləşən JN 1249 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçıya məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rasul qızı iddiasını müdafiə edərək izahatında göstərdi ki, o, Balakən rayonu Gərəkli kəndində yaşayır. Kənd təsərrüfatı ilə məşğul olurlar. Ona və ailə üzvləri olan- X7, X4, X5 Balakən rayon Aqrar İslahat komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 1249 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. JN 1249 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşadığı ərazidən çox uzaq məsafədə yerləşdiyinə görə həmin torpaq sahəsini istifadə edə bilmirlər. Buna görə də bir neçə il əvvəl Cavabdeh müvəqqəti istifadə etmək üçün vermişdir. Bir müddət olar ki, Cavabdeh JN 1249 KOD 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Hazırda həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Cavabdehə həmin torpaq sahəsini boşaltması ilə bağlı müraciət etsə də, cavabdeh torpaq sahəsini qanunsuz tutmaqda davam edir. Torpaq sahəsinin qanunsuz istifadə olunması ilə bağlı müxtəlif orqanlara şifahi müraciətlər etmiş, lakin həmin mübahisənin mülki xarakterli olması səbəbindən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar.Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək izahatında göstərdi ki, Balakən rayonu Gərəkli kəndində yerləşən, iddiaçıya və onun ailə üzvləri - X7, X4, X5 Balakən rayon Aqrar İslahat komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 0.60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun istifadəsindədir. Hazırda İddiaçı torpaq sahəsini geri tələb edir.O, iddianı etiraf edir, iddianın təmin edilməsinə etirazı yoxdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Torpağa mülkiyyət hüququna dair JN- 1240, KOD-40110018 olan Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 saylı qərarı ilə X7,İddiaçı,X4,X5 Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.60 ha kənd təsərrüfatı məhsulları istehsalı torrpaq sahəsi verilmişdir. Məhkəmə,iddiaçının,onun nümayəndəsi və vəkilinin və cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 26 sentyabr 2001-ci il tarixli 09 saylı qərarı ilə X6,İddiaçı, X2,X3 ümumi birgə mülkiyyətinə Balakən rayonu Gərəkli kəndi ərazisindən 0.60 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmiş və bu barədə JN-1240, KOD 40110018 olan Dövlət aktı hazırlanmışdır. İş üzrə Cavabdeh həmin torpaq sahəsini zəbt edərək İddiaçı öz mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə və sahiblik etməyinə imkan vermir.Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasını,cavabdehin həmin torpaq sahəsinə heç bir hüququnun olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddia ərizəsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh, İddiaçı mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0.60 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən çıxarılmalı,onun İddiaçı mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0,60 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulmalıdır. İddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı və digərlərinin ümumi birgə mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0,60 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın. Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən rayonu Gərəkli kəndində yerləşən 0,60 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsindən istifadə və sahiblik etməyinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə son qoyulsun. İddiaçı tərəfindən iddia ərizəsi üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar