Məhkəmə qərarları › İş №e-2(019)-556/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-556/2022

03.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-556/2022 03.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, cavabdehlər Cavabdeh2, Süleymanova (Mehdiyeva) Nigar Şaban qızı və Cavabdeh3 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Süleymanova (Mehdiyeva) Nigar Şaban qızı, Cavabdeh1 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Süleymanova (Mehdiyeva) Nigar Şaban qızı, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Süleymanova (Mehdiyeva) Nigar Şaban qızı, Cavabdeh1 və Cavabdeh3 məxsus Balakən rayonu Katex kəndində yerləşən kənd təsərrüfatı təyinatlı DƏDR-də ********** nömrə ilə qeydiyyata alınmış, reyestr nömrəsi **********13 olan çıxarışda qeyd olunmuş ölçüsü 1,2164 ha olan torpaq sahəsinin onunla alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya həmin torpaq sahəsinin alqısı zamanı cavabdehə verdiyi 480 manatın, həmin torpaq sahəsində yerləşən fındıq bağının bu günkü bazar dəyəri olan 14.000 manatın və əldən çıxmış fayda hesab olunan 21.000 manatın, cəmi 35.480 manatın cavabdehlərdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 məhkəməyə yazılı ərizə ilə müraciət edərək, hazırki iddia ərizəsinin geri qaytarılmasını və iddianın baxılmamış saxlanmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.1 və 185.4-cü maddələrinə əsaslanaraq, hazırki işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə görə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehlər Cavabdeh2, Süleymanova (Mehdiyeva) Nigar Şaban qızı və Cavabdeh3 nümayəndəsi-vəkili Mahmudov X2 hal-hazırda tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə oldunduğunu, ona görə də işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini bildirərək, iddiaçı X1 cavabdehlər Cavabdeh2, Süleymanova (Mehdiyeva) Nigar Şaban qızı, Cavabdeh1 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına təkrarən gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş, həmçinin ondan işin mahiyyəti üzrə həll olunmasını tələb etdiyi barədə məhkəməyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə hazırki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinə 196,44 AZN dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa… Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılması əsasları göstərilir. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 hazırki iddia ərizəsinin qaytarılması barəsində ərizə verdiyindən və cavabdehlər işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərindən, iddiaçı X1 cavabdehlər Cavabdeh2, Süleymanova (Mehdiyeva) Nigar Şaban qızı, Cavabdeh1 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 196,44 AZN məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdehlər Cavabdeh2, Süleymanova (Mehdiyeva) Nigar Şaban qızı, Cavabdeh1 və Cavabdeh3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 196,44 AZN məbləğində dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar