Məhkəmə qərarları › İş №e-2(019)-572/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-572/2023

14.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-572/2023 14.08.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə Ərizəçi qohumluq münasibətlərində olma faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, X4 ilə X8 bacı-qardaş olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, xx xxxx 1952-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur. X4, anası isə X9 olmuşdur. Valideynlərinin hər ikisi ölmüşdür. Atası və anasının nikahları rəsmi qeydiyyata alınmamışdır. X2 doğumu qeydə alınmamışdır. Atası 30 iyul 1984-cü ildə ölmüşdür. X20 isə atasının bacısıdır. Ata təsərrüfatında yaşadığına görə həmin təsərrüfat atasının ölümündən sonra onun bacısı X8 adına olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X3na və onun ailə üzvlərinə 0.19 ha həyətyanı torpaq sahəsi və 0.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X3 20 mart 2003-cü il tarixdə ölmüşdür. X8 ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ona məlum olmuşdur ki, X2 və onun bacısı X8 doğumları qeydə alınmadığına görə onların bacı-qardaş olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan sonra o, X7 miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Maraqlı şəxs ona məktub göndərərək, bildirmişdir ki, o, xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X3ndan qalmış mirasdan X4 vasitəsi ilə irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinin 5-ci hissəsinə Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Lakin təqdim olunmuş sənədlərdə X10 və X1 doğum haqqında akt qeydləri aşkar olunmamışdır. Eyni zamanda bildirlir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99- cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğugündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qeyd edilir ki, Ərizəçi X8 mirasının qəbulu üçün nəzərdə tutulmuş müddət ötürmüşdür. Ötürülmüş müddət bərpa olunduqdan və X8 Ərizəçi bibisi olması faktı sübut olunduqdan sonra irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkündür. Buna görə X4 ilə X8 bacı-qardaş olması faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxs Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Maraqlı şəxs iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21, X5 və X11 ifadələrində Ərizəçi mərhum X4 ilə X8 bacı-qardaş olduğunu, X10 30 iyul 1984-cü ildə tarixdə, X8 isə 20 mart 2003-cü il tarixdə öldüyünü, X8 adına pay torpağının olduğunu və Ərizəçi X8 adına vərəsəlik işi açdırmaq istədiyini göstərmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən RİHB-nin Mahamalar kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 10 mart 2023-cü il tarixdə verilmiş AZ-T seriyalı 232763 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə anadan olmuş, X4, anası isə X12 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, 05/69-66 №-li arayışdan görünür ki, X19 barəsində Balakən rayon Qeydiyyat Şöbəsində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları Balakən rayon Qeydiyyat Şöbəsinin 1946-xx.xx.2023-cü illərə dair doğum haqqında bərpa akt qeydləri üzrə yoxlanılmışdır. Qeyd edilən şəxs Balakən rayon Mahamalar kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1984-cü il tarixli 22 nömrəli ölüm haqqında akt qeydinə əsasən xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 yanvar 2023-cü il tarixdə verilmiş 05/69-49 nömrəli arayışdan görünür ki, X19 30 iyul 1984-cü ildə ölmüşdür. Ölüm haqqında 10 sentyabr 1984-cü ildə 22 №-li akt tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 31 mart 2023-cü il tarixdə verilmiş 05/69-173 nömrəli arayışdan görünür ki, X20 20 mart 2003-cü ildə ölmüşdür. Ölüm haqqında 18 aprel 2003-cü ildə 19 №-li akt tərtib olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-537A KOD-40108038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X8, X6, X16, X17, X22 və X13 ümumi birgə mülkiyyətinə Balakən rayonu Qazbinə kəndi ərazisindən 0.19 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1927 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna X36 görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X8, X6, X16, X17, X22 və X13 ümumi birgə mülkiyyətinə Balakən rayonu Şərif kəndi ərazisindən 0.91 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu Maraqlı şəxs tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli 801 nömrəli arayışda göstərilir ki, Ərizəçi xx.xx.2003-cü il tarixdə vəfat etmiş mərhum X3ndan qalmış mirasdan X4 vasitəsi ilə irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müraciət etmişdir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 102-ci bəndinin 5-ci hissəsinə Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Lakin təqdim olunmuş sənədlərdə X10 və X1 doğum haqqında akt qeydləri aşkar olunmamışdır. Eyni zamanda bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə və Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99- cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Ərizəçi X8 mirasının qəbulu üçün nəzərdə tutulmuş müddət ötürmüşdür. Ötürülmüş müddət bərpa olunduqdan və X8 Ərizəçi bibisi olması faktı sübut olunduqdan sonra irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkündür. İşə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu İcra Hakimiyyətinin Mahamalar kənd inzibati ərazi dairəsi tərəfindən 05 aprel 2023-cü il tarixdə verilmiş 370 nömrəli arayışda göstərilir ki, 29 iyun 1984 - cü il tarixində vəfat etmiş X19 20 mart 2003-cü il tarixində vəfat etmiş X8 qardaşı olmuşdur və kənd əhalisinin bildirməsinə görə yaşadıqları dövrdə Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qazbinə yaşayış məntəqəsində yaşayıblar. İşdə olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və onun nümayəndəsi-vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi xx xxxx 1952-ci ildə Balakən rayonunun Mahamalar kəndində anadan olmuşdur. X4, anası isə X9 olmuşdur. Valideynlərinin hər ikisi ölmüşdür. Atası və anasının nikahları rəsmi qeydiyyata alınmamışdır. Ərizəçinin X2 doğumu qeydə alınmamışdır. X19 30 iyul 1984-cü ildə ölmüşdür. X20 isə atasının bacısıdır. Ata təsərrüfatında yaşadığına görə həmin təsərrüfat atasının ölümündən sonra onun bacısı X8 adına olmuşdur. Balakən rayonu Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X3na və onun ailə üzvlərinə 0.19 ha həyətyanı torpaq sahəsi və 0.91 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. X3 20 mart 2003-cü il tarixdə ölmüşdür. X8 ölümündən sonra ondan qalmış mirasın rəsmiləşdirilməsi ilə bağlı sənədlər hazırlayarkən ərizəçiyə məlum olmuşdur ki, X2 və onun bacısı X8 doğumları qeydə alınmadığına görə onların bacıqardaş olmasını müəyyən etmək mümkün olmamışdır. Bundan sonra o, X7 miras qalmış əmlakın rəsmiləşdirilməsi ilə bağlı Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisi təqdim olunmuş sənədlərdə X10 və X1 doğum haqqında akt qeydlərinin aşkar olunmadığını, ötürülmüş müddət bərpa olunduqdan və X8 Ərizəçi bibisi olması faktı sübut olunduqdan sonra irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinin mümkün olduğunu bildirərək, ərizəçiyə iris transmissiya üzrə vərəsəlik hüququna dair şəhadətnaməni verməkdən imtina etmişdir. Ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə təhqiqatı zamanı X10 və X8 öldüyü, ərizəçinin hazırki məsələnin məhkəmədən kənar qaydada həlli üçün Balakən regional «Asan xidmət» mərkəzində notariat ofisinə müraciət etməsi və bu müraciətin heç bir nəticə verməməsi səbəbindən mərhum X4 ilə X8 bacı-qardaş olmaqla bağlı qohumluq faktını təsdiq edən sənədləri başqa qaydada ala bilməməsi və bu faktın müəyyən edilməsinin ərizəçiyə bibisindən qalmış mirasdan irsi transmissiya üzrə pay almaq və bu məqsədlə həmin mirasa dair qanuni sənədlərin alınması üçün lazım olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri hüquqi əhəmiyyəti olan fakt kimi məhkəmə qaydasında müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin Qərarın 2.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Yenə də həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.3-cü maddəsinə əsasən üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.4-cü maddəsinə əsasən dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.5-ci maddəsinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.1-ci maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin miras paylarını müəyyənləşdirə bilər və ya hansı vərəsəyə hansı əmlakın verildiyini konkret göstərə bilər. Əgər vəsiyyətnamədə bu cür göstəriş yoxdursa, miras vərəsələr arasında bərabər bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1170.2-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə, lakin vəsiyyətnamədə yalnız bir vərəsənin payı müəyyənləşdirilmişdirsə, digər vərəsələr qalan əmlakı bərabər alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1171-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Ərizəçi X4 ilə X8 bacı-qardaş olması barədə qohumluq münasibətləri faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi Ərizə təmin olunsun. Ərizəçi X4 ilə X8 bacı-qardaş olması barədə qohumluq münasibətləri faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar