Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-58/2024 08.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı Balakən rayonu Hənifə kəndində yerləşən JN 0509 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmiş 509R planşet nömrəsində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçılara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdim: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Hənifə kəndində yerləşən JN 0509 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmiş 509R planşet nömrəsində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, iddiaçılara məxsus olan həmin torpaq sahəsinə sahib olması, ondan istifadə etməsinə yönəlmiş cavabdehin qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Hənifə kəndində yaşayırlar. İddiaçı2, Şabanova (Muquşova) Nişanə Əli qızına, X5, X6, X10 Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 509 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktına əsasən torpaq sahələri üç müxtəlif ərazilərdən verilmişdir. JN 0509 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 509R planşet nömrəsində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşadıqları ərazidən çox uzaq məsafədə yerləşdiyinə görə həmin torpaq sahəsini istifadə edə bilməmişlər. Buna görə də həmin torpaq sahəsini bir neçə il əvvəl Cavabdeh müvəqqəti istifadə etmək üçün vermişlər. Sonradan həmin torpaq sahəsini boşaltmasını ondan xahiş etmişlər.Bir müddət olar ki, Cavabdeh JN 0509 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 509R planşet nömrəsində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir.Hazırda həmin torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Cavabdehə həmin torpaq sahəsini boşaltması ilə bağlı müraciət etsələr də, cavabdeh torpaq sahəsini qanunsuz tutmaqda davam edir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında İddiaçı1, onun və digər İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf edərək göstərdi ki, İddiaçı2 və onun ailə üzvülərinə məxsus olan, Balakən rayonu, Hənifə kəndində yerləşən 0.76 ha torpaq sahəsi həqiqətən onun istifadəsindədir. Həmin torpaq sahəsi ona satılmışdır. Lakin rəsmi alqısatqı müqaviləsi bağlanmamışdır. Həmin yer bataqlıq olmuş, o, həmin sahəyə 40 maşın torpaq tökdürüb yararlı hala salmışdır. İddiaçılar onun çəkdiyi xərci ödəsələr o, həmin torpaq sahəsindən çıxmağa etiraz etmir. Qanuni qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0509 KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki,Balakən Rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2021-ci il tarixli 07 saylı qərarı ilə İddiaçı2, X5, X7, X10 və X11 Balakən rayonu Hənifə kəndi ərazisindən 1.78 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 21 sentyabr 2023-cü il tarixli 3-21-3-47/2-3418/2023 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, JN0509, KOD40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, X3, X4, X8 və X9 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Hənifə kəndində yerləşən 0.76 ha torpaq sahəsindən iddiaçılar naturada istifadə etməmişdirlər. Ancaq iddiaçıların mülkiyyətinə verilmiş 0.76 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya məlumat bazasında hüquqmüəyyənedici sənədlərə uyğun olaraq işlənmişdir. Balakən rayonu Hənifə kəndində yerləşən JN-0509, KOD 40102018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, X3, X4, X8 və X9 ümumi paylı mülkiyyətinə verilmiş 0.76 ha torpaq sahəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə edilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/6022 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur: Qərardadın 1-ci sualı üzrə: JN-0509,KOD40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, X3, X4, X8 və X9 ümumi paylı mülkiyyətində olan Balakən rayonu Hənifə kəndində yerləşən 0.76 ha torpaq sahəsindən iddiaçılar naturada istifadə etməmişdirlər. Ancaq iddiaçıların mülkiyyətinə verilmiş 0.76 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya məlumat bazasında hüquqmüəyyənedici sənədlərə uyğun olaraq işlənmişdir. Qərardadın 2-ci sualı üzrə: Balakən rayonu, Hənifə kəndində yerləşən JN-0509 KOD 40102018 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, X3, X4, X8 və X9 ümumi paylı mülkiyyətinə verilmiş 0.76 ha torpaq sahəsi Cavabdeh tərəfindən bütövlükdə istifadə edilir. Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin, məhkəmə iclasına gəlmiş iddiaçının, cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 nömrəli qərarı ilə iddiaçılar İddiaçı2 və Şabanova (Muquşova) Nişanə Əli qızının,habelə onların ailə üzvüləri- X12 , X13 , X8 birgə mülkiyyətinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.78 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 509 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktına əsasən torpaq sahələri üç müxtəlif ərazilərdən verilmişdir. JN 0509 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 509R planşet nömrəsində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur. İddiaçılar cavabdehdən torpaq sahəsinin boşaldılmasını tələb etsələr də cavabdeh bundan imtina edir. Nəticədə iddiaçıların mülkiyyət hüququ pozulur. Buna görə də iddiaçılar İddiaçı2 və X14 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Mülki Məcəllənin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, mübahisəli 0.76 ha torpaq sahəsinin iddiaçılar İddiaçı2 və X9 birgə mülkiyyətlərində olmasını, həmin torpaq sahəsinə cavabdehin heç bir hüququnun olmamasını, tələb edilməsinə baxmayaraq cavabdehin həmin torpaq sahəsindən çıxmamasını, eyni zamanda cavabdehin iddiaçının mülkiyyətində olan 0.76 ha hissəsini zəbt etməsini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisəli torpaq sahəsinin ona satılması barədə Cavabdeh etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.Müqavilədə tərəflərin hüquqları və vəzifələri,torpaq sahəsinin hüquqi statusu,öhdəliklər,məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.Cavabdeh mübahisəli torpaq sahəsini iddiaçılardan aldığını bildirsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə,həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ona görə də məhkəmə cavabdehin bu etirazını əsaslı hesab etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1, habelə onların ailə üzvüləri- X3, X4 və X8 birgə mülkiyyətinə verilmiş, Balakən rayonu Hənifə kəndində yerləşən, JN 0509 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 509R planşet nömrəsində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı,iddiaçılara məxsus olan həmin torpaq sahəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, İddiaçı2 tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh alınaraq İddiaçı2 verilməli, 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçılar İddiaçı2 və İddiaçı1,habelə onların ailə üzvüləri- X3, X4 və X8 birgə mülkiyyətinə verilmiş,Balakən rayonu Hənifə kəndində yerləşən, JN 0509 KOD 40102018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 509R planşet nömrəsində göstərilən 0.76 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılsın; iddiaçılara məxsus olan həmin torpaq sahəsinə sahib olmaları, ondan istifadə etmələrinə yönəlmiş Cavabdeh qərəzli hərəkətlərinə və qəsdlərinə son qoyulsun. 100 manat dövlət rüsumu xərci Cavabdeh alınaraq İddiaçı2 ödənilsin. 50 (əlli) manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-58/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-58/2024
08.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver