Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-586/2023 11.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəhbullah qızına və Cavabdeh2 qarşı qəsdə son qoyma, qapının açılması və cavabdehlərə məxsus əşyaların evdən çıxarılması tələbinə dair iddia üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızına və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Balakən rayonu, Hənifə kəndində yerləşən, ona məxsus fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 məxsus əşyaların cavabdehlərin öz hesabına evdən çıxarılması, qıfıllanmış qapının açılması və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, iş üzrə cavabdehlər onun mərhum qardaşının ailə üzvləridirlər. Cavabdehlər ilə aralarında Balakən Rayon Məhkəməsinin icraatında mülki iş olmuşdur. Balakən Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli 2(019)-32/2018 saylı qətnaməsinə əsasən torpaq sahəsində payları naturada ayrılmışdır. Balakən Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)- 64/2019 saylı qətnaməsinə əsasən Balakən rayonu, Hənifə kəndində yerləşən X8, İddiaçı, X2, Cavabdeh1, Cavabdeh4, X3 və Cavabdeh2 ümumbirgə mülkiyyətinə verilmiş 0.0407 ha həyətyanı torpaq sahəsindən iddiaçılar Cavabdeh1, Cavabdeh4, X6 və Cavabdeh2 4/7 hissə payları miqyası 1:5000 olan 3 saylı sxemdə göstərilən 0.0171 ha olmaqla sərhədləri 7.91; 17.29; 4.04; 7.48 və 18.14 metr ölçülər çərçivəsində olan dördbucaq şəkilli hissəyə ayrılmasına dair qətnamə qəbul edilmişdir. Mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsində qeydiyyata alınmasına dair müraciət etsə də DƏDRX imtina etmiş, sonuncunun hərəkətlərindən iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməyə müraciət etmişdir.Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2437/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən iddiası təmin olunmuşdur.xx.xx.2023-cü il tarixdə torpaq sahəsinə dair hüquqları DƏDRX-də qeydiyyata alınaraq çıxarış ilə rəsmiləşdirilmişdir. Çıxarışa əsasən mərhum anası X13 və o, torpaq sahəsində paylarının ümumbirgə, fərdi yaşayış evi isə anasının adına tam hissədə qeydiyyata alınmışdır. Mərhum anası X7 miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair Balakən rayon Notariat Ofisində vərəsəlik işi açılmış, ona torpaq sahəsi və fərdi yaşayış evinə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qalmış evdə cavabdehlərə məxsus əşyalar olduğu və cavabdehlər qapıları qıfılladıqları üçün evdən istifadə edə bilmir. Cavabdehlərə məxsus başqa yaşayış evi vardır və orada yaşayırlar. Cavabdehlərə fərdi yaşayış evinin boşaldılması və qapının açılmasına dair müraciət etməsinə baxmayaraq cavabdehlər evi boşaltmırlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə qorunan mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2022ci il tarixli e-2-1(116)-2437/2022 nömrəli qərarından görünür ki, həmin qərarla iddia təmin edilmiş, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 18 saylı Zaqatala Ərazi idarəsinin üzərinə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa düzəliş edilməsi, yəni sözügedən çıxarışda adları qeyd olunan –X5, Cavabdeh1, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı, Cavabdeh2 və Cavabdeh4 adlarının torpaq sahəsinə dair mülkiyyətçilər siyahısından çıxarılması və Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(107)-64/2019 saylı qərarına əlavə olunan 3 saylı sxemə əsasən torpaq sahəsi üzərində ümumbirgə mülkiyyət hüququnun mərhum X11 məxsus olması barədə arayışın verilməsi və sözügedən torpaq sahəsi üzərində İddiaçı ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla, yeni çıxarışın verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 04 may 2023-cü il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir ki, “Mən, Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 rayon notariat ofisi tərəfindən xx.xx.2016 tarixində təsdiq edilən və reyestrdə 2V-214 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş X8 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçıdır (AA*******,xx.xx.2021-Asan-Balakən FİNxxxxxxx, d/txx.xx.1971) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən xx.xx.2023 tarixdə X11 verilmiş **********12-10301 reyestr nömrəsi ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2i ünvanında yerləşən 0.0236 ha torpaq sahəsinin mərhuma məxsus hissəsindən və ümumi sahəsi 93.10 kv.m olan fərdi yaşayış evindən ibarətdir. -Real vaxt daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********CR34402 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2i ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X16 Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 0.0236 ha torpaq sahəsi X13 və İddiaçı adına ümumibirgə, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 93.10 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli kitabın 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əssında müəyyən edildi ki, cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 İddiaçı mərhum qardaşı Nəybullahın ailə üzvüləridir.Balakən rayonu, Hənifə kəndində yerləşən mübahisəli 0,0236 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 93,10 kv/m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdehlər özlərinə məxsus fərdi yaşayış evində yaşamalarına, iddiaçını mülkiyyətində olan evə heç bir hüquqlarının olmamasına baxmayaraq iddiaçının mülkiyyətində olan evdə özlərinə məxsus köhnə əşyaları saxlamaqla və qapını qıfıllamaqla iddiaçının öz mülkiyyətində olan evdən istifadə etməsinə imkan vermirlər.Cavabdehlər bu hərəkətləri ilə iddiaçının mülkiyyət hüququnu pozduqlarından sonuncu hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə işin hallarını,Balakən rayonu, Hənifə kəndində yerləşən , mübahisəli 0,0236 hektar həyətyanı torpaq sahəsində inşa olunmuş ümumi sahəsi 93,10 kv/m olan fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmasını, cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 həmin evə və torpaq sahəsinə heç bir hüquqlarının olmamasını, onların özlərinə məxsus fərdi yaşayış evində yaşamalarına, buna baxmayaraq cavabdehlərin iddiaçının mülkiyyətində olan evdə özlərinə məxsus köhnə əşyaları saxlamaqla və qapını qıfıllamaqla iddiaçının öz mülkiyyətində olan evdən istifadə etməsinə imkan verməmələrini,cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 bu hərəkətləri ilə iddiaçının mülkiyyət hüququnu pozduqlarından sonuncunun hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan, Balakən rayonu, Hənifə kəndində yerləşən ,mübahisəli 0,0236 hektar həyətyanı torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 93,10 kv/m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 əmlakarı onların özlərinin hesabına çıxarılmalı, onlar tərəfindən evin qıfıllanmış qapısı açılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən İddiaçı ödədiyi 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara qeyd edilən hüquq normalarına uyğun qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətində olan, Balakən rayonu, Hənifə kəndində yerləşən ,mübahisəli 0,0236 hektar həyətyanı torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 93,10 kv/m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 əmlakları onların özlərinin hesabına çıxarılmalı, onlar tərəfindən evin qıfıllanmış qapısı açılmalıdır. İddiaçı ödədiyi 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan, Balakən rayonu, Hənifə kəndində yerləşən ,mübahisəli 0,0236 hektar həyətyanı torpaq sahəsində inşa olunmuş, ümumi sahəsi 93,10 kv/m olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 əmlakları onların özlərinin hesabına çıxarılsın, onlar tərəfindən evin qıfıllanmış qapısı açılsın. 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh1, Cavabdeh4, İsakova (Əliqayeva) Günəş Nəybullah qızı və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-586/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-586/2023
11.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver