Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-605/2022 03.06.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə 31.08.2021-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 oğlu ilə 17.03.2011-ci il tarixdə nikahlarını Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində 275 sayla rəsmiləşdirməklə evlənmişlər. Cavabdehlə birgə nikahdan 23.01.2013-cü ildə X5, 18.09.2016-cı il tarixdə isə X6 adında iki uşaqları olmuşdur. O, cavabdeh Maraqlı şəxs1 ilə evləndikdən sonra Bakı şəhərində ona məxsus evdə yaşamışlar. 2 il olar ki, cavabdeh Maraqlı şəxs1 xidməti işi ilə bağlı Balakən rayonuna köçmüş və burada kirayədə yaşamağa başlamışlar. Lakin aralarında xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Aralarındakı nikah Balakən Rayon Məhkəməsinin 2(019)- 1179/2021 nömrəli, 08.12.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Uşaqların hər ikisi onun himayəsində qalmışdır. Aliment məbləğinin müəyyən olunması ilə bağlı mediatora müraciət etmişdir. Mediasiya prosesində Maraqlı şəxs1 ilə aliment məbləğinin təyin olunması ilə bağlı razılığa gəlmiş və bu barədə 15.10.2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən Maraqlı şəxs1 hər ay, hər uşaq üçün 130 manat cəmi 260 manat aliment ödəməli idi. Lakin cavabdeh Maraqlı şəxs1 barışıq sazişinin şərtlərini tam olaraq pozmuş və heç bir manat aliment ödənişi etməmişdir. Uşaqların maddi tələbatlarının ödənilməsinə kifayət qədər vəsait tələb olunmasına baxmayaraq, cavabdeh Maraqlı şəxs1 uşaqlarla maraqlanmır. Uşaqlar 6 və 9 yaşındadırlar, hər ikisi məktəbdə oxuyurlar onların təhsil xərcləri kifayət qədər çoxdur, onun hər hansı rəsmi və ya qeyri-rəsmi iş yeri yoxdur. Maraqlı şəxs1 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Eyni zaman barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 Nizami qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən 20 noyabr 2013-cü il tarixdə verilmiş AZ-İİİ nömrəli 209915 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 23.01.2013-cü ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 4 saylı Bakı “Asan Xidmət” X4 tərəfindən 14.10.2016-cı il tarixdə verilmiş AZ-İİİ nömrəli 854916 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 18.09.2016-cı ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 2(019)-1179/2021 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs1 arasında bağlanmış 17.03.2011-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində 275 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 23.01.2013-cü ildə anadan olmuş X5 və 18.09.2016-cı ildə anadan olmuş X6 anaları Ərizəçi yanında saxlanılması qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Mediasiya prosesinə xitam verilməsi barədə 15.10.2021-ci il tarixli protokoldan görünür ki, Ərizəçi və Maraqlı şəxs1 iştirakı ilə alimentin məbləğinin müəyyən olunması mübahisəsi ilə əlaqədar 15.10.2021-ci il tarixdə mediasiya prosesi həyata keçirilmiş, mediatorun təşəbbüsü ilə mediasiya prosesinə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 15.10.2021-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs1 alimentin məbləğinin müəyyən olunmasına razıdırlar, cavabdeh Maraqlı şəxs1 hər ay hər uşağa görə 130 manat aliment ödəməyə razılaşmışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə 17 mart 2011-ci ildə nikahlarını Bakı şəhəri Sabunçu rayonu Qeydiyyat Şöbəsində 275 sayla rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 23.01.2013-cü ildə X5, 18.09.2016-cı il tarixdə isə X6 adında iki uşaqları olmuşdur. Balakən Rayon Məhkəməsinin 08.12.2021-ci il tarixli, 2(019)-1179/2021 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulmuşdur. Aliment məbləğinin müəyyən olunması ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, mediasiya prosesində Maraqlı şəxs1 ilə Maraqlı şəxs1 Müslüm oğlunun hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment ödəməsi ilə bağlı razılığa gəlmiş və bu barədə 31.08.2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 həmin vaxtdan bu günədək barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış 31.08.2021-ci il tarixli barışıq sazişi təsdiq edilməli, 23 yanvar 2013-cü ildə anadan olmuş X1 və 18 sentyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs1 hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat, hər ay cəmi 260 manat aliment tutulub Ərizəçi verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış 31.08.2021-ci il tarixli barışıq sazişi təsdiq edilsin. 23 yanvar 2013-cü ildə anadan olmuş X1 və 18 sentyabr 2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs1 hər ay hər bir uşaq üçün sabit pul məbləğində 130 manat, hər ay cəmi 260 manat aliment tutulub Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-605/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-605/2022
03.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver