Məhkəmə qərarları › İş №e-2(019)-61/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-61/2023

02.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-61/2023 02.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh10, Cavabdeh1, Cavabdeh3, Mehdiyeva (Abdullayeva) Elmira Mamedovna, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11 və Cavabdeh7 qarşı Cavabdeh2, Cavabdeh6, Cavabdeh10, Cavabdeh1, Cavabdeh3, Mehdiyeva (Abdullayeva) Elmira Mamedovnanın, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh7, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh10, Cavabdeh1, Cavabdeh3, Mehdiyeva (Abdullayeva) Elmira Mamedovna, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh6, Cavabdeh10, Cavabdeh1, Cavabdeh3, Mehdiyeva (Abdullayeva) Elmira Mamedovnanın, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh7, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iddia tələbinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh10, Cavabdeh1, Cavabdeh3, Mehdiyeva (Abdullayeva) Elmira Mamedovna, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11 və Cavabdeh7 hazırki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini və iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcələnin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, Balakən Rayon Mənzil İstismar Müəssisəsi büdcə təşkilatı olduğu üçün hazırki iddianın qaldırılması üçün dövlət rüsumu ödəməmişdir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu öhdəməkdən azad olunurlar. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh10, Cavabdeh1, Cavabdeh3, Mehdiyeva (Abdullayeva) Elmira Mamedovna, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11 və Cavabdeh7 qarşı Cavabdeh2, Cavabdeh6, Cavabdeh10, Cavabdeh1, Cavabdeh3, Mehdiyeva (Abdullayeva) Elmira Mamedovnanın, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh7, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinə qaytarılmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259- 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh10, Cavabdeh1, Cavabdeh3, Mehdiyeva (Abdullayeva) Elmira Mamedovna, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11 və Cavabdeh7 qarşı Cavabdeh2, Cavabdeh6, Cavabdeh10, Cavabdeh1, Cavabdeh3, Mehdiyeva (Abdullayeva) Elmira Mamedovnanın, Cavabdeh8, Cavabdeh4, Cavabdeh5, Cavabdeh11, Cavabdeh7, onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter B kimi qeyd olunan binadakı mənzillərdən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinə qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar