Məhkəmə qərarları › İş №e-2(019)-612/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-612/2023

24.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-612/2023 24.07.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X9 katibliyi, iddiaçı və digər iddiaçılar X1 və X3 nümayəndəsi İddiaçı1 Məhəmməd qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 Məhəmməd qızının, X1, X3 Cavabdeh qarşı ünvan 1ində yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 1/4 hissədə paylarının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 Məhəmməd qızı, X4, X8 Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək ünvan 1ində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı1 Məhəmməd qızı,X4, X8 və Cavabdeh ümum birgə mülkiyyətinə verilmiş 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən hər birinin ¼ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 Məhəmməd qızı, X4, X8 iddialarını onunla əsaslandırmışlar ki, iddiaçılar İddiaçı1 Məhəmməd qızına, X2, X5 və Cavabdeh Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun tarixli 08 nömrəli qərarı ilə 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsindən Hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və Torpaq sahəsinin planı və ölçüsü sənədini almışlar. Lakin, Cavabdeh həmin torpaq sahəsindən onları istifadə etməyə, onların payının ayrılmasına etiraz edir. Odur ki, ünvan 1ində yerləşən Balakən rayonu Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılar İddiaçı1 Məhəmməd qızı, X4, X8 və Cavabdeh ümumbirgə mülkiyyətinə verilmiş 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində hər birinin ¼ hissədə payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar X1 və X3 nümayəndəsi İddiaçı1 Məhəmməd qızı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş,gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1765 KOD 40108018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə ünvan 1i ərazisindən İddiaçı1 Məhəmməd qızına, X2, X6 və X7 0.71 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçı və digər iddiaçıların nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 Məhəmməd qızına, X2, X5 və Cavabdeh ünvan 1i ərazisindən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçılar öz paylarının müəyyən edilməsini istəyir, cavabdeh isə torpaq sahəsindən iddiaçıların payının müəyyən edilməsinə etiraz edir. Ona görə də iddiaçılar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarını müvafiq qiymətləndirməklə hesab edir ki, iddia təmin edilməli,iddiaçılar İddiaçı1 Məhəmməd qızının, X1, X3 və Cavabdeh ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə İddiaçı1 Məhəmməd qızının, ¼ hissəsinə iddiaçı X1 və¼ hissəsinə iddiaçı X3 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən İddiaçı1 Məhəmməd qızı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı1 Məhəmməd qızına ödənməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 Məhəmməd qızının, X1, X3 və Cavabdeh ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 0.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¼ hissəsinə İddiaçı1 Məhəmməd qızının, ¼ hissəsinə iddiaçı X1 və¼ hissəsinə iddiaçı X3 payları müəyyən edilsin. 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı1 Məhəmməd qızına ödənsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar