Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-629/2022 14.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi, İddiaçı, Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə tikdikləri evə köçürülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayonu Talalar kəndində yerləşən, Cavabdeh ilə birgə nikah dövründə ümumi vəsaitləri hesabına tikdirdikləri 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə iki uşağıxx.xx.2006-cı ildə doğulmuş X15 və xx.xx.2008-ci ildə doğulmuş X16 ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X12 cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə 28 dekabr 2004-cü ildə qeyri-rəsmi nikahla evlənmişdir. Nikahlarını 15 iyul 2009-cu ildə Balakən Rayon Qeydiyyat Şöbəsində 135 sayla rəsmiləşdirmişlər. Cavabdehlə evliliklərindən xx.xx.2006-cı ildə X15 və xx.xx.2008-ci ildə X16 adında iki uşaqları olmuşdur. O, Cavabdeh ilə evləndiyi ilk vaxtlardan ailə münasibətləri heç də yaxşı olmamışdır. Xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə dəfələrlə aralarında narazılıqlar yaranmış, lakin uşaqların xatirinə bir yerdə yaşamışlar. Ailə münasibətləri zəminində aralarında mübahisə olduğuna görə 2020-ci ilin iyun ayının sonlarından ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(019)-726/2020 saylı qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuşdur. O, Cavabdeh ilə evlənərkən cavabdehin anası X3 adına olan evə gəlin köçmüşdür. 2014-cü ildə cavabdehlə ümumi vəsaitləri hesabına həmin təsərrüfatda 1 mərtəbəli üç otaqlı fərdi yaşayış evi inşa edərək ora köçüb yaşamışlar. 2020-ci ilin avqust ayında cavabdeh onu iki uşağı ilə birlikdə birgə nikah dövründə ümumi vəsaitləri hesabına tikdirdikləri evdən çıxartmışdır. Qeyd etmək istəyir ki, o, dəfələrlə birgə nikah dövründə tikdikləri evlərinə qayıdıb orada yaşamağa cəhd göstərsə də, Cavabdeh onu uşaqları ilə birlikdə evə buraxmamış və ora qayıdıb yaşamağına maneçilik törətmişdir. Başqa yerdə yaşamağa şəraiti və imkanı yoxdur. Hal-hazırda tikdikləri ev heç kimin mülkiyyətində deyildir. Buna görə də göstərilən tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək izahatında göstərdi ki, o, 2004cü ildə İddiaçı ilə evlənmiş,15 iyul 2009-cu ildə rəsmi nikah bağlamışlar. Birgə nikahlarından xx.xx.2006-cı ildə X15 və xx.xx.2008-ci ildə isə X16 adında iki uşaqları olmuşdur. Xasiyyətləri uyğun gəlmədiyinə, Sünbül Cəyizadə ona xəyanət etdiyinə görə ayrılmışlar. Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, birgə nikahdan olan uşaqlarının İddiaçı yanında saxlanmaları, uşaqların saxlaması üçün ondan hər ay hər bir uşaq üçün 130 manat sabit pul məbləğində alimentin alınıb iddiaçının xeyrinə verilməsi qət edilmişdir. Onlar ailə qurarkən anası Sona Mahamayevaya məxsus evdə yaşamışlar. Bir neçə il orada yaşayandan sonra gedib dörd il kirayədə yaşamışlar. 2014-cü ildə müvəqqəti olaraq anasının kredit alaraq tikdirdiyi yeni evdə qalmışlar. 2020-ci ilin iyun ayında Sünbüllə ayrılmışlar və Sünbül uşaqları da götürüb atası evinə getmişdir. Hazırda iddiaçı uşaqları ilə birlikdə öz atası evində yaşayır. İddiaçının köçüb yaşamaq istədiyi ev və evin yerləşdiyi torpaq sahəsi anasına məxsusdur. İddiaçı ilə birgə nikah dövründə ev tikdirməmişdir. Özünün evi yoxdur. Buna görə, həmçinin ona xəyanət etdiyinə görə iddiaçının həmin evə köçürülməsinə etiraz edir. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 məhkəmə iclasında göstərdi ki, oğlu- Cavabdeh İddiaçı ilə 2004-cü ildə evlənmiş və birgə nikahlarından iki uşaqları vardır. İddiaçı onun evinə gəlin köçmüş, Xaqani ilə Sünbül bir müddət onun evində yaşayandan sonra gedib kirayədə yaşamışlar. Ona məxsus ev zəlzələ zamanı yararsız vəziyyətə düşmüş, buna görə də o, həyətində yeni 3 otaqlı ev tikdirmişdir. Həmin ev hələ də tam hazır deyildir. Xaqani arvadı Sünbüllə 2014-cü ildə müvəqqəti olaraq həmin evə köçmüşlər. 2020-ci ilin iyun ayında isə onlar ayrılmışlar və Sünbül Cəyiyeva uşaqları da götürüb atası evinə getmişdir. Hazırda həmin evdə beş nəfər ailə üzvləri ilə birlikdə özü yaşayır.İddiaçı ilə oğlu Xaqani arasında bağlanmış nikah pozulmuşdur. Onlar iddiaçının həmin evə köçürülməsinə etiraz edirlər. İddiaçı ilə onların eyni evdə yaşamaları mümkün deyildir. İddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 iyul 2009-cu il tarixdə verilmiş AZ-İ seriyalı 500661 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah Balakən rayon Qeydiyyat şöbəsində 15 iyul 2009-cu il tarixdə 135 nömrə ilə qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 iyul 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 301296 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 22 yanvar 2006-cı ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən 15 iyul 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 301250 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 24 iyun 2008-ci ildə anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçı göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İHB-nın Talalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 71 nömrəli arayışda göstərilmişdir ki, Talalar kənd sakini İddiaçı 2009-cu ilin iyul ayında Talalar kənd sakini Cavabdeh ilə rəsmi evlənmiş, qaynanası X3 evinə gəlin köçmüşdür. 2014-cü ildə X3 təsərrüfatına məxsus torpaqda 3 otaqlı yeni ev tikilmiş və həmin evə köçmüşlər. Birgə evliliklərindən xx.xx.2006-cı ildə uşaqları X15 və xx.xx.2008-ci ildə X16 dünyaya gəlmişdir.2020-ci ilin dekabr ayında İddiaçı Cavabdeh rəsmi olaraq ayrılmışdılar. İddiaçı deməsinə görə 2020-cu ilin avqust ayında yaşadığı evdən uşaqları ilə birlikdə çıxarılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(019)-726/2020 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 iyul 2009-cu il tarixdə Balakən rayonu Qeydiyyat Şöbəsində 135 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahından olan uşaqları -xx.xx.2006-cı ildə anadan olmuş X15 və xx.xx.2008-ci ildə anadan olmuş X5 anaları İddiaçı yanında saxlanmaları, 31 avqust 2020-ci il tarixdən başlayaraq xx.xx.2006-cı ildə anadan olmuş X6 və xx.xx.2008-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi, iddianın qalan hissədə təmin ediməməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-777F, KOD-40113018 olan Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə X9, X10, X13, X7 və X14 Balakən rayonu Talalar kəndi ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı 28 dekabr 2004-cü il tarixdə Cavabdeh ilə evlənmiş və sonuncunun valideynlərinə məxsus olan, Balakən Rayonu Talalar kəndində olan evə gəlin köçmüşdür. Onlar nikahlarını 15 iyul 2009-cu ildə Balakən rayon Qeydiyyat Şöbəsində 135 nömrə ilə rəsmiləşdirmişlər.Tərəflərin birgə nikahlarından xx.xx.2006-cı ildə X15, xx.xx.2008-ci ildə X16 adında iki uşaqları doğulmuşdur. İddiaçı Cavabdeh ilə birlikdə qaynanası X3 adına olan evdə bir neçə il yaşayandan sonra köçüb kirayədə yaşamışlar.Onlar dörd il kirayədə yaşayandan sonra 2014-cü ildə Sona Mahamayevanın həyətində yeni tikilmiş, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış üç otaqlı evə köçüb orada yaşamağa başlamışlar. Aralarındakı narazılığa görə 2020-ci ilin iyun ayının sonunda ayrılmışlar və İddiaçı uşaqlarını da götürüb atası evinə getmişdir. O,vaxtdan da o atası evində yaşayır. Balakən Rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 2(019)-726/2020 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş və uşaqların hər ikisinin iddiaçının yanında saxlanmaları və uşaqların saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 130 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə qayıdıb orada yaşamaq istəyir, lakin onu evə buraxmırlar. Ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı Balakən rayonu Talalar kəndində yerləşən mübahisəli evin 2014-cü ildə onun və əri Cavabdeh birgə vəsaiti ilə inşa olunduğunu iddia edərək həmin evə köçürülməsini xahiş etmişdir. İddiaçı sözügedən evin birgə nikah dövründə özünün və əri Cavabdeh birgə əmlakı hesabına tikildiyini iddia etsə də bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Əksinə məhkəmə iclasında Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sona Mahamayeva göstərdilər ki, İddiaçı göstərdikləri yalandır, həmin evi Sona Mahamayeva tikdirmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, həmin ev Sona Mahamayevanın yaşadığı ev zəlzələ nəticəsində yararsız hala düşdükdən sonra inşa olunmuşdur,ev Sona Mahamayevanın adına olan təsərrüfatda, onun və uşaqlarının ümumi birgə mülkiyyətində olan 0.07 ha həyətyanı torpaq sahəsində tikilmişdir. İddiaçı isə həmin evə köçənə kimi dörd il kirayədə yaşamışdır. İşin qeyd edilən hallarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, mübahisəli ev Sona Mahamayevaya məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsi mülkiyyətçi olmasa da, əmlaka sahiblik hüquqlarını mülkiyyət hüquqları kimi qeyd edir. İnsan Hüquqlarının və X11 Haqqında Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, “hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.” “Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqe ondan ibarət olmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. “F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarına əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələbləri əhatə edir. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da evin sahibi Sona Mahamayevanın həmin əmlaka “gözlənilən mülkiyyət hüququ” vardır. İddiaçı azyaşlı uşaqları ilə birlikdə sözügedən evə köçürülmələri barədə iddia tələbinin qanuniliyi və əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi mübahisəli evdən istifadə ilə bağlı tərəflər arasındakı hüquq münasibəti 2014-cü ildə yaranmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mübahisəli yaşayış evindən istifadə edilməsi ilə bağlı münasibətlər 2014-cü ildə yarandığından hazırkı mübahisəyə qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir.Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, mübahisəli evin Cavabdeh deyil, onun anası Sona Mahamayevaya məxsus olmasını, İddiaçı Sona Mahamayevanın ailə üzvü olmadığından onun mübahisəli evdə yaşayış hüququnun olmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.Məhkəmə iddianın təmin olunmaması nəticəsinə gəldiyi üçün həmçinin hesab edir ki, hazırki iddianın qaldırılması üçün İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə tikdikləri evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-629/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-629/2022
14.09.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver