Məhkəmə qərarları › İş №e-2(019)-634/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-634/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-634/2022 21.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi,məhkəmə iclas katibi X2 katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə məxsus 1913.47 (bir min doqquz yüz on üç manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaitinin, habelə 39.14 (otuz doqquz manat on dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 1952.61 (bir min doqquz yüz əlli iki manat altmış bir qəpik) manat pul məbləğinin X1 alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, o, xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə kimi İddiaçı MMC-də Sürücü vəzifəsində işləmişdir. Cavabdeh X3 İddiaçı MMC-də çalışdığı müddət ərzində İddiaçı MMC (müəssisə) ilə üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqavilələri əsasında satılan mallara görə ödənilmiş pul məbləğlərini satış nöqtələrindən toplasa da, topladığı pulların 1913.47 (bir min doqquz yüz on üç manat qırx yeddi qəpik) hissəsini Müəssisənin kassasına ödəməmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da, onun Müəssisəyə ümumilikdə 1913.47 (bir min doqquz yüz on üç manat qırx yeddi qəpik) borcu yaranmışdır. Cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli Mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə görə, cavabdeh borclu olduğu pul məbləğini xx.xx.2021-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürmüş, lakin bu günədək heç bir ödəniş etməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Bu səbəbdən də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçı MMC-nin prezidenti S.H.Abbasov məhkəməyə ərizə göndərərək xx.xx.2022-ci il tarixə saat 09:45-ə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəklərini nəzərə alıb məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.4-cü maddələrinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 06012021 nömrəli mövcud borcun etirafı haqqında Mücərrəd müqavilədə göstərilmişdir ki, bir tərəfdən İddiaçı, prezident X4 şəxsində (bundan sonra kreditor) və digər tərəfdən Balakən rayonu Kortala kəndində qeydiyyatda olan İddiaçı MMC-nin sürücüsü Cavabdeh (bundan sonra borclu) birlikdə “tərəflər” adlandırılacaq bu müqaviləni aşağıdakı şərtlərlə bağladılar; Tərəflər etiraf edərək qəbul etdilər ki, “Kreditor”a ödənilməsi üçün “Borclu”ya verilmiş pul vəsaitinin verilməsi nəticəsində “Borclu”nun “Kreditor”a 1913,47 ( bir min doqquz yüz on üç manat qırx yeddi qəpik) manat məbləğində borcu yaranmışdır. “Borclu” bu müqavilənin 1-ci maddəsində qeyd olunan borc məbləğinin həqiqiliyini və mübahisə edilməzliyini etiraf edir və qəbul edir ki, borc məbləği xx.xx.2021-ci il tarixədək öz hesabına tam qaydada və ya hissə-hissə hər ay 319 (üç yüz on doqquz) manat “Kreditor”a nağd qaydasında tam ödəyəcəkdir. “Kreditor” ilə “Borclu” arasında əmək müqaviləsinə xitam verilməsi borcun ödənilməsindən azad olunma üçün əsas deyildir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Cavabdeh tərəfindən İddiaçı MMC-nin prezidenti Ceyhun Abbasova ünvanlanmış ərizədə göstərilmişdir ki, ” İddiaçı MMC ilə onun arasında bağlanan “mücərrəd borcun etirafı barədə Müqavilə”yə əsasən cəmiyyətə 1913.47 (bir min doqquz yüz on üç manat qırx yeddi qəpik) manat borcum yaranmışdır. İddiaçı MMC-yə olan borcumu etiraf edirəm və tam şəkildə ödəməyi öhdəmə götürürəm. Üzərimə düşən öhdəliyi vaxtında icra etmədiyim halda, qanunda məsuliyyət daşımağa hazıram. Ərizəni mənə heç bir təsir olmadan özüm yazdım, yazılanları imzamla təsdiq edirəm” . Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, cavabdeh xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixinə qədər İddiaçı MMC-də Sürücü vəzifəsində işləmişdir. Cavabdeh İddiaçı MMC-də çalışdığı müddət ərzində İddiaçı MMC ilə üçüncü şəxslər arasında bağlanmış alqı-satqı müqavilələri əsasında satılan mallara görə ödənilmiş pul məbləğlərini satış nöqtələrindən toplasa da, topladığı pulların 1913.47 (bir min doqquz yüz on üç manat qırx yeddi qəpik) hissəsini Müəssisənin kassasına ödəməmiş və şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla da, onun Müəssisəyə ümumilikdə 1913.47 (bir min doqquz yüz on üç manat qırx yeddi qəpik) manat borcu yaranmışdır. Cavabdeh borcun etirafı haqqında mücərrəd müqaviləyə görə,borclu olduğu pul məbləğini xx.xx.2021-ci il tarixinədək ödəməyi öz öhdəsinə götürmüş, lakin bu günədək heç bir ödəniş etməmişdir. Odur ki, iddiaçı “Avrora" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1913.47 manat borc və ödənilmiş 39.14 manat dövlət rüsumu-cəmi 1952.61 (bir min doqquz yüz əlli iki manat altmış bir qəpik ) manat pul məbləği alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 1913.47 manat borc və ödənilmiş 39.14 manat dövlət rüsumu xərci -cəmi 1952.61 (bir min doqquz yüz əlli iki manat altmış bir qəpik ) manat pul məbləği alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar