Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-64/2023 02.06.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X3 qarşı Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter C kimi qeyd olunan binadakı mənzillərdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsi cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh5, Cavabdeh7,Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X2,onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter C kimi qeyd olunan binadakı mənzillərdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin nümayəndəsi Nümayəndə3 məhkəməyə ərizə ilə müraciət edərək, hazırki iddia ərizəsi və əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iddia tələbinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X4 hazırki işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiklərini və iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, Balakən Rayon Mənzil İstismar Müəssisəsi büdcə təşkilatı olduğu üçün hazırki iddianın qaldırılması üçün dövlət rüsumu ödəməmişdir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu öhdəməkdən azad olunurlar. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X3 qarşı Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter C kimi qeyd olunan binadakı mənzillərdən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinə qaytarılmalı və iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259- 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinin cavabdehlər Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X3 qarşı Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, X1 onlarla yaşayan ailə üzvlərinin və digər şəxslərin Balakən rayonunun Mahamalar kəndində yerləşən, liter C kimi qeyd olunan binadakı mənzillərdən çıxarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçı Balakən Rayon Mənzil İstismar Müəssisəsinə qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-64/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-64/2023
02.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver