Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-644/2023 06.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, onun vəkili Vəkil1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı torpaqdan çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,2685 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun Balakən rayonu Qazma kəndində 1,2685 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarış da verilmişdir. Lakin o, sözügedən torpaq sahəsindən istifadə edə bilmir, çünki həmin torpaq sahəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur. Dəfələrlə tərəfindən cavabdehlərə şifahi olaraq xəbərdarlıq edilmişdir, lakin nəticəsi olmamışdır.Cavabdehlər öz qanunsuz hərəkətləri ilə onun mülkiyyət hüququnu pozurlar. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 iddianı etiraf etməyərək göstərdi ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Qazma kəndində yerləşən 1,2685 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə İddiaçı qohumdurlar,Balakən rayonu Qazma kəndində yaşayır. xx.xx.2018ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 adına, xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əsasən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.Tərəflərin mülkiyyətinə Balakən rayonu, Qazma kəndi ərazisindən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələri həmin ərazidə vətəndaşların ümumilikdə istifadə etdikləri torpaq sahələri hüquqmüəyyənedici sənədlərdə göstərilən cizgilərə uyğun olmayan ölçülərlə istifadə olunur. Həmin ərazidə vətəndaşların naturada istifadə etdikləri torpaq sahələri ilə hüquqmüəyyənedici sənədlər arasında kəskin konfiqurasiya fərqləri mövcuddur. Bu səbəbdən Cavabdeh2 və Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın qismən,həmin çıxarış əsasında verilmiş plan-ölçü sənədinin kordinatlarının 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 və Cavabdeh1 istifadəsində olan 0,67 ha hissəsində ləğv edilməsi,cavabdehin üzərinə Balakən rayonu Qazma kəndində yerləşən reyestr nömrəsi **********78 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin, reyestr nömrəsi **********58 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarının iddiaçıların faktiki istifadələrində olan torpaq sahələrinə uyğunlaşdıraraq 1.40 ha və 0.3350 ha torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Hazırda iş 2-1(116)-3365/2023 nömrə ilə Şəki İnzibati Məhkəməsinin icraatındadır. Yəqin ki, İnzibati Məhkəmənin qərarı ilə mövcud nöqsanlar aradan qaldırılacaqdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 102 nömrəli reyestr kitabının 50 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 0.3350 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 70 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində Cavabdeh2 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Qazma kəndi ərazisində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr publik hüquqi şəxsi 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş 19 oktyabr 2023-cü il tarixli 3-21-3-47/2-3864/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın planı və ölçüsü sənədinin koordinatlarına əsasən Balakən rayonu,Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yeri müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi idarəsi tərəfindən verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Balakən rayonu, Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təiynatlı torpaq sahəsinin 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunan vəziyyəti və ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 oktyabr 2023-cü il tarixli 3-16-16/2-10/6321 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinin yerquruluşu üzrə mühəndisi Eldar Həsilovun tərtib etdiyi 19 oktyabr 2023-cü il tarixli,3-21-3-47/2-3864/2023 saylı mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən edilmişdir; Qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı ərazi İdarəsi tərəfindən verilmiş hüquqdların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Balakən rayonu, Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yeri naturada müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Balakən rayonu Qazma kəndində yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunur. İddiaçı xüsusi mülkiyyətində olan 1.2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsininin 0.67 ha hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən istifadə olunan vəziyyətdə və ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehlərin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib,işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində onun Balakən rayonu Qazma kəndi ərazisində 1,2685 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydə alınmışdır.Həmin torpaq sahəsinin 0,67 hektar hissəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. Onlar, iddiaçının öz mülkiyyətində olan torpaq sahəsindən istifadə etməsinə imkan vermirlər. Odur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,2685 ha torpaq sahəsinin 0,67 hektar hissəsindən (ekspert rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən qaydada ) çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ödənməli, dövlət rüsumu xərcinin 50 manatı isə İddiaçı özünə aid edilməlidir. 100 (bir yüz) manat ekspertiza xərcinin 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 50 manatı İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyətində olan Balakən rayonu Qazma kəndində yerləşən 1,2685 ha torpaq sahəsinin 0,67 hektar hissəsindən (ekspert rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilən qaydada) çıxarılsınlar.İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulub İddiaçı ödənsin. Dövlət rüsumu xərcinin 50 manatı İddiaçı özünə aid edilsin. 100 (bir yüz) manat ekspertiza xərcinin 50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 50 manatı İddiaçı tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********,X2,Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-644/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-644/2023
06.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver