Məhkəmə qərarları › İş №e-2(019)-644/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-644/2025

25.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-644/2025 25.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, onların və digər İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X14 qəyyumu Cavabdeh2 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh2 qarşı miras əmlakın onu qəbul etmiş vərəsələr arasında bölüşdürülməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2013-cü ildə vəfat etmiş mərhum X15 və xx.xx.2013cü il tarixdə vəfat etmiş X7 qalmış miras əmlakların irsi transmissiya qaydasında onu qəbul etmiş vərəsəsi X34 vasitəsi ilə qanun üzrə vərəsəlik zamanı onlara çatacaq 1/3 hissə miras payının müəyyən edilməsi, miras əmlakların onu qəbul etmiş vərəsə arasında bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iddialarını onunla əsaslandırmışlar ki, İddiaçı2 X34 ilə Balakən rayon Qeydiyyat Şöbəsində xx.xx.1992-ci ildə 135 nömrə ilə qeyd edilməklə rəsmi nikahla evlənmişlər. Birgə nikahlarından üç övladları olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə X16, İddiaçı2, X35, X36 və X37 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 854A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin torpaq sahəsində X21 məxsus 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 82.30 kv/m-dən ibarət fərdi yaşayış evi vardır. X34 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra ondan miras qalmış əmlakları onlar qəbul edərək 0.06 həyətyanı torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə hər birinin 1/4 hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda bildirirlər ki, onlara məxsus olan 0.06 ha torpaq sahəsinə bitişik mərhum X16 atası X17, X10na, qardaşı X18, bacıları X22 və X23 məxsus 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində X11 məxsus 1960-cı ildə tikilmiş, ümumi sahəsi 56.5 kv/m-dən ibarət fərdi yaşayış evi vardır. X11 və ailə üzvlərinə məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsinə JN 858A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir.X21 və atası X11 məxsus olan torpaq sahələri eyni həyətdə qapalı sərhəd daxilində yerləşir. X41 xx.xx.2013-cü ildə, X24 isə xx.xx.2013-cü ildə vəfat etmişdirlər. Onların vəfatından sonra onlara məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini mərhum X34 və onun ailə üzvləri olan iddiaçılar istifadə etmişlər, mərhumların dəfnlərini təşkil etmiş, X28 və X11 məxsus olan miras əmlakı idarə etmişlər. X34 xx.xx.2022-ci il tarixdə ölmüş, onun ölümündən sonra və hazırki vaxtadək həmin torpaq sahələrindən onlar istifadə edirlər. X4 və mərhum X9 övladı olan X29 atası X9 təsərrüfatından 1984-cü ildən çıxmış, həmin tarixdən Ukraynada yaşayır və həmin ölkənin vətəndaşıdır.X22 və X38 isə anadangəlmə əqli cəhətdən xəstədirlər, 2024-cü ilədək onlara özləri baxmışlar. Bir ildən artıqdır ki, onlar Cavabdeh2 himayəsində yaşayırlar. X28 və X11 məxsus olan miras əmlaklar üzrə vergilər X34 tərəfindən ödənilmişdir. xx.xx.2025-ci il tarixdə Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə X4 mirasına vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdirlər. Balakən Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin notariusu Səbuhi Məmmədov onlara arayış təqdim edərək göstərmişdir ki, mirasın bölüşdürülməsi ilə əlaqədar vərəsələr arasında ixtilaflar olduğuna görə mirasın bölüşdürülməsi ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Qeyd etmək istəyirlər ki, X28 və X11 məxsus olan miras əmlakları irsi transmissiya qaydasında qəbul etdiklərindən, X22 və X38 isə anadangəlmə əqli cəhətdən xəstə olduqlarından, digər vərəsələr olan Cavabdeh2 1986-cı ildən həmin təsərrüfatdan çıxdığından, X29 isə 1984-cü il tarixdən həmin təsərrüfatdan çıxdığından, miras əmlakı irsi transmissiya qaydasında iddiaçılar, X22 və X38 qəbul etdiyindən miras əmlakların 1/3 hissəsinə onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməli və miras əmlaklar onu qəbul etmiş vərəsələr olan iddiaçılar, X22 və X38 arasında bölüşdürülməlidir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı3 iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı2,İddiaçı1 və İddiaçı3 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X14 qəyyumu Cavabdeh2 iddianı qismən etiraf edərək izahatında göstərdi ki, iddiaçılardan İddiaçı2 mərhum qardaşı Nizaminin arvadı, İddiaçı1 və İddiaçı3 isə onun uşaqlarıdır. Onlar ailədə üç bacı, iki qardaş olmuşlar. X1 və X14 fəaliyyət qabiliyyətləri olmadığından o, bacılarının qəyyumu təyin olunmuşdur. Qardaşı Ramazan valideynlərinin sağlığından Ukrayna Respublikasında yaşayır, oranın vətəndaşıdır. O, ailə quraraq özlərinə məxsus evdə yaşayır. Qardaşı Nizaminin evi və həyəti valideynlərinə məxsus həyətə bitişikdir və ölənə kimi ailə üzvüləri ilə həmin evdə yaşamışdır. X10 xx.xx.2013-cü ildə, atası X24 isə xx.xx.2013-cü ildə ölmüşdürlər. Onların ölümündən sonra valideynlərinə məxsus olan evdə bacıları X22 və X38 yaşamışlar. O, da həftədə ən azı bir dəfə gəlib onlara baxmışdır. Nizami ölənə kimi iddiaçılarla onun arasında heç bir narazılıq olmamışdır. Nizami öldükdən sonra iddiaçılarla onun arasında torpaqla bağlı narazılıq olmuşdur. İddiaçılar valideynlərinə məxsus əmlakdan pay istəyirlərsə, onun da , qardaşı Ramazanın da payı verilməlidir. Qeyd etdikləri nəzərə alınmaqla qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər -Balakən Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X47, X50 və X39 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddələrinə uyğun olaraq onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 910 nömrəli arayışda göstərilmişdir ki, Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X7 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X21 qalmış mirasa dair irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar İddiaçı2 müraciət etmişdir. Eyni zamanda mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsə ilə aralarında ixtilaflar mövcud olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşqürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 898 nömrəli arayışda göstərilmişdir ki, Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinə xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum X19 xx.xx.2022-ci il tarixdə vəfat etmiş X21 qalmış mirasa dair irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar İddiaçı2 müraciət etmişdir. Eyni zamanda mirasın bölüşdürülməsi ilə əlaqədar digər vərəsə ilə aralarında ixtilaflar mövcud olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşqürülməsi haqqında ixtilaflar olduqda mübahisəyə məhkəmə baxır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 25 aprel 2025-ci il tarixdə verilmiş 584 nömrəli arayışda göstərilmişdir ki, “verilir Balakən şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən həmin arayış İddiaçı2 ondan ötrü ki, ünvan 1 ünvanda JN-858A saylı lorpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X11, X28, X52 qızına, X12 və X23 məxsus 0.10 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1960-cı ildə tikilmiş ümumi sahəsi 56.5 kv/m-dən ibarət fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinə bitişik X9 oğlu X34 və ailə üzvlərinə məxsus JN-854A saylı Torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnaməyə əsasən 0.06 ha həyətyanı torpaq sahəsi yerləşir. X41 26 fevral 2013-cü ildə, X51 oğlu xx.xx.2013-cü ildə vəfat etmişdir. Onların vəfatından sonra onlara məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsini və onun üzərində yerləşən fərdi yaşayış evini X34 və onun ailə üzvləri istifadə etmiş, onların dəfnlərini təşkil etmiş, həmin miras əmlakı idarə etmişlər. X34 xx.xx.2022-ci ildə vəfat etmiş, onun ölümündən sonra və hazırki vaxtadək həmin torpaq sahələrindən X16 ailə üzvləri istifadə edirlər.Mərhum X24 və X25 övladı olan X6 Nəbiyullah Mütəllib oğlunun təsərrüfatından 1984-cü İldən çıxmış, İddiaçı2 bildirdiyinə görə həmin tarixdən Ukraynada yaşayır. X22 və X38 isə anadangəlmə əqli cəhətdən xəstədirlər. Bir ildən artıq müddətdir ki, Cavabdeh2 himayəsində yaşayırlar. Hazırda mərhum X24 və X25 mirası ilə bağlı vərəsələr arasında mübahisə vardır”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 sentyabr 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 613843 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 30 iyul 2013-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 12 mart 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 607693 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X41 26 fevral 2013-cü il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 314 nömrəli arayışda gösərilmişdir ki, mərhum X41 vəfat etdiyi xx.xx.2013-cü il tarixə ünvan 2 ünvanda daimi qeydiyyatda olmuş, mərhumun vərəsələri; yoldaşı X24, oğlu X29, qızı Cavabdeh2, qızı X22, qızı X38 və oğlu X26r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon İcra Hakimiyyəti Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 309 nömrəli arayışda gösərilmişdir ki,mərhum X24 vəfat etdiyi xx.xx.2013-cü il tarixə ünvan 2 ünvanda daimi qeydiyyatda olmuş, mərhumun vərəsələri; yoldaşı X41, oğlu X29, qızı Cavabdeh2, qızı X22, X38 və oğlu X26r. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən 01 mart 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 251940 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş keçmiş Zaqatala rayonu Qazma kənd soveti tərəfindən 23 aprel 1964-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X34 23 mart 1964-cü ildə anadan olmuş, atası X24, X10 göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən 11 avqust 1992-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X30 arasında 11 avqust 1992-ci il tarixdə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0565 ha torpaq sahəsini ¼ hissəsi X35,1/4 hissəsi İddiaçı3,1/4 hissəsi X37 və ¼ hissəsi İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyesterində 35 nömrəli reyestr kitabının 75 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan JN-854 A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar islahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə X31, İddiaçı2, X42, X43 və X44 Balakən şəhəri ərazisindən 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan JN-858A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 nömrəli qərarı ilə X11, X28, X18, X12 və X23 Balakən şəhəri ərazisindən 0.10 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2025-si il tarixdə verilmiş hüquqların Dövlət Qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən şəhəri Məhəmməd Fizuli küçəsi ev- Yeni qaydalarla AZ0800, ünvan 5, 0.10 ha torpaq sahəsi X25,X13,X8, X14 və X9 adına ümumi birgə mülkiyyət hüququ ilə, fərdi yaşayış evi tam olaraq X9 adına daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçıların, onların nümayəndəsi-vəkilinin və cavabdehin izahatlarını dinləyib,işdə olan sənədlərə baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları aydınlaşdırılarkən müəyyən edildi ki, İddiaçı2 digər iddiaçılar İddiaçı1, İddiaçı3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 anasıdır. İddiaçı2 X34 ilə xx.xx.1992-ci ildə evlənmiş, nikahları Balakən rayon Qeydiyyat şöbəsində 135 nömrə ilə qeyd alınmışdır. Onların Nuranə, Rəvanə və İsmayıl adlı üç uşaqları olmuşdur. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 02 nömrəli qərarı ilə X16, İddiaçı2, X35, X36 və X37 mülkiyyətinə 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 854A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim edilmişdir. Həmin torpaq sahəsində X21 məxsus 1 mərtəbəli 2 otaqlı ümumi sahəsi 82.30 kv/m-dən ibarət fərdi yaşayış evi vardır. X34 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, onun vəfatından sonra ondan miras qalmış əmlakları vərəsələri- İddiaçı2, İddiaçı1, İddiaçı3 və X50 qəbul etmişlər, 0.06 həyətyanı torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə onların hər birinin 1/4 hissədə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Onlara məxsus olan 0.06 ha torpaq sahəsinə bitişik mərhum X16 atası X11, X10na, qardaşı X18, bacıları X32 və X33 məxsus 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində X11 məxsus 1960-cı ildə tikilmiş, ümumi sahəsi 56.5 kv/m-dən ibarət fərdi yaşayış evi vardır. X11 və ailə üzvlərinə məxsus olan 0.10 ha həyətyanı torpaq sahəsinə JN 858A KOD 40101004 olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X21 və atası X11 məxsus olan torpaq sahələri eyni həyətdə qapalı sərhəd daxilində yerləşir. X41 xx.xx.2013-cü ildə, X24 isə xx.xx.2013-cü ildə ölmüşlər. Onların ölümündən sonra onlara məxsus olan fərdi yaşayış evində qızları- X32 və X45 yaşamışlar. Onlar əqli cəhətdən xəstə olduqlarınadan miras əmlakı X34 idarə etmişdir. X29 1984-cü ildə Ukrayna Respublikasına getmiş və o vaxtdan orada yaşayır, oranın vətəndaşıdır. Cavabdeh2 1986cı ildə ailə quraraq başqa ünvanda yaşayır. X34 xx.xx.2022-ci il tarixdə ölmüş, onun mirası hər birinə ¼ hissə pay olmaqla vərəsələri- İddiaçı2, X35, X36 və X37 arasında bölünmüşdür. Məhkəmə tərəflər arasındakı mübahisənin vərəsəliklə bağlı olmasını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddənin İ, İİ, İV və Vİİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasm qəbuluna yol verilmir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3.Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun mirasın formal və qeyri-formal qəbulu üsulları ilə əlaqədar artıq formalaşmış hüquqi mövqeyi mövcuddur. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi şəxsi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir. Vərəsə ola biləcək şəxslərin dairəsi Mülki Məcəllənin 1134-cü maddəsi ilə müəyyən olunmuşdur. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər. Vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Hazırkı işin araşdırılan hallarından müəyyən olunduğu kimi miras qoyanlar X41 və X7 Balakən şəhəri Məhəmməd Fizuli küçəsi ev- Yeni qaydalarla AZ0800, ünvan 5 ünvanında yerləşən, X25, X13, X8, X14 və X9 ümumi birgə mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsindən onlara düşən pay və həmin torpaq sahəsində inşa olunmuş X9 mülkiyyətində olan fərdi yaşayış evi miras qalmışdır. Onların birinci növbəli vərəsələri uşaqları- X29, X34, X32 və X45, Cavabdeh2dır. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyanların ölümündən sonra onlardan miras qalmış evdə X22 və X38 yaşamışlar, onlarda əqli xəstəlik olduğundan miras əmlakı mərhum Nizami Əliyev idarə etmişdir. X2 1984-cü ildə valideynlərinə məxsus təsərrüfatdan qeydiyyatdan çıxaraq Ukrayna Respublikasına getmiş və o vaxtdan orada yaşayır, oranın vətəndaşıdır. Cavabdeh2 da 1986-cı ildə ailə quraraq başqa ünvanda yaşayır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, miras əmlakı vərəsələrdən X3 Əminə Nəbiyullah qızı və X34 faktiki olaraq qəbul etmişlər, vərəsələr X29 və Cavabdeh2 isə mirası nə formal, nə də faktiki üsulla qəbul etməmişlər. İddiaçılar hazırda irsi transmissiya qaydasında mərhum X16 payını tələb edirlər. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçılar irsi transmissiya qaydasında mərhum X16 payını tələb etməkdə haqlı olsalarda, bütün payı özləri üçün tələb etməkdə haqlı deyildirlər. Belə ki, iş materiallarından göründüyü kimi mərhum Nizami Əliyevin dörd vərəsəsi vardır və ondan qalan mirasdan iddiaçılarla bərabər birinci növbəli vərəsə olan X50 da ¼ hissə irs almışdır. Odur ki, miras qoyanlar X41 və X7 miras qalmış əmlakdan irsi transmissiya qaydasında o, da pay almalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, X5 və X7 miras qalmış Balakən şəhəri Məhəmməd Fizuli küçəsi ev- Yeni qaydalarla AZ0800, ünvan 5 ünvanında yerləşən, X25, X13, X8, X14 və X9 ümumi birgə mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsindən onlara düşən payın və X9 mülkiyyətində olan həmin ünvanda 1960-cı ildə tikilmiş, ümumi sahəsi 56.5 kv/m-dən ibarət fərdi yaşayış evinin 1/3 hissəsinə payları bərabər olmaqla (hər birinə miras əmlakın 1/12 hissəsi) iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3 payları müəyyən olunmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. X5 və X7 miras qalmış Balakən şəhəri Məhəmməd Fizuli küçəsi ev- Yeni qaydalarla AZ0800, ünvan 5 ünvanında yerləşən, X25, X13, X8, X14 və X9 ümumi birgə mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsindən onlara düşən payın və X9 mülkiyyətində olan həmin ünvanda 1960-cı ildə tikilmiş, ümumi sahəsi 56.5 kv/m-dən ibarət fərdi yaşayış evinin 1/3 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, 1/3 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 payları müəyyən olunmalıdır. İddiaçılar tələb etmədiklərindən ödənmiş 100 manat dövlət rüsumu xərci onların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i : İddia qismən təmin edilsin. X5 və X7 miras qalmış, Balakən şəhəri Məhəmməd Fizuli küçəsi ev- Yeni qaydalarla AZ0800, ünvan 5 ünvanında yerləşən, X25, X13, X8, X14 və X9 ümumi birgə mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsindən onlara düşən payın və həmin ünvanda 1960-cı ildə tikilmiş, ümumi sahəsi 56.5 kv/m-dən ibarət fərdi yaşayış evinin 1/3 hissəsinə payları bərabər olmaqla (hər birinə miras əmlakın 1/12 hissəsi) iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 payları müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. X5 və X7 miras qalmış, Balakən şəhəri Məhəmməd Fizuli küçəsi ev- Yeni qaydalarla AZ0800, ünvan 5 ünvanında yerləşən, X25, X13, X8, X14 və X9 ümumi birgə mülkiyyətində olan 0,10 ha həyətyanı torpaq sahəsindən onlara düşən payın və həmin ünvanda 1960-cı ildə tikilmiş, ümumi sahəsi 56.5 kv/m-dən ibarət fərdi yaşayış evinin 1/3 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8, 1/3 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X14, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X37 payları müəyyən olunsun. Ödənmiş 100 manat dövlət rüsumu xərci iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar