Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-65/2025 21.04.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi-vəkili Nümayəndə, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Balakən rayonu Talalar kəndində yerləşən JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmiş 83S planşet nömrəsində göstərilən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2, 83D planşet nömrəsində göstərilən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, torpaq sahələrinə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahələrinin iddiaçılara təhvil verilməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Balakən rayonu Talalar kəndində yerləşən, JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 83S planşet nömrəsində göstərilən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 , 83D planşet nömrəsində göstərilən 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 çıxarılması, torpaq sahələrinə iddiaçıların mülkiyyət hüquqlarının bərpa edilməsi, torpaq sahələrinin iddiaçılara təhvil verilməsi barədə iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizələrini onunla əsaslandırmışlar ki, onlar Balakən rayonu Tülü kəndində yaşayırlar. İddiaçı2 Murtuzəli oğluna, İddiaçı1 Xaraxman qızına, X6, X2, X4 Balakən rayon Aqrar İslahat Komissiyasının 11 yanvar 2001-ci il tarixli 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 1.32 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Dövlət Aktına əsasən torpaq sahələri iki müxtəlif ərazilərdən verilmişdir. JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 1.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşadıqları ərazidən çox uzaq məsafədə yerləşdiyinə görə həmin torpaq sahələrini istifadə edə bilməmişlər. Buna görə də bir neçə il əvvəl 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh2, 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini isə Cavabdeh1 müvəqqəti istifadə etmək üçün vermişlər. Sonradan həmin torpaq sahəsini boşaltmalarını onlardan xahiş etmişlər. Bir müddət olar ki, Cavabdeh2 JN 0083 KOD 40113018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı ilə verilmiş 83S planşet nömrəsində göstərilən 1.00 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Cavabdeh1 isə 0.31 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz olaraq tutmuşlar. Hazırda həmin torpaq sahələri cavabdehlər tərəfindən istifadə olunur. Cavabdehlərə həmin torpaq sahələrini boşaltmaları ilə bağlı müraciət etsələr də, cavabdehlər torpaq sahəsini qanunsuz tutmaqda davam edir. Buna görə də iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahatlar verdilər. Onlar əlavə olaraq göstərdilər ki, torpaq sahələrinin onlara satılması barədə cavabdehlərin göstərdikləri yalandır. Onlar torpaq sahəsini satmamışlar, müvəqqəti istifadə üçün vermişlər. Hazırda da torpaq sahəsindən özləri istifadə etmək istəyirlər. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçıların tələbi əsassızdır. Belə ki, iddiaçılar 2003-cü ildə ailə üzvlərinin pula ehtiyacları olduğu zaman ona yaxınlaşaraq torpaq sahələrini almağını təklif etmişlər. O, fermer təsərrüfatı ilə məşğul olduğundan həmin torpaq sahəsinin 0.78 ha olduğunu bilə-bilə, həmin torpaq sahəsini 1.00 ha hesabı ilə 15.000 manata almışdır. İddiaçılar xx.xx.2003-cü il tarixində bütün ailə üzvləri ilə birlikdə Balakən rayon Talalar Bələdiyyəsinə yaxınlaşaraq torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında ona satmaları barədə imza atmışlar. İmza atarkən müqavilədə qeyd etmişlər ki, bundan sonra onun və ailə üzvlərinin bu torpağa heç bir iddiaları olmayacaq. Həmin torpaq sahəsini o, aldıqdan sonra həmin sahədə 30 toma fındıq ağacları əkmiş və hal hazırda həmin ağaclara qulluq edir. İddiaçılar torpaq sahəsini satmaqlarını gizlətməklə torpağı geri almaq istəyirlər. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddiaçıların ona qarşı torpaq tələbi əsassızdır. Belə ki, iddiaçılar həmin torpaq sahəsini ona satmışlar. Uzun illərdir ki, torpaq sahəsi onun istifadəsindədir. O, həmin torpaq sahəsində fındıq tomaları əkmişdir. Hətta həmin torpaq sahəsini qeyri-rəsmi başqa şəxslə dəyişmişdir. O, həmçinin göstərdi ki, torpaq sahəsini alsa da iddiaçılar ilə onun arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamışdır. O, torpaq sahəsini şifahi razılaşma əsasında almışdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-0083 KOD 40113018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 11 yanvar 2001-ci tarixli 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Balakən rayonu Talalar kəndi ərazisində yerləşən 1.32 ha torpaq sahəsi İddiaçı2 Murtuzəli oğlunun, İddiaçı1, X5, X1 və X3 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli 30144 nömrəli qəbzdən görünür ki, İddiaçı1 100 manat dövlət rüsumu ödəmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 23 sentyabr 2024-cü il tarixdə verilmiş 3-21-3-47/2-3781/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki: 1.JN-0083 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5, X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 1.32 ha torpaq sahəsinin 83S planşet nömrəsində göstərilən 1.00 ha hissəsi TEKUİS məlumat bazasına əsasən 0,78 ha ərazi kimi və 83D planşet nömrəsində göstərilən 0,31 ha hissəsi TEKUİS məlumat bazasına əsasən 0.31 ha ərazi kimi naturada yeri müəyyən edilmişdir. 2.JN-0033 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5, X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 83S planşet nömrəsində göstərilən 1,00 ha hissəsi TEKUİS məlumat bazasında 0.78 ha ərazi kimi işlənilmişdir.Həmin torpaq sahəsi naturada iddiaçlar tərəfindən deyil, başqa şəxslər tərəfindən istifadə olunur. JN 0083 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5, X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0.31 ha torpaq sahəsinin 83D planşet nömrəsində göstərilən 0.31 ha hissəsi TEKUİS məlumat bazasında 0,31 ha ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsi naturada iddiaçılar tərəfindən deyil başqa şəxslər tərəfindən istifadə olunur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2024-cü il tarixli №10/6597 nömrəli ekspert rəyində göstərilir ki, Qərardadın 1-ci sualı üzrə: JN-0083 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5, X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 1.32 ha torpaq sahəsinin 83S planşet nömrəsində göstərilən 1.00 ha hissəsi TEKUİS məlumat bazasına əsasən 0.78 ha ərazi kimi və 83D planşet nömrəsində göstərilən 0,31 ha hissəsi TEKUİS məlumat bazasına əsasən 0.31 ha ərazi kimi naturada yeri müəyyən edilmişdir, Qərardadın 2-ci sualı üzrə: JN-0083 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5 X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndindı yerləşən 1.32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 83S planşet nömrəsində göstərilən 1,00 ha hissəsi TEKUİS məlumat bazasında 0.78 ha ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsi naturada iddiaçılar tərəfindən deyil başqa şəxslər tərəfindən istifadə olunur. JN 0083 KOD 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı2, İddiaçı1 Xaraxman qızının, X5, X1 və X3 ümumi paylı mülkiyyətində olan Balakən rayonu, Talalar kəndində yerləşən 0.31 ha torpaq sahəsinin 83D planşet nömrəsində göstərilən 0.31 ha hissəsi TEKUİS məluma bazasında 0,31 ha ərazi kimi işlənilmişdir. Həmin torpaq sahəsi naturada iddiaçılar tərəfindən deyil, başqa şəxslər tərəfindən istifadə olunur. Məhkəmə iddiaçıların, onların nümayəndəsi-vəkilinin, cavabdehlərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 11 yanvar 2001-ci il tarixli 01 saylı qərarı ilə İddiaçı2 , İddiaçı1 Xaraxman qızı , X9, X7 və X3 ümumi birgə mülkiyyətinə Balakən rayonu Talalar kəndi ərazisindən 1.32 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Bu barədə JN-0083, Kod 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı hazırlanmışdır. İddiaçılar müvəqqəti olaraq həmin torpaq sahəsinin 0,78 ha hissəsini Cavabdeh2, 0,31 ha hissəsini isə Cavabdeh1 istifadəsinə vermişlər. Hazırda onlar torpaq sahəsindən özləri istifadə etmək üçün cavabdehlərdən torpaq sahəsindən çıxmalarını tələb edirlər. Cavabdehlər isə torpaq sahəsindən çıxmırlar. Nəticədə onlar öz torpaq sahələrindən istifadə edə bilmirlər. Mülkiyyət hüquqları pozulduğundan iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 213.6-cı maddənin ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, mübahisələndirilən, Balakən rayonu Talalar kəndində yerləşən, 1,32 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN 0083, Kod 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı2 Murtuzəli oğlunun, İddiaçı1 və onun ailə üzvləri- X5, X1 və X3 ümumi birgə mülkiyyətinə verilməsini, torpaq sahəsinin hazırda da iddiaçılar İddiaçı2 Murtuzəli oğlunun, İddiaçı1 və onun ailə üzvləri- X5, X1 və X3 ümumi birgə mülkiyyətində olmasını, TEKUİS məlumat bazasında həmin torpaq sahəsinin 1,09 hektar olaraq qeyd edilməsini, cavabdehlər Cavabdeh2 heç bir hüququ olmadan həmin torpaq sahəsinin 0,78 ha hissəsindən, Cavabdeh1 isə heç bir hüququ olmadan həmin torpaq sahəsinin 0,31 ha hissəsindən istifadə etmələrini, iddiaçıların tələbinə baxmayaraq onların həmin torpaq sahəsindən çıxmamalarını, bununla da iddiaçıların mülkiyyət hüquqlarını pozulmasını, hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 iddiaçılar və onların ailə üzvülərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində yerləşən torpaq sahəsinin 0,78 ha hissəsindən,Cavabdeh1 isə iddiaçılar və onların ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin 0,31 ha hissəsindən çıxarılmalıdırlar. İddiaçıların torpaq sahəsini onlara satmaları barədə cavabdehlərin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 144.1-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsinə dair müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci hissəsinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.Müqavilədə tərəflərin hüquqları və vəzifələri,torpaq sahəsinin hüquqi statusu,öhdəliklər,məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Cavabdehlər mübahisəli torpaq sahələrinin iddiaçılar tərəfindən onlara satılmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişlər. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Ona görə də məhkəmə cavabdehlərin bu etirazlarını əsaslı hesab etmir. Cavabdeh2 təqdim etdiyi İddiaçı2 Murtuzəli oğlunun adından yazılmış ərizə ilə bağlı məhkəmə qeyd edir ki, həmin ərizədə, ərizənin yazılma tarixi qeyd edilməmişdir, odur ki, ərizənin nə vaxt yazılması məlum deyildir. Eyni zamanda ərizədə torpaq sahəsinin bağışlandığı qeyd edilmişdir və torpaq sahəsinə görə hər hansı məbləğdə pul verilməsi göstərilməmişdir. Cavabdeh2 torpaq sahəsinə görə 15000 manat pul verdiyini göstərsə də, iddiaçıların bunun yalan olduğunu bildirdilər. Mülki qanunvericilikdə isə torpaq sahəsinin bağışlanmasının deyil, alqı-satqısının bağlanmış hesab edilməsi imkanı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuş 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Odur ki, bu əsaslara görə də Cavabdeh2 etirazı əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçılar tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun 58,10 manatı Cavabdeh2 və 24,90 manatı Cavabdeh1 alınaraq İddiaçı2 və İddiaçı1 verilməlidir. Dövlət rüsumunun qalan 17 manatı iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, JN 0083, Kod 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı2 Məhəmmədli oğlunun, İddiaçı1 və onların ailə üzvüləri- X5, X1 və X3 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, Balakən rayonu Talalar kəndində yerləşən, TEKUİS məlumat bazasında 1,09 hektar olaraq qeyd edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.78 ha hissəsindən (Dövlət aktının 83S planşet nömrəsində göstərilən) Cavabdeh2, 0.31 ha hissəsindən (Dövlət aktının 83D planşet nömrəsində göstərilən) isə Cavabdeh1 çıxarılmalı; iddia tələbi qalan hissədə təmin edilməməli; ödənilmiş 100 manat dövlət rüsumunun 58,10 manatı Cavabdeh2 və 24,90 manatı Cavabdeh1 alınaraq İddiaçı2 və İddiaçı1 verilməli, dövlət rüsumunun qalan 17 manatı iddiaçıların özlərinə aid edilməlidir. 50 manat ekspertiza xərcinin 41,50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 8,50 manatı iddiaçılar İddiaçı2 və İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X8 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. JN 0083, Kod 40113018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçılar İddiaçı2 Məhəmmədli oğlunun, İddiaçı1 və onların ailə üzvüləri- X5, X1 və X3 ümumi birgə mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün verilmiş, Balakən rayonu Talalar kəndində yerləşən, TEKUİS məlumat bazasında 1,09 hektar olaraq qeyd edilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.78 ha hissəsindən (Dövlət aktının 83S planşet nömrəsində göstərilən) Cavabdeh2, 0.31 ha hissəsindən (Dövlət aktının 83D planşet nömrəsində göstərilən) isə Cavabdeh1 çıxarılsınlar; iddia tələbi qalan hissədə təmin edilməsin;ödənilmiş 100 manat dövlət rüsumunun 58,10 manatı Cavabdeh2 və 24,90 manatı Cavabdeh1 alınaraq İddiaçı2 və İddiaçı1 verilsin, dövlət rüsumunun qalan 17 manatı iddiaçıların özlərinə aid edilsin. 50 manat ekspertiza xərcinin 41,50 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, 8,50 manatı iddiaçılar İddiaçı2 və İddiaçı1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142595, X8 Kodu 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə göndərilməklə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-65/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-65/2025
21.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver