Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-654/2022 14.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə və cavabdeh Balakən Rayonu Katex Bələdiyyəsinin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Balakən Rayonu Katex Bələdiyyəsinə qarşı Balakən rayonu Katex kəndində yerləşən JN 1618 KOD 40105018 olan torpağa mülkiyyət hüququna X17 JN- 1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinə getmək üçün Balakən rayon Katex Bələdiyyəsinə məxsus olan bir tərəfi daş hasarla hörülmüş torpaq sahəsindən tam əvəzi ödənilməklə 4 metr enində 180 metr uzunluğunda zəruri keçidin verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Balakən rayonu Katex Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı Balakən rayonu Katex kəndində yerləşən JN 1618 KOD 40105018 olan torpağa mülkiyyət hüququna X17 JN-1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinə getmək üçün Balakən rayonu Katex Bələdiyyəsinə məxsus olan bir tərəfi daş hasarla hörülmüş torpaq sahəsindən 4 metr enində 110 metr uzunluğunda zəruri keçidin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Balakən rayonu Katex kəndində yerləşən JN 1618 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X17 JN-1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinə getmək üçün Balakən rayon Katex Bələdiyyəsinə məxsus olan bir tərəfi daş hasarla hörülmüş torpaq sahəsindən tam əvəzi ödənilməklə 4 metr enində 180 metr uzunluğunda zəruri keçidin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişlər ki, İddiaçı Balakən rayonunun Katex kəndində yaşayır. Balakən rayonu Aqrar İslahat komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə ona və ailə üzvlərinə 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 1618 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X18 hazırlanmışdır. Torpaq sahələri müxtəlif yerlərdən verilmişdir. JN 1618A və 1618B nömrəli cizgilərdə yerləşən 1.28 ha torpaq sahəsini özü və ailə üzvləri istifadə edir. 1.28 ha torpaq sahəsinin bütün tərəfləri vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əhatə olunmuşdur. Qeyd edilən torpaq sahəsinə başqa ərazidən girmək mümkün deyildir. Həmin torpaq sahəsinə Balakən rayonu Katex Bələdiyyəsinə məxsus olan bir tərəfi daş hasarla hörülmüş torpaq sahəsindən girmək mümkündür. Yol sahəsinin açılması ilə bağlı Katex Bələdiyyəsi ilə mübahisələri olmuş, Bələdiyyə yolun açılmasının bələdiyyənin səlahiyyətləri xaricində olduğunu, bunun üçün Balakən Rayon Məhkəməsinə müraciət olunması tövsiyyə etmişdir. JN-1618 (kod ********) saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə iddiaçıya və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə gediş-gəliş yolunun naturada tanıdılması barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə xx.xx.2020-ci il tarixli müraciət ünvanlamışdır. İddiaçının müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmış və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 iyun 2020-ci il tarixli **********87 nömrəli məktubu ilə cavablandırılmışdır. Həmin məktubdan görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ərazidə torpaq islahatı aparılan zaman JN-1618 (kod ********) saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə 3 hissədən ibarət 1,51 ha (0,23 ha, 0,28 ha, 1,0 ha) torpaq sahəsi verilmişdir. Elektron kadastr məlumat bazasına əsasən iddiaçı və ailə üzvlərinə məxsus pay torpaq sahəsinin 0,23 ha olan hissəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Bildirilir ki, təsərrüfat daxilində vətəndaşlara məxsus pay torpaq sahəsinə gediş-gəliş yolları bələdiyyənin mülkiyyətinə aiddir. Qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə bələdiyyəyə müraciət etmək tövsiyə olunur. Elektron kadastr məlumat bazasına əsasən yerli və rayon aqrar islahatı komissiyaları tərəfindən təsdiq edilmiş özəlləşdiriləcək torpaqların kompleks yerquruluşu layihəsində İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,28 ha və 1,0 ha pay torpaq sahələrinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Buna görə də iddiaçı ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinə zəruri keçidin açılması ilə bağlı Balakən rayonu Katex Bələdiyyəsi ilə aralarında mübahisə olması səbəbindən Balakən rayonu Katex kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə getmək üçün zəruri keçidin verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş materiallarından görünür ki, o cümlədən iddiaçının xüsusi mülkiyyətində olduğu Balakən rayonu Katex kəndində yerləşən JN-1618 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X17 JN-1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinin bütün tərəfləri vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əhatə olunmuşdur. O cümlədən iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinə gediş-gəlişi yolu yoxdur və bu yol nəzərdə tutulmamışdır. İş materiallarından o da bəlli olur ki, İddiaçı JN-1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinə gediş-gəliş üçün zəruri keçid Balakən rayonu Katex Bələdiyyəsinə aid torpaq sahəsindən bir tərəfi daş hasarla hörülmüş boş və düz ərazidən verilməsi daha yol veriləndir. Belə ki, həmin ərazinin uzunluğu 180 metr, eni 4 metr olmaqla və həmin ərazi təbii keçid kimi istifadə üçün daha yararlıdır və mülkiyyətçinin və digər qonşu torpaq istifadəçilərinin hüquqlarını pozmur. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh Balakən Rayonu Katex Bələdiyyəsinin nümayəndəsi X2 iddianı qəbul və etiraf edərək izahatında göstərdi ki, İddiaçı Balakən rayonu Katex kənd sakinidir. Balakən rayonu Aqrar İslahat komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 1618 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X18 hazırlanmışdır. Torpaq sahələri müxtəlif yerlərdən verilmişdir. JN 1618A və 1618B nömrəli cizgilərdə yerləşən 1.28 ha torpaq sahəsini iddiaçı və ailə üzvləri istifadə edir. İddiaçı JN-1618 (kod ********) saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə iddiaçıya və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə gedişgəliş yolunun naturada tanıdılması barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmiş, onun müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmış, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları Katex Bələdiyyəsinin əməkdaşları ilə birlikdə mübahisələndirilən ərazidə olmuş, orada çöl-ölçmə işləri aparılmışdır. Məlum olmuşdur ki, Elektron kadastr məlumat bazasına əsasən yerli və rayon aqrar islahatı komissiyaları tərəfindən təsdiq edilmiş özəlləşdiriləcək torpaqların kompleks yerquruluşu layihəsində İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,28 ha və 1,0 ha pay torpaq sahələrinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. 1.28 ha torpaq sahəsinin bütün tərəfləri vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əhatə olunmuşdur. Qeyd edilən torpaq sahəsinə başqa ərazidən girmək mümkün deyildir. Həmin torpaq sahəsinə Balakən rayonu Katex Bələdiyyəsinə məxsus olan bir tərəfi daş hasarla hörülmüş torpaq sahəsindən girmək mümkündür. Yol sahəsinin açılması ilə bağlı iddiaçı ilə Katex Bələdiyyəsi arasında mübahisə olmuş, Bələdiyyə yolun açılmasının bələdiyyənin səlahiyyətləri xaricində olduğunu, bunun üçün Balakən Rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçı tərəfindən hər il Katex Bələdiyyəsinə 100 (yüz) manat kompensasiya ödəməklə Bələdiyyə ərazisindən 4 metr enində 180 metr uzunluğunda zəruri keçidin açılmasına etiraz etmir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1618 KOD-40105018 nömrəli Torpağa Mülkiyyət Hüququna X16 görünür ki, Balakən rayon Aqrar İslahat komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə ilə X5, X3, X4, İddiaçı və X6 ümumi birgə mülkiyyətlərinə 1.51 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmış və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24 iyun 2020-ci il tarixli **********87 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, ərazidə torpaq islahatı aparılan zaman JN-1618 (kod ********) saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə iddiaçının və ailə üzvlərinin mülkiyyətinə 3 hissədən ibarət 1,51 ha (0,23 ha, 0,28 ha, 1,0 ha) torpaq sahəsi verilmişdir. Elektron kadastr məlumat bazasına əsasən iddiaçı və ailə üzvlərinə məxsus pay torpaq sahəsinin 0,23 ha olan hissəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Bildiririk ki, təsərrüfat daxilində vətəndaşlara məxsus pay torpaq sahəsinə gediş-gəliş yolları bələdiyyənin mülkiyyətinə aiddir. Qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə bələdiyyəyə müraciət etməyi tövsiyə olunur. Elektron kadastr məlumat bazasına əsasən yerli və rayon aqrar islahatı komissiyaları tərəfindən təsdiq edilmiş özəlləşdiriləcək torpaqların kompleks yerquruluşu layihəsində İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,28 ha və 1,0 ha ay torpaq sahələrinə gediş-gəliş yolu nəzərdə tutulmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Balakən rayonu Katex Bələdiyyəsinin 01 may 2019-cu il tarixli 94 saylı məktubundan görünür ki, İddiaçı və ailə üzvlərinə JN 1618 saylı Dövlət Aktı ilə verilmiş 1.28 ha pay torpaq sahəsinə yolun açılması bələdiyyənin səlahiyyətləri xaricindədir. Bununla bağlı Balakən Rayon Məhkəməsinə müraciət edilməsi tövsiyyə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən İddiaçı ünvanlanmış Balakən rayon İcra Hakimiyyəti Başçısı Aparatının 23 aprel 2020-ci il tarixli 03-472 saylı məktubundan görünür ki, xüsusi mülkiyyətdə olan torpaq sahəsinə getmək üçün yol verilməsi barədə müraciətiniz araşdırılmış və məlum olmuşdur ki, torpaq islahatı zamanı 1618 saylı Dövlət Aktı ilə ailənizə verilmiş torpaq sahəsinə gediş-gəliş üçün yol nəzərdə tutulmamışdır. Həmin torpaq sahəsinə yol tələbi ilə məhkəmə orqanına müraciət edilməsi tövsiyyə olunur. Məhkəmə tərəflərin iştirakı ilə JN 1618 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X18 ilə verilmiş İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,28 ha və 1,0 ha ay torpaq sahələrinə naturada yerində müayinə keçirmiş, yerində müayinə protokolu ilə müəyyən olundu ki, iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olduğu Balakən rayonu Katex kəndində yerləşən JN-1618 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X17 JN- 1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinin bütün tərəfləri vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əhatə olunmuşdur. O cümlədən iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinə gediş-gəlişi yolu yoxdur və bu yol nəzərdə tutulmamışdır. İddiaçı JN-1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinə gediş-gəliş üçün zəruri keçid Balakən rayonu Katex Bələdiyyəsinə aid torpaq sahəsindən bir tərəfi daş hasarla hörülmüş kənd sakini X7 torpaq sahəsinin sol hissəsindən boş və düz ərazidən verilməsi daha yol veriləndir. Belə ki, həmin ərazinin uzunluğu 180 metr, eni 4 metr olmaqla və həmin ərazi təbii keçid kimi istifadə üçün daha yararlıdır və mülkiyyətçinin və digər qonşu torpaq istifadəçilərinin hüquqlarını pozmur. Məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Balakən rayonu Katex kənd sakinidir. Balakən rayonu Aqrar İslahat komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə iddiaçıya və ailə üzvlərinə 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 1.51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Balakən rayon şöbəsi tərəfindən JN 1618 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X18 hazırlanmışdır. Torpaq sahələri müxtəlif yerlərdən verilmişdir. JN 1618A və 1618B nömrəli cizgilərdə yerləşən 1.28 ha torpaq sahəsini iddiaçı və ailə üzvləri istifadə edir. İddiaçı JN-1618 (kod ********) saylı Torpağa Mülkiyyət Hüququna X18 ilə iddiaçıya və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə gediş-gəliş yolunun naturada tanıdılması barədə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etmiş, onun müraciətinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmış, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əməkdaşları Balakən rayonu Katex Bələdiyyəsinin əməkdaşları ilə birlikdə mübahisələndirilən ərazidə olmuş, orada çöl-ölçmə işləri aparılmış, məlum olmuşdur ki, Elektron kadastr məlumat bazasına əsasən yerli və rayon aqrar islahatı komissiyaları tərəfindən təsdiq edilmiş özəlləşdiriləcək torpaqların kompleks yerquruluşu layihəsində İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,28 ha və 1,0 ha ay torpaq sahələrinə gedişgəliş yolu nəzərdə tutulmamışdır. 1.28 ha torpaq sahəsinin bütün tərəfləri vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əhatə olunmuşdur. Qeyd edilən torpaq sahəsinə başqa ərazidən girmək mümkün deyildir. Həmin torpaq sahəsinə Balakən rayonu Katex Bələdiyyəsinə məxsus olan bir tərəfi daş hasarla hörülmüş torpaq sahəsindən girmək mümkündür. Yol sahəsinin açılması ilə bağlı iddiaçının Balakən rayonu Katex Bələdiyyəsi ilə mübahisələri olmuş, Bələdiyyə yolun açılmasının bələdiyyənin səlahiyyətləri xaricində olduğunu, bunun üçün Balakən Rayon Məhkəməsinə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında o da müəyyən edildi ki, Balakən rayonu Katex Bələdiyyəsi iddiaçı tərəfindən hər il Katex Bələdiyyəsinə 100 (yüz) manat kompensasiya ödəməklə Bələdiyyə ərazisindən 4 metr enində 180 metr uzunluğunda zəruri keçidin açılmasına etiraz etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan Hüquqlarının və X9 Haqqında» Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.3-cü maddəsinə əsasən mülki hüquq və vəzifələri müəyyən edən məhkəmə aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təzhizatı xətlərinə keçidi yoxdursa, o, tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir, daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.2-ci maddəsinə əsasən sahələrindən zəruri yol və ya birləşdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Beləliklə iş materiallarından görünür ki, o cümlədən iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olduğu Balakən rayonu Katex kəndində yerləşən JN-1618 KOD 40105018 olan Torpağa Mülkiyyət Hüququna X17 JN-1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinin bütün tərəfləri vətəndaşlara məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahələri ilə əhatə olunmuşdur. O cümlədən iddiaçının mülkiyyətində olan həmin torpaq sahəsinə gediş-gəlişi yolu yoxdur və bu yol nəzərdə tutulmamışdır. İş materiallarından o da müəyyən olunur ki, İddiaçı JN-1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinə gediş-gəliş üçün zəruri keçid Balakən rayonu Katex Bələdiyyəsinə aid torpaq sahəsindən bir tərəfi daş hasarla hörülmüş boş və düz ərazidən verilməsi daha yol veriləndir. Belə ki, həmin ərazinin uzunluğu 180 metr, eni 4 metr olmaqla və həmin ərazi təbii keçid kimi istifadə üçün daha yararlıdır və mülkiyyətçinin və digər qonşu torpaq istifadəçilərinin hüquqlarını pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyl, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin başqa halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə nəzərə çatdırır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası MPM (MPM-nin 77.1-ci maddəsi) sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır. Bu da qanunun tələbindən irəli gəlir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən hər il 100 manat məbləğində kompensasiya Balakən rayonu Katex Bələdiyyəsinə ödənilməklə, İddiaçı JN-1618 kod 40105018 nömrəli Torpağa Mülkiyyət Hüququna X15 JN- 1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu Katex kəndində yerləşən Balakən rayonu Katex Bələdiyyəsinə aid torpaq sahəsindən bir tərəfi daş hasarla hörülmüş Katex kənd sakini X7 torpaq sahəsinin sol hissəsindən boş və düz ərazidən 4 metr enində 180 metr uzunluğunda olmaqla zəruri keçid verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iddia təmin edildiyindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Balakən rayonu Katex Bələdiyyəsindən alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı tərəfindən hər il 100 manat məbləğində kompensasiya Balakən rayonu Katex Bələdiyyəsinə ödənilməklə, İddiaçı JN-1618 kod 40105018 nömrəli Torpağa Mülkiyyət Hüququna X15 JN-1618A və JN 1618B cizgisində göstərilən cəmi 1.28 ha torpaq sahəsinə gediş-gəliş üçün Balakən rayonu Katex kəndində yerləşən Balakən rayonu Katex Bələdiyyəsinə aid torpaq sahəsindən bir tərəfi daş hasarla hörülmüş Katex kənd sakini X7 torpaq sahəsinin sol hissəsindən boş və düz ərazidən 4 metr enində 180 metr uzunluğunda olmaqla zəruri keçid verilsin. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdeh Balakən rayonu Katex Bələdiyyəsindən alınaraq, İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-654/2022
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-654/2022
14.09.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver