Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-66/2024 01.07.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştiakı ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus olan reyestr nömrəsi **********17 olan Balakən rayonu Mahamalar kəndində yerləşən 0,1994 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş evdən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh qarşı Cavabdeh Balakən rayonu Mahamalar kəndində yerləşən 0,1994 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tikilmiş evdən məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına təkrarən gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Həmçinin Cavabdeh tərəfindən işin mahiyyəti üzrə həll edilməsi tələbi barədə hər hansı müraciət məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən hazırki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Azərbaycan Respublikası MPM-nin 114.2-ci maddəsinə əsasən bu Məcələnin 114.1.1ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə hazırki iddia ərizəsinin qaytarılmaqla baxılmamış saxlanması barəsində ərizə verdiyindən, Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılmalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılmalı, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259- 260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən və evdən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsinə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-66/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-66/2024
01.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver