Məhkəmə qərarları › İş №e-2(019)-660/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-660/2023

06.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-660/2023 06.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh şəxsi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 81.20 kv.m olan yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki,ünvan 2 ünvanda yerləşən 81.20 kv.m olan 1 mərtəbəli yaşayış evi onun şəxsi mülkiyyətindədir. Həmin evdə qeydiyyatdadır və orada yaşayır. O, həmin evi xx.xx.2022-ci il tarixdə Balakən Regional “ASAN xidmət” mərkəzində Notariat Ofisində AN-1N ******* sayla bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh almışdır.Bununla bağlı DƏDRX-dən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə adına Çıxarış verilmişdir. Cavabdehlə aralarında alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh bir neçə gün ərzində ona satmış olduğu evdən qeydiyyatdan çıxacağını bildirmişdir. Lakin buna baxmayaraq bu günə qədər müxtəlif bəhanələr edərək ona məxsus evdən qeydiyyatdan çıxmır.07 mart 2022-ci il tarixdən etibarən Cavabdeh ona məxsus evdə yaşamır. O, 07 mart 2022-ci il tarixdə daimi olaraq ona satdığı evdən köçüb getmiş,o vaxtdan ünvan 3 ünvanda yaşayır. Cavabdeh evi ona satdığı vaxtdan daimi olaraq köçüb getdiyindən həmin evdən istifadə hüququnu itirmişdir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Onun oğlu X3 anası Cavabdeh səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 07 mart 2022-ci il tarixli AN-1 seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətindən görünür ki,İsayeva X2 şəhəri Qafqaz küçəsi 18 ünvanında yerləşən 81.20 kv.m fərdi yaşayış evini 20000 manata İddiaçı satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Balakən şəhəri Qafqaz küçəsində 0.0550 ha həyətyanı sahəsi olan ümumi sahəsi 81.20 kv/m-dən ibarət fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 18 mart 2022-ci il tarixdə verilmiş Fərdi yaşayış evinin Texniki Pasportunun surətindən görünür ki, Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adınadır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki,Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanında yerləşən 81.20 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı həmin evdə qeydiyyatdadır və orada yaşayır. İddiaçı həmin evi xx.xx.2022-ci il tarixdə Balakən Regional “ ASAN xidmət” mərkəzində Notariat Ofisində AN-1N ******* sayla bağlanmış Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh almışdır. Fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 17 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır.Cavabdeh 07 mart 2022-ci il tarixdən həmin evdə yaşamır,oradan daimi olaraq köçüb getmişdir.Lakin adıçəkilən evdən qeydiyyatdan çıxmır. Bu hal iddiaçının hüquqlarını pozduğundan o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir. Məhkəmə işin hallarını, Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanında yerləşən, ümumi sahəsi 81.20 kv/m olan fərdi yaşayış evinin xx.xx.2022-ci ildən iddiaçının mülkiyyətində olmasını, cavabdehin mübahisəli evdən 07 mart 2022-ci ildə daimi olaraq köçüb getməsini,maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanında yerləşən ümumi sahəsi 81.20 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan, Balakən şəhəri Qafqaz küçəsi 18 ünvanında yerləşən, ümumi sahəsi 81.20 kv/m olan fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar