Məhkəmə qərarları › İş №e-2(019)-673/2022

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-673/2022

26.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-673/2022 26.09.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin sədri Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasından çıxarılması,qeyri-yaşayış binasının arxasında qanunsuz olaraq tikdirdiyi tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək,Cavabdeh xüsusi mülkiyyət əsasında ona məxsus olan, 20.2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasından çıxarılması,qeyri-yaşayış binasının arxa hissəsində qanunsuz olaraq tikdiyi tikilinin cavabdehin hesabına sökülməsi və iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Balakən Rayon Məhkəməsində məsləhətçi (iclas katibi) vəzifəsində işlədiyinə görə işə baxan hakim Tahirov Zamin Cəbrayıl oğlu özü-özünə etiraz etmişdir.25 avqust 2022-ci il tarixli qərardad ilə etiraz təmin edilmiş, mülki iş Balakən Rayon Məhkəməsinin sədri Səlimov Hümbət Qamuna oğlunun icraatına verilmişdir. Eyni əsasa görə Hakim Hümbət Səlimov da özü-özünə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasından çıxarılması, qeyri-yaşayış binasının arxasında qanunsuz olaraq tikdirdiyi tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə onun sədrliyi ilə baxıla bilməz. Belə ki, iş üzrə İddiaçı Balakən Rayon Məhkəməsində məsləhətçi (iclas katibi) vəzifəsində işləyir.Hesab edir ki, obyektivliyin təmin edilməsi üçün məhkəmənin sədri olaraq onun sədrliyi ilə hazırkı işə baxıla bilməz. Ona görə də özü-özünə etiraz edir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh hakim Hümbət Səlimovun öz-özünə etirazının baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. İşdə olan Balakən Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 40/21 nömrəli əmrindən görünür ki, İddiaçı 10 dekabr 2021-ci il tarixdən üç ay müddətə müddətli əmək müqaviləsi bağlanmaqla Balakən Rayon Məhkəməsində məsləhətçi (iclas katibi) vəzifəsinə təyin olunmuşdur. Mülki proses tərəflərini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edirəm ki, hakim Hümbət Səlimovun öz-özünə etirazı baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət əsasında ona məxsus olan,20.2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binasından çıxarılması,qeyri-yaşayış binasının arxa hissəsində qanunsuz olaraq tikdiyi tikilinin cavabdehin hesabına sökülməsi və iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddiaçı Balakən Rayon Məhkəməsində məsləhətçi (iclas katibi) vəzifəsində işləyir. Bu əsasa görə işə baxan hakim Hümbət Səlimov özü-özünə etiraz etmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən rayon (şəhər) məhkəməsinin sədri məhkəmədə işin təşkilinə və məhkəmə aparatının işinə rəhbərlik edir, məhkəmədə əmək və icra intizamına əməl olunmasını təmin edir, məhkəmə aparatı işlərinin işə qəbul və işdən azad edilməsi, mükafatlandırılması və intizam qaydasında cəzalandırılması məsələlərini həll edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən hakim şəxsən və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa, onun tərəfindən işə baxılmasına yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özü-özünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. “S.Abbasovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 4 noyabr 2015-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 oktyabr 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, mülki prosesdə hakimin hər bir işin baxılmasında sərbəstliyi, həmin işlə əvvəllər heç cür bağlı olmaması işin tam, obyektiv və hərtərəfli araşdırılmasına, ədalətli qərar qəbul olunmasına, eləcə də ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə xidmət edir. Mülki Prosessual Məcəlləsinin 22.5-ci maddəsinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz,baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd edilənləri nəzərə alaraq hesab edirəm ki, Balakən Rayon Məhkəməsinin sədri Hümbət Səlimovun özü-özünə etirazı baxılması üçün Azərbaycan Respublikasının Şəki Apellyasiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 22, 263-264-cü maddələrini rəhbər tutub qərara aldım: İddiaçı Cavabdeh qarşı cavabdehin ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasından çıxarılması,qeyri yaşayış binasının arxasında qanunsuz olaraq tikdirdiyi tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair mülki iş üzrə işə baxan Balakən Rayon Məhkəməsinin sədri Səlimov Hümbət Qamuna oğlunun özü-özünə etirazı baxılması üçün Azərbaycan Respublikasının Şəki Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar