Məhkəmə qərarları › İş №e-2(019)-682/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-682/2023

11.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-682/2023 11.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2,Cavabdeh3 qızına,Cavabdeh4, Cavabdeh5 qarşı Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 7 saylı qərarı ilə JN:1137 kod 40102018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ailələrinin ümumi mülkiyyətinə verilmiş 2.09 ha kənd təsərrüfatı təyinatlı və JN- 372 A kod 40102018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzrə payların müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızına, Cavabdeh4, Cavabdeh5 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə JN -1137 kod 40102018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ailələrinin ümumi mülkiyyətinə verilmiş 2.09 ha kənd təsərrüfatı təyinatlı və JN-372 kod 40102018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə verilmiş 0.07 ha həyətyanı torpaq sahəsi üzrə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 7saylı qərarı ilə JN- 1137 kod 40102018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə 7 nəfərdən ibarət ailə üzvlərinin ümumi mülkiyyətinə 2.09 ha kənd təsərrüfatı məhsulları yetişdirmək üçün və JN-372 kod 40102018 olan Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-1137 saylı Dövlət Aktında olan 2.09 ha kənd təsərrüfatı təyinatlı, həm də JN-372 saylı Şəhədətnamədə qeyd edilən 0.07 ha torpaq sahələri Balakən rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4 Cavabdeh5 ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin hal-hazırda bütün torpaq sahələrindən Cavabdeh1 istifadə edir. İş üzrə cavabdehlərə müraciət edərək razılıq əsasında həm Dövlət Aktı üzrə, həm də Şəhadətnamə üzrə payına düşən torpağının ayrılaraq verilməsini xahiş etmişdir. Onlardan heç biri payların ayrılmasına razılıq verməmişdirlər. Evi yoxdur, payına düşən həyətyanı torpaq sahəsində fərdi yaşayış evi tikdirmək, pay torpağını isə özü becərmək istəyir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarımasını xahiş etdi. . Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızı, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-1137 KOD 40102018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə ünvan 1i ərazisindən Cavabdeh1, Cavabdeh2, İddiaçı, Cavabdeh3 qızının, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə 2.09 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-327 A KOD 40102018 nömrəli Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2021-ci il tarixli 07 saylı qərarı ilə ünvan 1i ərazisindən Cavabdeh1, Cavabdeh2, İddiaçı, Cavabdeh3 qızının, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən rayonu Aqrar İslahat Komissiyasının 14 iyul 2001-ci il tarixli 07 saylı qərarı ilə ünvan 1i ərazisindən Cavabdeh1, Cavabdeh2, İddiaçı, Cavabdeh3 qızının, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətinə 2.09 ha kənd təsərrüfatı təyinatlı və 0.07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İddiaçı öz payının müəyyən edilməsini istəyir, cavabdehlər isə torpaq sahəsindən iddiaçının payının müəyyən edilməsinə etiraz edirlər. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Mülki Məcəllənin 213.1-213.2 və 213.5-ci maddələrinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirməklə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 2.09 ha kənd təsərrüfatı təyinatlı və 0.07 ha həyətyanı torpaq sahələrindən İddiaçı 1/6 hissə payı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qızının, Cavabdeh4 və Cavabdeh5 ümumi birgə mülkiyyətində olan, ünvan 1i ünvanında yerləşən 2.09 ha kənd təsərrüfatı təyinatlı və 0.07 ha həyətyanı torpaq sahələrindən İddiaçı 1/6 hissə payı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar