Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-686/2024 03.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi, onun vəkili Vəkil və maraqşlı şəxs Maraqlı şəxs nümayəndəsi-həmin şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə iştirakı ilə Ərizəçi uşağın anadan mənşəyinin (analığın) müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun *983-cü il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində qız uşağının (X*) doğulmasına (anadan mənşəyinin müəyyən edilməsinə) dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi *3.04.*973-cü il tarixdə X9 ilə Balakən rayon Hənifə kənd icra nümayəndəliyində rəsmi nikah bağlamışdır. X2 20.03.*99*-ci il tarixdə vəfat etmişdir. Həmin nikahdan 0*.09.*969-cu ildə Vaqif, 02.06.*973-cü ildə Sevinc,*7.09.*979-cu ildə Vahid, *983-cü ildə Aynurə və 29.03.*984-cü il tarixdə Zahid doğulmuşdur. Aynurədən başqa digər övladlarının hamısının doğumu qeydə alınıb. Belə ki, qızı Aynurə *983-cü il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində doğulmuşdur, ev şəraitində doğulduğundan onun doğumu hal-hazıradək qeydə alınmamışdır. Doğum haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edə bilmədiyinə görə Maraqlı şəxs doğumunun qeydə alınmasından imtina etmiş, məhkəməyə müraciət edə bilməyi ona izah edilmişdir. Doğum barədə şəhadətnamə olmadığından qızı şəxsiyyət vəsiqəsi ala bilmədiyi üçün səhhətində olan problemlərə bağlı xəstəxanaya müraciət edə bilmir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi-həmin şöbənin rəisi vəzifəsini müvəqqəti icra edən Nümayəndə ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*0 ifadəsində göstərmişdir ki, Ərizəçi *973-cı il tarixdə X9 ilə evdlənmiş, onların Vaqif, Sevinc, Vahid, Aynurə və Zahid adında beş uşaqları doğulmuşdur. X8 doğumu qeydə alınmamışdır. Həlimətin qızı Aynurə *983-cü ildə doğulmuş, atası X9, anası isə Ərizəçi olmuşdur. Ərizəçinin qızı ev şəraitində doğulmuş,ona görə də onun doğumu qeydə alınmamışdır. Ərizəçi Aynurəyə doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, doğum faktını, vaxtını və yerini təsdiq edən tibbi şəhadətnamə olmadığına görə onun qeydiyyat şöbəsində doğumunun qeydə alınması mümkün olmamış və bundan imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X*6 da şahid X3 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. İşdə olan Maraqlı şəxs tərəfindlən 02 mart 2023-cü il tarixdə verilmiş 05/69/*26 nömrəli nikah haqqında arayışdan görünür ki, X9 və X4 nikahı haqqında *3 aprel *973-cü il tarixdə *0 nömrəli akt qeydi tərtib olunmuşdur.Nikah bağlanandan sonra arvada Abdullayeva soyadı verilmişdir.Qeyd:Nikaha S.B.Abdullayevin 20.03.*99*-ci ildə ölməsi (ölüm 04.04.*99*-ci ildə ** №li akt qeydi ilə Balakən rayon Hənifə kənd icra nümayəndəliyində qeydə alınmış) ilə bağlı xitam verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən 02 mart 2023-cü il tarixdə verilmiş 05/69/*25 nömrəli doğum haqqında arayışdan görünür ki, X*2 29 mart *984-cü ildə Balakən rayonunun Hənifə kəndində anadan olmuş, atası X9, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini X20 Hüquqi şəxs” Balakən Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxs tərəfindən Maraqlı şəxs rəisi vəzifəsini icra edlən Nümayəndə ünvanlanmış 06 iyun 2024-cü il tarixli *8-*-27/3-366/2024 nömrəli məktubda göstərilmişdir ki, Balakən RMX-nın Arxiv bölməsində *983-cü il tarixli doğum haqqında kitabı olmadığı üçün xx.xx.*952-ci il təvəllüdlü ana Ərizəçi adına doğum haqqında tibbi şəhadətnamə verilməsi müimkün deyildir. İşdə olan Balakən rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 mart 2023-cü il tarixdə verilmiş 233 nömrəli arayışdan görünür ki, Ərizəçi aşağıdakı ailə üzvləri vardır; X*3 *979—0*.04.202*-ci ildə vəfat edib;X** *983; X*2 *984-cü il. İşdə olan Balakən rayon İcra Hakimiyyəti başçısının Hənifə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən 07.09.202*-ci il tarixdə verilmiş 782 nömrəli arayışdan görünür ki, X7 həqiqətən Balakən rayonunun Hənifə kənd sakinidir, heç yerdə işləmir. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik Hüquqi şəxs “Balakən Rayon Mərkəzi xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən Maraqlı şəxs rəisi vəzifəsini icra edən Nümayəndə ünvanlanmış 05 aprel 2023-cü il tarixli PHS-6- 27/3-225/2023 nömrəli mətubdan görünür ki, Balakən rayon MRX PHŞ-si bidirir ki, Ərizəçi *983-cü il tarixdə qız uşağının doğulmasına dair qeydiyyat tapılmadı. İşdə olan Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli 3-*6-5/8--*5- 268/2023 nömrəli məktubdan görünür ki, Maraqlı şəxsnə xx.xx.2023-cü il tarixdə daxil olmuş dediyinə görə *983-cü il tarixdə Balakən rayonunun ev şəraitində doğulan qızının (X*) doğumunun qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirilir ki, *983-cü il tarixdə Balakən rayonunun ev şəraitində doğulan qızının doğumunun qeydə alınması şöbələrində mümkün delildir.Belə ki, Azərbaycan Respublikasının Nazirlər kabinetinin «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın təsdiq ediliməsi haqqında 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarının 2.5.3-cü bəndinə əsasən isə uşaq tibbi müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədi təqdim etiməlidlir. Həmin qaydanın 2.6cı bəndində qeyd edilir ki, bu qaydanın 2.5-ci bəndində nəzərdu tutulan əsaslar olmadıqda uşağın doğtulması faktı məhkəmə qaydasında müəyyən ediməlidir.Bu səbəbdən də dediyinə görə *983-cü il tarixdə Balakən rayonunun ev şəraitində qız övladının doğulması faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Ərizəçi hazırki ərizə ilə bağlı *00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara əlaqəli şəkildə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi *3.04.*973-cü il tarixdə X9 ilə Balakən rayon Hənifə kənd icra nümayəndəliyində rəsmi nikah bağlamaqla evlənmişdir. Həmin nikahdan 0*.09.*969-cu ildə Vaqif, 02.06.*973cü ildə Sevinc,*7.09.*979-cu ildə Vahid, *983-cü ildə Aynurə və 29.03.*984-cü il tarixdə Zahid adlı uşaqları doğulmuşdur. Aynurədən başqa digər övladlarının hamısının doğumu qeydə alınmışdır. Aynurə Abdullayeva *983-cü il tarixdə Balakən rayonunun Hənifə kəndində ev şəraitində doğulmuş, ev şəraitində doğulduğundan onun doğumu halhazıradək qeydə alınmamışdır. Balakən Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən Ərizəçi *983-cü il tarixdə qız uşağının doğulmasına dair qeydiyyat tapılmadığından doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Ərizəçi qızına doğum haqqında şəhadətnamə alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənədini təqdim edə bilmədiyinə görə Maraqlı şəxs onun qızının doğumumun qeydə alınmasından imtina etmiş və məhkəməyə müraciət etməsi izah edilmişdir. Doğumun qeydə alınması üçün kifayət qədər əsaslar müəyyən edilmədiyindən doğumun qeydə alınmasından imtina edilmişdir. Hazırki faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamə almaq qızı X5 şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. Maraqlı şəxsndə ərizəçinin doğum faktının qeydə alınmasından imtina edildiyi üçün ərizəçi bu faktı təsdiq edən sənədləri başqa qaydada ala bilmir. Ona görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmiş və ərizənin verilməsi üçün *00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.*-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.4-cü maddəsinə əsasən ana öldükdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, ananın yerini müəyyən etmək mümkün olmadıqda və ya o, valideynlik hüquqlarından məhrum edildikdə, atalıq müvafiq icra hakimiyyəti orqanının razılığı ilə uşağın atasının ərizəsi əsasında, bu razılıq olmadıqda isə məhkəmənin qərarı ilə müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.*-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.*-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44- 45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.* 53.2 və 53.3-cü maddələrinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir; uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir; uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *66.*-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərinin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *68.*-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası MPM-nin 307.2.**-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 3*0.*-ci maddəsinə əsasən ərizədə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsinin, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 3**-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3* oktyabr 2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.*. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.*9-cu və 2.*9-*-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» *2 aprel 20*9-cu il tarixli 3 nömrəli qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi *983-cü il tarixdə Balakən rayonu Hənifə kəndində ev şəraitində bir qız uşağının doğulması (anadan mənşəyi) faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.*-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 2*7.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi *983-cü il tarixdə Balakən rayonu Hənifə kəndində ev şəraitində bir qız uşağının doğulması (anadan mənşəyi) faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-686/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-686/2024
03.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver