Məhkəmə qərarları › İş №e-2(019)-686/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-686/2025

08.05.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-686/2025 08.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Ərizəçi şəxsin ölmüş hesab edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 15 may 1970-ci il tarixdə Balakən rayonu, Katex kəndində anadan olmuş, X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizədə qeyd olunması tələb olunan məlumatlar ərizədə tam göstərilməmiş, ərizənin forma və məzmununa dair qanunvericilikdə müəyyən olunmuş tələbə əməl edilməmişdir. MPM-in: 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. İş materiallarından görünür ki, Ərizəçi ərizəsində əri X1 ölmüş elan edilməsinin ona torpaq sahələri ilə əməliyyatlar aparılması üçün lazım olduğunu bildirsə də bunu təsdiq edən sübutu ərizəsinə əlavə etməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, Ərizəçi Balakən rayonu Katex kəndində müvəqqəti qeydiyyatdadır, o, daimi qeydiyyatda olduğu ünvan 1 ünvanından ərizəsinə hər hansı sənəd əlavə etməmişdir, Bundan başqa o, özünün ərinin axtarılması ilə bağlı hər hansı orqana müraciət etməsi barədə sübutu ərizəsinə əlavə etməmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, Ərizəçi ərizəsi qaytarılmalıdır. MPM-in: 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. və 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizə MPM-in tələblərinə uyğun tərtib olunmadığından geri qaytarılmalıdır. MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. MPM-in 114.1 və 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. ********** nömrəli qəbzə əsasən 100 manat məbləğində dövlət rüsumu ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Ərizə geri qaytarıldığından ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da ərizəçiyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 114, 149, 151-152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat, bu qərardad qanuni qüvvəsini aldıqdan sonra ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması, yol verilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan iddiaçı tərəfindən, qərardad ona rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar