Məhkəmə qərarları › İş №e-2(019)-688/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-688/2023

11.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-688/2023 11.09.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Mamedova (Qantayeva) Rəsmiyyə Adil qızına və Cavabdeh3 qarşı torpağın alqı-satqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2, Mamedova (Qantayeva) Rəsmiyyə Adil qızına və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək onunla cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri X7, Cavabdeh3 ilə aralarında, 14 may 2009cu ildə Balakən rayon Meşəşambul kəndində yerləşən, Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə JN 179 kod 40109018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh2, X2 və Cavabdeh3 ümümibirgə mülkiyyətinə verilmiş 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,10 ha hissəsinə görə alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 14 may 2009-cu ildə Balakən rayon Meşəşambul kənd sakini Cavabdeh2, X7, Cavabdeh3 Balakən rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə JN 179 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən onların ümümbirgə mülkiyyətinə verilmiş 1,58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,10 ha hissəsini 900 ( doqquz yüz) manata daimi istifadə üçün almışdır.Həmin torpağın alqı-satqı müqaviləsi Balakən rayon Meşəşambul Bələdiyyəsi tərəfindən təsdiqlənmiş və möhürlənmiş, 14 ildir ki, onun mülkiyyətindədir. Hal-hazırda o, həmin 1,10 ha torpaq sahəsinə görə cavabdehlərlə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edir. Torpaq alqı-satqısı müqaviləsi satıcı tərəf olaraq Cavabdeh2, X7, Cavabdeh3 və X10 tərəfindən, alıcı tərəf isə o və X1 tərəfindən imzalanmış və Balakən rayon Meşəşambul Bələdiyyəsinin möhürü ilə təsdiq olunmuşdur. Bundan sonra o, dəfələrlə Cavabdeh2 və onun ailə üzvlərini Balakən Rayon Notariat Ofisinə alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün dəvət etsə də, onlar Notariat Konturuna gəlməkdən boyun qaçırmışlar. Odur ki, o, torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə oğlu iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2, Mamedova (Qantayeva) Rəsmiyyə Adil qızı və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 14 may 2009-cu il tarixli torpaq alqısatqısı müqaviləsində göstərilmişdir ki, Cavabdeh2, X7 və Cavabdeh3 ümumi razılıqla Balakən Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə JN-179 Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən verilmiş 1.58 (bir hektar əlli səkkiz sot) hektarın 1.10 hektar torpaq sahəsini İddiaçı Oloxan qızına 900 (doqquz yüz) manata daimi istifadə üçün satmışlar.Müqavilə Balakən rayon Meşəşambul kənd bələdiyyəsində tərtib olunmuş və bələdiyyənin sədri tərəfindən təsdiq olunmuşdur. Müqavilədə “qeyd” olaraq göstərilmişdir ki, “satılmış torpaq sahəsi kəndin “Qozluq yeri” adlanan əkin sahəsində yerləşir.Satılmış torpaq sahəsinin vergisini 01 yanvar 2009-cu il tarixdən sonra İddiaçı Oloxan qızı ödəməlidir.Alqı-satqı müqaviləsinin notarial qaydada rəsmiləşdirilməsinin vacibliyi hər iki tərəfə izah olundu”. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-179 seriyalı KOD 40109018 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə Cavabdeh2, X6 və Cavabdeh3 Balakən rayonu Meşəşambul kəndi ərazisindən 1.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə Cavabdeh2, X2 və Cavabdeh3 ümumi birgə mülkiyyətinə Balakən rayonu Meşəşambul kəndi ərazisindən 1.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. 14 may 2009-cu il tarixdə Cavabdeh2, X7 və Cavabdeh3 özlərinə məxsus 1.58 ha pay torpaq sahəsini 1.10 hektarını İddiaçı daimi istifadə üçün 900 (doqquz yüz) manata satmaları barədə Balakən rayon Meşəşambul kənd bələdiyyəsində alqı-satqı müqaviləsi tərtib etmişlər və torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Lakin tərəflər arasında torpaq sahəsinin alqı-satqısı ilə bağlı notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdehlər torpaq sahəsinin alqı-satqısı ilə bağlı notariat kontoruna getməkdən imtina etdiklərindən İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1 və 2-ci hissələrinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 139.1 və 139.3-cü maddələrinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Məhkəmə mübahisə predmeti olan torpaq sahəsinin hal-hazıra kimi Cavabdeh2, X4 və Cavabdeh3 ümumi birgə mülkiyyətində olmasını, torpaq sahəsinə görə tərəflər arasında notariat qaydasında alqı-satqı müqaviləsinin bağlanmamasını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh3 qarşı torpağın alqı-satqısı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da diqqətə çatdırır ki, notariat qaydasında bağlanmamış torpaq alqısatqı müqaviləsinin etibarlı hesab olunmasını tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsi 24 iyun 2005-ci ilə kimi qüvvədə olmuşdur. Həmin maddə 24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllədən çıxarılmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh3 qarşı torpağın alqı-satqısı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddiaçı cavabdehlər Cavabdeh2, X5 və Cavabdeh3 qarşı torpağın alqı-satqı müqaviləsinin etibarlı hesab olunması tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. 100 manat dövlət rüsumu xərci İddiaçı özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar