Məhkəmə qərarları › İş №e-2(019)-69/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-69/2023

01.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-69/2023 01.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qəsdə son qoyma, zəbt olunmuş torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsini nəzərdən keçirərək müəyyənetdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək mülkiyyət hüququnun bərpası, DƏDRX tərəfindən xx.xx.2022-ci il tarixdə **********97 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış əsasında qeydiyyata alınan 0.08979 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılması, torpaq sahəsində tikilmiş tikilinin cavabdehlərin öz hesabına sökülməsi və məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında göstərdi ki, mərhum əri X3 məxsus Balakən rayonu, Qasbinə kəndində yerləşən 0.09 ha torpaq sahəsi üzərində hüquqların Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışla rəsmiləşdirilməsi barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar olaraq Daşınmaz Əmlakla bağlı zəruri inventarlaşdırma işlərinin aparılması məqsədi ilə ərazi idarəsinin aidiyyatı əməkdaşları torpaq sahəsinin yerləşdiyi əraziyə gəlməsinə baxmayaraq torpaq sahəsi üzərində mübahisə olduğundan çöl ölçmə işlərinin aparılmasına cavabdehlər tərəfindən şərait yaradılmadığı üçün Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə icraatı dövründə cavabdehlər torpaq sahəsinin ölçülməsinə olan maneələri aradan qaldırdıqları üçün ölçmə işləri həyata keçirilmiş və torpaq sahəsinə dair hüquqları DƏDRX-də xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Ölçmə işləri həyata keçirilən zaman məlum olmuşdur ki, cavabdehlər ona məxsus torpaqda tikinti işləri həyata keçirmiş və fərdi yaşayış evi tikmişlər. Cavabdehlərə torpaq sahəsinin boşaldılmasına dair dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdehlər torpaq sahəsindən çıxmamışlar. Mülki iş üzrə cavabdehlər tərəfindən torpaq sahəsi zəbt olunmuş, mülkiyyət hüququndan məhrum olmuşdur. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyyət hüququ kobud şəkildə pozulmuşdur ki, nəticədə hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır. İddiaçının əri özlərinə məxsus torpaq sahəsini başqa şəxsə satmışdır. İddiaçı həmin ərazidə torpaq sahəsi yoxdur. O, uşaqları Aynur və Rasim qanuni əsaslarla əldə etdikləri torpaq sahələrindən istifadə edirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya sənədlər düzgün verilməmişdir. O,bu barədə müvafiq dövlət orqanlarına, məhkəməyə ərizələr vermişdir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Balakən şəhəri, Dağlıq küçəsi(əvvəlki Qasbinə kəndi) ünvanında yerləşən 0.08979 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 26 nömrəli vərəqəsində İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş A seriyalı 748164 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki,Balakən şəhəri, Dağlıq küçəsi(əvvəlki Qasbinə kəndi) ünvanında yerləşən 0.08979 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli **********92 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar üzrə ünvan 2 ünvanı Qasbinə kəndi) yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.08979 ha həyətyanı torpaq sahəsinin naturada yeri ölçüləri koordinatları təyin edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa və torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar üzrə ünvan 2 ünvanı Qasbinə kəndi) yerləşən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.08979 ha həyətyanı torpaq sahəsinin 0.0560 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə olunur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara və naturada faktiki istifadə vəziyyətinə görə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. ünvan 2 ünvanı Qasbinə kəndi) yerləşən hüquqların dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0.08979 ha həyətyanı torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən aparılmış tikililərin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 10/5928 nömrəli ekspert rəyindən görünür ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2022-ci il tarixdə daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən: Qərardadın 1-ci sualı üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa və torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar üzrə ünvan 2 ünvanı Qasbinə kəndi) yerləşən İddiaçı xüsusi mülkiyyətində olan 0.08979 ha həyətyanı torpaq sahəsinin naturada yeri, ölçüləri, koordinatları müəyyən edilmişdir.(Koordinatlar mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd edilmişdir) Qərardadın 2-ci sualı üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa və torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlar üzrə ünvan 2 ünvanı Qasbinə kəndi) yerləşən İddiaçı xüsusi mülkiyyətinə verilmiş 0.08979 ha həyətyanı torpaq sahəsinin 0.0560 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən istifadə olunur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın planı və ölçüsü sənədində göstərilən koordinatlara və naturada faktiki istifadə vəziyyətinə görə yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.(Yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir) Qərardadın 3-cü sualı üzrə: ünvan 2 ünvanı Qasbinə kəndi) yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş 0.08979 ha həyətyanı torpaq sahəsində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən aparılmış tikililərin yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.(Yerquruluşu planı mütəxəssis rəyinə əlavə edilmişdir).(Ekspertizanın dəyəri 50 manat təşkil edir). Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin və məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı Balakən şəhəri, Dağlıq küçəsi(əvvəlki Qasbinə kəndi) ünvanında yerləşən 0.08979 ha torpaq sahəsi vardır. Torpaq sahəsi tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 111 nömrəli reyestr kitabının 26 nömrəli vərəqəsində onun adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsinin 0.0560 ha hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq istifadə olunur. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tikililəri vardır. İddiaçı cavabdehlərdən torpaq sahəsinin boşaldılmasını tələb etsə də onlar bundan imtina edirlər. Nəticədə İddiaçı mülkiyyət hüququ pozulur. Buna görə də İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Məhkəmə işin hallarını, mübahisəli 0.0560 ha torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını,həmin torpaq sahəsinə cavabdehlərin heç bir hüquqlarının olmamısını, tələb edilməsinə baxmayaraq cavabdehlərin həmin torpaq sahəsindən çıxmamalarını, eyni zamanda cavabdehlərin iddiaçının mülkiyyətində olan 0.08979 ha həyətyanı torpaq sahəsinin 0.0560 ha hissəsini zəbt etmələrini, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçının mülkiyyətində olan, cavabdehlər tərəfindən zəbt olunmuş 0.0560 ha torpaq sahəsindən çıxarılma və oradakı tikililərin cavabdehlərin özlərinin hesabına sökülməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. İddia tələbinin əsassız olması, istifadə etdikləri torpaq sahəsinin özlərinə məxsus olması, iddiaçıya torpaq sahəsinə görə sənədin düzgün verilməməsi barədə cavabdeh tərəfin etirazı ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh1 göstərdiyi bu xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edilənlərə və maddi hüquq normalarının tələblərinə əsasən cavabdehlərin etirazını məhkəmə əsaslı hesab etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən,İddiaçı tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı verilməli, 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə cavabdehlər Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh2 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.08979 ha həyətyanı torpaq sahəsinin 0.0560 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılmalı, cavabdehlər Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh2 zəbt etdikləri həmin torpaq sahəsində onlar tərəfindən inşa edilmiş tikililər onların öz hesabına sökülməlidir.100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlərdən alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ,50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə cavabdehlər Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh2 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti tərəfindən verilmiş 21 aprel 2022-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.08979 ha həyətyanı torpaq sahəsinin 0.0560 ha hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı uyğun) çıxarılsınlar. Cavabdehlər Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh2 zəbt etdikləri həmin torpaq sahəsində tikilmiş tikililər onların öz hesabına sökülsün.100 manat dövlət rüsumu xərcinin 50 manatı cavabdehlər Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin.İddia tələbi qalan hissədə təmin edilməsin. 50 (əlli) manat ekspertiza xərcinin 25 manatı İddiaçı, 25 manatı isə cavabdehlər Cavabdeh1 , Cavabdeh3 və Cavabdeh2 tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar